(«The Tragedy of the Commons») adlı məqalə dərc etdirir. Xardın ictimai otlaqları misal gətirərək
göstərir ki, yerli maldarlar otlaqdan istədiyi kimi istifadə edir. Hər bir maldar digərləri ilə razılaşmadan
sürüsünü artıraraq öz güzaranını yaxşılaşdırmağa çalışır. Beləliklə, o, sürüsünün sayını çoxaldaraq əlavə
gəlir əldə edir, otlağın gücdən düşməsi isə ona az təsir göstərir. Lakin müəyyən vaxt keçdikdən sonra
ictimai otlaqlarda heyvan sürülərinin artması və hədsiz otarma otlağı gücdən salır, dağıdır və bu zaman
maldarları fəlakət «yaxalayır». Otarma nəticəsində çəmən və bozqır qruplaşmalarının dəyişməsi otlaq
diqressiyası (deqradasiyası) adlanır. Heyvanın
növündən, sayından, otarma müddətindən asılı olaraq
otlağa müxtəlif təsir göstərir. Otarma iki cür təsir göstərir: bilavasitə ot örtüyünə – bitkinin yeyilməsi
və dırnaqları ilə qırılması; torpaq rejiminin dəyişməsi vasitəsilə. Otarma zamanı adətən torpaq bərkiyir,
cənub rayonlarında bu zaman kapilyarlar vasitəsilə suyun səthə çıxaraq buxarlanması
nəticəsində
torpağın düzlaşması baş verir. Qumlu torpaqlarda çim örtüyünün dağılması nəticəsində külək eroziyası
güclənir. Dağ yamaclarında torpağın bərkiməsi və ot örtüyünün dağılması nəticəsində səthi və yarğan
eroziyası baş verir. Bütün bu neqativ proseslər otlaqlarda mal-qaranın sistemsiz və həddən artıq
otarılması ilə əlaqədardır.
Dostları ilə paylaş: