arasındakı əlaqələlərə görə təbii qrupları formalaşır. Ona görə hər hansı heyvan növü öz arealının hər
yerində deyil, başqa növlərlə xüsusi qruplaşmalar əmələ gətirdiyi yerlərdə yaşaya bilir. Məsələn,
qonur
qurbağa və cəld kərtənkələnin arealı, demək olar ki, eynidir. Lakin onların təbii qrupları ayrı olduğu
üçün heç vaxt birlikdə təsadüf edilmir. Qurbağa rütubətli və kölgə yerlərdə, kərtənkələ isə quru sahələrdə
olur. Qurbağa nəm yerlərdəki ağcaqanadları, hünüləri və başqa cücüləri, kərtənkələ isə quru sahədə olan
böcəkləri yeyir. Ona görə qurbağa və kərtənkələ hər ikisi cücüyeyən olmasına baxmayaraq, onların
arasında qida rəqabəti yoxdur və ya zəifdir. Təbiətdə canlıların ətraf mühitlə və öz aralarında əlaqəyə
girib əmələ gətirdiyi təbii qrup tutduğu sahəsinə və yaşamasına görə vəhdət təşkil edir. Çəmənlik, meşə,
kolluq və bu kimi sahələrin hər birinin canlı qrupu sıx əlaqədə yaşayır. Yaşıl çəmənlikdə yazda arılar
çiçəklərdən şirə (nektar) və tozcuq toplayır.Kəpənəklər çiçəyin şirəsini sorur, bitkilər üzərində yumurta
qoyur. Onlardan çıxan tırtıllar bitkilərin yaşıl hissələri ilə qidalanır. Kəpənəkləri və onların tırtıllarını öz
növbəsində quşlar və başqa cücüyeyən heyvanlar yeyir. Bitkilərin quruyub yerə tökülmüş çürüntüsünü
soxulcanlar yeyir. Soxulcanı da qara-toyuq kimi quşlar tapıb yeyir. Xatırlayın ki, soxulcanlar torpağın
qurucusudur. Misallardan aydın olur ki, havada uçan quşlar qida zənciri vasitəsilə torpaqda yaşayan
canlılardan asılı olur (soxulcan-çəmən bitkiləri-tırtıl-kəpənək-quş). Canlıların
təbii birliklərində olan
növlər bir-birinin sayını müəyyən balansda (müvazinətdə) saxlayır. Məsələn, çəmənlikdə cücülər
azalanda quşlar kifayət qədər qida tapa bilmir, onların balası ac qalıb tələf olur. Quş olmayanda cücülər
yaxşı şəraitə düşüb tez çoxalır. Belələiklə çəmənlikdə cücülərin və quşların sayı həmişə çoxalıb-
azalmaqla müəyyən səviyyədə qalır. Cəmiyyətin inkişaf tarixinin ilk vaxtlarında insan təbii qüvvələrdən
çox asılı olmuşdur. O vaxt adamlar böyük çətinliklə meşələri qırıb özlərinə əkin sahəsi təmizləyir və
yırtıcı heyvanlardan qorunmağa çalışırdılar. Ona görə insanın təbiətə təsiri az idi. Yer üzərində əhalinin
artması, ovçuluq, balıqçılıq, Kənd təsərrüfatı və sənayenin inkişafı nəticəsində insanın təbiətə təsiri
durmadan çoxalmışdır. İqtisadiyyatın təbiətə təsiri texniki tərəqqi vasitəsilə qat-qat gücləndi,
planetimizin siması kökündən dəyişdi. İndi ilkin təbii sahələr az qalıbdır. İnsanın başqa canlılara təsiri
iki yolla olur: birbaşa tələf etməklə və yaşama yerini dəyişdirməklə. Canlıların
təbii birliklərində
yaşayan növlərdən birini tələf etdikdə, başqa növlərin də həyatı pozulur. Məsələn, çəmənlikdə torpaq
arılarının yuvasını dağıtdıqda həmin arılar ilə tozlanan bitkilər toxum verə bilmir və tədricən
azalır.Bitkinin hesabına yaşayan cücülər yoxa çıxır, nəticədə, həşəratyeyən quşlar da azalır. Belə
çəmənlikdə ot seyrəlir və qurumağa başlayır, torpaqda soxulcan azalır, çəmənlik tamam kasıblaşır, onun
yerini bir neçə növ tikanlı koldan (mal yeməyən) ibarət bitkilər tutur. Bunu kəndlərin ətrafında, mal-
qara örüşlərində və yolların kənarında görmək çətin deyildir. Kənd təsərrüfatı və meşə bitkilərinin
ziyanvericilərinə və xəstəliklərinə qarşı zəhərli kimyəvi maddələrlə mübarizə aparılması heyvanlar
aləminə güclü təsir edir. Zəhərli kimyəvi maddələrdən istifadə edərkən səhlənkarlığa yol verilməsi və
qayda-qanunun pozulması halları canlıların
birliklərinə, son nəticədə insanın özünə boyük ziyan vurur.
