Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə31/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

ki çik gölün sahilində əyləşər, qranitdən yonulmuş qəşəng güldan -
dan və Mixaylovski qəsrindən zövq alardım.
Ora yaxınlaşanda böyük xiyabanla ona köndələn xiyabanın
kəsişdiyi, Saturnun öz balalarını yediyi və ilahələrin əhatəyə
aldığı yerdə, düz Saturnla üzbəüz çirkli xalatda vedrənin üstündə
oturmuş canlı bir adamla az qala toqquşacaqdım. Mən dayandım.
Oğlan (bu doğrudan-doğruya on dörd, on beş yaşında olan bir
oğlan idi) ətrafına boylandı və nəyisə qoltuğunda gizlətməyə ça -
lış dı. Mən ona yaxınlaşıb burada nə etdiyini soruşdum.
– Mən heç nə eləmirəm, – deyə o utanaraq cavab verdi, – işə
gedirəm, yolüstü bağa girdim. 
Bir az fasilə verib dedi: 
– Şəkil çəkirdim.
– Göstər görüm nə çəkmisən.
O, qoltuğundan dörd bükülmüş boz bir vərəq çıxarıb çəkinə-
çəkinə mənə uzatdı. Dörd bükülmüş bu kağızda Saturnun olduq -
ca dəqiq konturları çəkilmişdi.
Mən uzun müddət kağızı əlimdə saxlayıb müəllifin bulaşıqlı
üzünə baxmaqdan zövq alırdım. Onun arıq, o qədər də mütənasib
olmayan simasında nəsə cəlbedici, xüsusilə gözlərində qızlara
məxsus ağıllı, utancaq baxışları vardı.
– Bura şəkil çəkməyə tez-tez gəlirsən? – deyə mən ondan
soruş dum.
– Bazar günü, yaxınlıqda işləyəndə hər gün gəlirəm, – deyə
ca vab  verdi.
– Sən suvaq işini öyrənirsən?
– Rəssamlığı da...
– Kimdən, harada dərs alırsan?
– Rəssam Şiryayevin evində.
Mən ona bir daha sual vermək istəyəndə o, bir əlinə sarı boya
ilə dolu vedrəni, o birinə sarı rəngə boyanmış fırçanı alıb getmək
istədi.
– Hara tələsirsən?
– İşə gedirəm, onsuz da gecikmişəm. Sahib gəlib görsə, məni
cəzalandıra bilər. 
105
Rəssam


– Bazar günü səhər mənim yanıma gələrsən, əgər sənin başqa
rəsm işlərin varsa, onları da gətirib mənə göstərərsən.
– Yaxşı, gələrəm, ancaq sizin harada yaşadığınızı bilmirəm. 
Mən ünvanımı elə onun çəkdiyi şəklin üstünə yazdım və biz
ayrıldıq.
Bazar günü səhər tezdən adət etdiyim gecə gəzintisindən
qayıdanda dəhlizdə, mənzilimin qabağında məni təzə tanışım
qarşıladı. O, artıq keçən dəfəki xalatda deyildi. Əyninə sürtüyə
ox şa yan qəhvəyi rəngli pencək geymiş, əlində də böyük kağız
bağlama vardı. Əlimi ona uzadıb salamlaşdım. O mənə tərəf
atılıb, əlimi öpmək istədi. Mən tez əlimi çəkdim. Onun qul
xislətindən pərt oldum.
Heç nə demədən otağa daxil oldum, o isə dəhlizdə qaldı.
Pencəyimi çıxarıb jaketimi geyindim, siqar yandırdım, o, hələ də
otağa gəlmirdi. Dəhlizə çıxdım, göz gəzdirdim, elə bil dostum
heç əvvəldən yox imiş. Aşağı düşüb dalandardan belə bir oğlanı
görüb-görmədiyini soruşdum.
– Gördüm, əlində kağız bağlama olan gənc bir oğlan küçəyə qaçdı.
Mən küçəyə atıldım, xeyli axtardım, onun izi-tozu da yox idi.
Kədərləndim... Elə bil mənə əziz olan nəyisə itirmişdim. Gələn
bazar gününə qədər bərk darıxdım. Heç başa düşə bilmirdim ki,
dostumun belə qəfil qaçışına səbəb nə oldu. Bazar gününə qədər
gözləyib, gecə saat ikiyə qalmış Troitski körpüsünə getdim. 
Günəşin çıxmasına tamaşa edib, yay bağına döndüm. Xiya -
ba nı axtarmağa başladım, dostum yox idi. Evə getmək istəyirdim,
birdən Apollon Belvederski, daha doğrusu, Moykanın lap yanın -
dakı xudmani evin qarşısında dayanan Belveder allahına paro-
diya yadıma düşdü. Ora getdim, dostum burda imiş. Məni görən
kimi şəkil çəkməyi saxladı. Mürəbbə oğurluğu üstündə tutulmuş
uşaq kimi qulaqlarına qədər qızardı. Onun titrəyən əlindən tutub,
cinayətkar adam kimi pavilyona apardım və yuxulu yeməkxana
xidmətçisinə çay gətirməsini tapşırdım.
Bacardığım qədər dostumun könlünü almağa çalışdım. Özünə
gələndən sonra dəhlizdən niyə qaçdığını soruşdum.
106
Taras Şevçenko


– Məndən incidiyinizə görə sizdən qorxdum, – deyə cavab
verdi.
– Sənə qəzəblənmək fikrim heç yox idi, o da doğrudur ki,
özünü alçaltmağın xoşuma gəlmədi. Yalnız it əl yalayar, insan
olan şəxs bunu etməməlidir. 
Bu güclü ifadə mənim dostuma elə təsir etdi ki, o, yenə də
əlimdən tutmaq istədi. Mən güldüm, o, xərçəng kimi qızardı və
başını aşağı salıb susdu.
Çay içib ayrıldıq. Ayrılarkən ona dedim ki, ya bu gün, ya da
gələn bazar günü hökmən mənim yanıma gəlsin.
Məndə insanları tez tanımaq fərasəti yoxdur, amma insanlara
tez uyuşmaq kimi xoşagəlməz, bədbəxt bacarığa malikəm. Ona
görə bədbəxt deyirəm ki, insanlarla tez ünsiyyət yaratmaq çox
nadir halda mənə havayı başa gəlir, xüsusilə əyri, dələduz ada m -
larla. Ancaq onu da deyim ki, fırıldaq, dələduz adamlar mənə
özü mü tanımaqda çox şey öyrədib. Belələriylə daha çox üzləş -
səm də, düşünürəm ki, bəlkə, biri abırlı oldu. Amma neyləyəsən,
ha mı sı əclaf çıxır. Bəlkə, elə mənim bəxtim belədir.
Yeni tanışımla üçüncü dəfədir görüşürəm, artıq onunla ünsiy -
yət qura bilmişəm, ona bağlanmışam, artıq onu sevməyə başlamı -
şam. Doğrudan-doğruya, onun üzündə elə bir ifadə var ki, is tə məmək
mümkün deyil. Onun görkəmi əvvəllər o qədər də qəşəng deyildi.
İndi isə saatbasaat üzünün ifadəsi dəyişir, getdikcə mənə cazi bə -
dar görünür. Doğrudan da, həyatda bu cür xoşbəxt simalar var axı!
Dostumu dəhlizdə gözləməyə vadar etməmək üçün düz evə
getdim. Pillələri qalxanda gördüm ki, artıq dəhlizdə dayanıb. Hə -
min qəhvəyi rəngli pencək əynində, təmiz geyinib-kecinib, saçını
darayıb, üzü gülür. Ona dedim:
– Ayaqdan yaman itisən. Axı sən evinizə dəyib, bura gəl mə -
liy din? Nə yaxşı, belə tez çatdıra bilmisən?
– Bəli, tələsdim, sahibim ibadətdən qayıdana qədər mən evdə
ol ma lıydım.
– Məgər sənin sahibin belə ciddi adamdır?
– Ciddidir və...
107
Rəssam


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə