Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил
7
A.B. DOLXANOV
Bakı Dövlət Universiteti
ABġERON YARIMADASININ TORPAQ VƏ IQLIM ġƏRAITINƏ UYĞUN
NEFTLƏ ÇIRKLƏNMIġ ƏRAZILƏRDƏ FITOKULTIVASIYA
TƏDBIRLƏRININ BIOEKOLOJI ƏSASLARI
Azərbaycanın görkəmli xalq şairi,
təbiət vurğunu Məmməd Arazın
80 illik yubileyinə ithaf edirəm
Məmməd Araz BDU-nun ekoloq tələbələri ilə
Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-i Abşeron
yarımadasında cəmləşdiyindən Respublikada həlli vacib olan ekoloji problemlərin
əksər hissəsi bu ərazidə mövcuddur.
Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə
bağlıdır.
Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız
Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил
8
torpaqlarının ümumi sahəsi – 33,3 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların
sahəsi - 10
min ha qədər təşkil edir.
Ekoloji problemləri yaradan əsas səbəblər uzun illər ərzində neft-qaz hasilatı və
qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, lay sularının
idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin əmələ
gəlməsi, neft emalı zamanı əmələ gələn tullantların ərazilərdə toplanmasından
ibarətdir.
Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyəti ilə əlaqədardır. Bakı
şəhəri ərazisində 2008-ci il ərzində təqribən 536 mln m
3
həcmində tullantı suları
formalaşmışdır ki, bundan da 144,5 mln m
3
tullantı suları təmizlənmədən dənizə və
daxili su hövzələrinə axıdılıb. Tullantı suları ilə birlikdə su hövzələrinə neft
məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr,
fenol və müxtəlif ağır metallar atılır.
Bibiheybət neft mədənlərində neftlə çirklənmiş ərazidə fitokultivasiyadan görünüş.
Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də
bərk tullantıların idarə olunması ilə bağlıdır. Yarımadada olan 5 məişət tullantıları
poliqonunun ümumi sahəsi 232,5 ha-dır. Qeyri-qanuni zibilliklərin sahəsi isə 448,6
ha-dır ki, bunların da sayı 128-dir.
Rəsmi fəaliyyət göstərən poliqonlar ekoloji norma və standartlara cavab
vermir. Belə ki, poliqonların əraziləri hasara alınmamış və nəzarət təşkil
olunmamışdır, tullantılar boşaldılandan sonra torpaq qatı ilə örtülərək basdırılmır.
Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил
9
Çeşidlənmə aparılmadığından təhlükəli və bir sıra sənaye tullantıları məişət
tullantıları ilə birlikdə poliqonda yerləşdirilir.
Civə üsulu ilə kaustik soda və xlor istehsalı zamanı əmələ gələn təhlükəli
tullantılar
Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji
problemlər yaradan amillərdən biri idi. Lakin son zamanlar görülmüş tədbirlər
nəticəsində bu problemin həllinə nail olunmuşdur.
Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji problemlərdən biridir.
Son illər əsasən köhnə avtomobillərin hesabına nəqliyyat vasitələrinin sayının
artması, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan
zərərli maddələrin miqdarının artması atmosfer havasının çirkləndirməklə ətraf mühit
və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl
mövcuddur. Bu göllərə il ərzində 41,5 mln. m
3
çirkab sular axıdılır. Bu göllərin ətraf
mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, səviyyənin
qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma
nəticəsində
karbohidrogenlər
və
digər
zərərli
maddələrin
atmosferə
atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar və digər kommunikasiya
xətlərinə xələl yetirilməsindən ibarətdir. Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən
və Çuxurdərə gölləri daha çox çirklənməyə məruz qalmışdır.
Abşeron yarımadasının digər gərgin ekoloji sahəsi Bakı buxtasıdır. Ümumi
sahəsi 50 km
2
, sahil xəttininin uzunluğu 20 km olan buxtanın çirklənməsi öz
növbəsində
dənizin çirklənməsi, biomüxtəlifliyinin azalması və antisanitar vəziyyətin
yaranması ilə nəticələnir.
Suraxanı rayonundakı Bakı Yod Zavodunun ərazisində yığılaraq qalaqlanmış
tullantılar daş hasar vasitəsilə ətraf mühitdən təcrid olunmuş və onların
zərərsizləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər həyata
keçirilir. Abşeronun digər əraziləri isə ekoloji cəhətdən qənaətbəxş hesab edilir.
Bakı və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması
sahəsində görülmüş işlər: Regiondakı mövcud ekoloji problemlərin planlı surətdə