Sənaye tullantıları ətraf mühiti, yəni havanı, suyu və torpağı çirkləndirib yararsız edir, bəzən ölü bölgə
əmələ gəlir ki, həmin yerlər səhradan da kasıb olur.Heyvanların və bitkilərin təbii birliklərinin pozulması
halları heç də hər yerdə həmişə zərurətdən irəli gəlmir. Ov heyvanlarının təbii ehtiyatının tükəməsi çox
yerdə onların vəhşicəsinə (elmsiz, plansız) ovlanmasının nəticəsidir. Dünyada çoxlu quşun və məməli
heyvanın nəslinin kəsilməsi qorxusu yaranmışdır (1000 növə qədər).Əvvəlcə özünü təbiətdən qorumağa
çalışan, sonra təbiət üzərində qələbə çalıb onu korlamış olan insan indi təbiəti qorumağa məcburdur.Əks
halda təbiət insandan qisas ala bilər. Təbii komplekslərin pozulması insanı ərzaqsız qoymaqla
kifayətlənmir. Milyon illərdə təkamülün sınağından çıxmış təbii kompleksləri insan pozanda bulaqlar
və çaylar quruyur, onların yerində qısamüddətli dağıdıcı sellər əmələ gəlir, göllər və dənizlər dayazlaşır,
meşələr və çəmənliklər quruyur, hər yeri toz basır, gözlənilməz xəstəliklər aləmi bürüyür. Ona görə
təbiətin qorunmasında bütün dünya əhalisi iştirak edir.Təbiətin qorunması
ondan istifadə edilməsini
dayandırmaq deyildir. Təbiət ondan istifadə edilərkən qorunur, yalnız qoruqlarda olan təbii birliklərin
istifadəsi müəyyən müddət dayandırılır. Heyvanlar aləminin qorunması qarşısında bir neçə əsas vəzifə
durur: insanın maddi və mənəvi həyatında heyvanların faydasını daimi saxlamaq; insanın heyvanlara
birbaşa və dolayı yollarla zərərli təsirini aradan qaldırmaq; təbii birlikləri qoruyub saxlamaq üçün həyata
keçirilən tədbirlərdə ardıcıllıq yaratmaq, heyvanlar aləminin qorunmasında elmin və beynəlxalq
əməkdaşlığın fəal iştirakını təmin etmək. İnsan üçün hal-hazırki əhəmiyyətindən asılı olmayaraq heç bir
heyvan növünün nəslini tamam kəsməyə icazə verilmir. 1999-cu ildə "Azərbaycanda heyvanlar aləmi"
haqqında Qanun qəbul edilmişdir. Həmin qanunun əsas tələbi respublikada heyvanlar aləminin
müxtəlifliyini qoruyub saxlamaqdır. Bu, o deməkdir ki, heç bir növün nəslinin
kəsilməsinə yol vermək
olmaz.Heyvanlardan ağıllı istifadə edəndə onların ehtiyatı heç vaxt tükənmir. Məsələn, təbiətdə vəhşi
toyuq ildə bir dəfə 12-14 yumurta qoyub kürt düşür. Amma insan onu məcbur edir ki, gündə bir yumurta
versin. Deməli, insan toyuğun daxili imkanlarını üzə çıxarmağa nail olur. Beləcə bütün heyyanları çox
məhsuldar etmək olar. Bunun üçün elmin düzgün tətbiqi lazımdır. Elmi əsası olan ovçuluq təsərrüfatları
heyvanlardan istifadə etməkdə və onların qorunmasında gələcəyi yaxşı olan tədbirlərdən biridir. Lakin
nəsli kəsilmək qorxusu yaranmış növlərə münasibət tamam başqadır. Belə növlərin ovlanması qadağan
edilir, onlar süni şəiraitdə artırılıb təbiətə buraxılır, Qırmızı kitaba daxil edilir, yaşama yerləri
yaxşılaşdırılır təbii vəziyyəti haqqında əhaliyə məlumat verilir. Qırmızı kitab beynəlxalq, ölkə və
vilayətlər üzrə olur. Beynəlxalq qırmızı kitaba düşmüş növ hansı ölkədə varsa, onun Qırmızı kitabına
mütləq daxil edilir. Öİkənin Qırmızı Kitabına düşmüş növ hansı vilayətdə yaşayırsa, onların da Qırmızı
Kitabına daxil edilir. Qırmızı Kitaba elə növlər daxil edilir ki , təbiətdə sayı azaldığı üçün öz-özünü
saxlaya bilmir. Kiçik bir ərazidə qalan və ya sayı durmadan azalan növlər də Qırmızı Kitaba daxil edilir.
Heyvanlar aləminin müxtəlifliyini saxlamaq üçün qoruqların rolu çox böyükdür. Azərbaycanda 16
qoruq və 18 yasaqlıq yaradılmışdır. Qoruqda heç bir təsərrüfat işləri görməyə icazə verilmir.Heyvanların
qorunması nəticəsində yüzlərlə növün nəslinin kəsilməsi qorxusu aradan qaldırılmış, bir sıra növün təbii
ehtiyatı bərpa edilib, yenidən səmərəli istifadə olunur: sığır, sayqak, dəniz pişiyi, norka və s. Təbiətin,
o cümlədən heyyanların qorunmasında məktəblilərin öhdəsinə böyük işlər düşür.
Məktəblinin təbiətə
münasibəti başqalarına nümunə olmalıdır. Onda hər yerdə, xüsusən Azərbaycan kimi isti diyarda çox
ehtiyatlı olmaq lazımdır. Təbiətdə yanğın çox zərərli hadisədir. Təbiətdə gəzərkən qışqırmaq və ya
musiqi alətlərindən istifadə etmək səs-küy əmələ gətirib heyvanları qorxudur, onların normal yaşayışını
pozur. Təbiətin öz səsi ən yaxşı musiqidir. Gəzintiyə çıxarkən təmizliyə əməl edilməsi vacib şərtdir.
Sahəyə atılan şüşə qabların sınıqları gec-tez hər hansı bir nəfərin və ya heyvanın ayağını kəsməlidir.
Məktəbin həyətində və cavan bağlarda quş evcikləri asmaq və quşları qışda yemləmək üçün yem
təknəcikləri qoymaq məktəblinin müqəddəs borcudur.Təbiət hamıya məxsusdur, hamımızın birgə
evimizdir, onu hamımız qoruyub,mühafizə etməliyik.
Dostları ilə paylaş: