Ekologiya imtahan Suallar


Dağ süxurlarına və massivlərinə təsir



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə49/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   45   46   47   48   49   50   51   52   ...   60
Ekologiya

Dağ süxurlarına və massivlərinə təsir
İnsanın mühəndis – təsərrüfat fəaliyyəti prosesləri zamanı yer qabığının üst hissəsini təşkil edən dağ 
süxurları bu və ya digər dərəcədə sıxılma, dartılma, yerini dəyişmə, rütubətlə doyma, quruma, vibrasiya 
və digər təsirlərə məruz qalır. Müxtəlif təsirlər zamanı baş verən dəyişikliklər diqqətlə öyrənilir. Bu, 
ekoloji vəziyyətə neqativ təsir göstərə biləcək təhlükəli geoloji proseslərin inkişafını proqnozlaşdırmaq 
üçün vacibdir. Dağ süxurlarına əsas antropogen təsirlərə aşağıdakılar aiddir: statik və dinamik yük, 
istilik təsiri, elektrik təsiri və s. Statik yük – dağ süxurlarına təsirin ən geniş yayılan növü hesab olunur. 
Bina və qurğuların 2 MPa və daha çox statik gücünün təsiri ilə dağ süxurlarında 70-100 m dərinliyə 
qədər aktiv dəyişilmə zonası əmələ gəlir. Bu zaman ən çox dəyişilmələr daim donuşluq ərazisində və 
güclü sıxıla bilən süxurlarda (məsələn, torflu və gilli) müşahidə olunur. Daimi donmuş buzlu süxurlarda 
çox vaxt ərimə, qabarma və s. proseslər müşahidə olunur. Statik yükün təzyiqindən yer səthinin yatması 
(çökməsi) müşahidə edilir. Yer qabığının yatması bir çox iri şəhərlərin altında da baş verir. Binaların 
və qurğuların altında qrunt bərkiyir və səthi çökür. Müasir şəhərlərdə tikinti yükü o qədər böyükdür ki, 
ayrı-ayrı binalar altında baş verən çökmələr bir-birilə birləşir. Məsələn, Moskvada 15 il ərzində qruntun 
çökməsi 8 mm təşkil edir. Yaponiyanın Tokio və Osaka şəhərləri son illərdə yeraltı suların nasosla 
çəkilməsi və yumşaq süxurların sıxılması nəticəsində 4 mm çökmüşdür. Yer səthinin antropogen 
dəyişilməsi həmçinin iri hidrotexniki qurğuların tikilməsi ilə əlaqədardır, 1988-ci ilə qədər bütün 
dünyada hündürlüyü 150-300 m olan 360-dan artıq bəndlər tikilmişdir. Bəndlərin çəkisinin təsiri, 
həmçinin süxurların yuyulması prosesində bəndin bünövrəsinin çökməsi və çatların əmələ gəlməsi 
müşahidə olunur. Belə ki, Sayan-Şuşinski SES-in bəndinin bünövrəsində 20 m uzunluğunda çat qeydə 
alındı. Bratski, Ust-İlimski SES-nin bəndlərinin bünövrəsinin yatması (çökməsi) ildə 10 mm-dən çox 
təşkil edir. Kama su anbarının (sahəsi 1915 km2, suyun həcmi 12,2 km3) suyu böyük güclə yer qabığına 
təsir göstərdiyi üçün Perm vilayətinin çox hissəsində ildə 7 mm yatma (çökmə) müşahidə olunur.
Alimlər tərəfindən aşkar edilmişdir ki, su anbarında suyun səviyyəsi 100 m-dən artıq olduqda zəlzələnin 
aktivliyi artır. Dinamik yük. Nəqliyyat, zərbə və vibrasiya tikinti maşınlarının, zavod mexanizmlərinin 
və s. işində vibrasiya, zərbə, təkan və digər dinamiki yüklər səciyyəvidir. Yumşaq, bərkiməmiş süxurlar 
(qum, su ilə doymuş löslər, torf və b.) titrəyişə daha həssasdır. Bu süxurların zərbə zamanı davamlığı 
aşağı düşür, sıxılır, struktur əlaqəsi pozulur, qəflətən sıyıqlaşıb sürüşmə, uçqun, axar tullantı və digər 
əlverişsiz proseslərin əmələ gəlməsinə səbəb ola bilər. Dinamiki yükün digər növü zəlzələ təsirinə 
bənzər partlayışlar hesab olunur. Avtomobil, dəmir yolu, hidrotexniki qurğular tikintisində, faydalı 
qazıntılar çıxarıldıqda və s. işlərdə dağ süxurları partlayış üsulu ilə dağıdılır. Əksər halda partalyış təbii 
tarazlığın pozulması ilə müşayiət olunub sürüşmə, uçqun əmələ gətirir. İstilik təsiri. Dağ süxurlarında 
temperaturun yüksəlməsi kömürün yeraltı qazlaşdırılması, domna və marten sobalarının əsasında və s. 
baş verir. Bir sıra hallarda süxurun temperaturu 40-500C, bəzən isə 1000C və daha yuxarı qalxır (domna 
peçlərində). Kömürün yeraltı qazlaşdırılması zonada 1000-16000C temperaturda süxurlar bişir, 
«daşlaşır», öz ilkin xassələrini itirir. Digər təsir növlərində olduğu kimi, antropogen istilik axını yalnız 
dağ süxurlarının vəziyyətinə deyil, həm də ətraf təbii mühitin komponentlərinə təsir göstərir: torpaq, 
yeraltı sular, bitki örtüyü də dəyişir. Elektrik təsiri. Dağ süxurlarında yaranan süni elektrik sahəsi 
(elektriklə işləyən nəqliyyat, elektrik ötürücü xətləri və s.) dəyişən elektrik cərəyanı və sahəsi yaradır. 
Bu, əsasən elektrik enerji mənbələri sıx yerləşən şəhər ərazilərində müşahidə edilir. Bu zaman süxurların 
elektrik keçiriciliyi, elektrikə davamlığı və digər xassələri dəyişir. Dağ süxurlarının dinamik, istilik və 
elektrik təsirləri ətraf təbii mühitin fiziki çirklənməsinə səbəb olur. Dağ süxurları massivləri. Dağ 
süxurları massivləri, ilk növbədə onların üst qatları, mühəndis-təsərrüfatı mənimsənilməsi gedişində 
güclü antropogen təsirlərə (təzyiqlərə) məruz qalır. Bu zaman sürüşmə, kurst, altdan rütubətlənmə, 
çökmə prosesləri və s. təhlükə törədən proseslər inkişaf edir. Daim donuşluq süxur massivləri istilik 
antropogen təsirlərə həssas olduğundan təhlükəli proseslərə daha asanlıqla məruz qalır. Sürüşmələr. 
Dağ süxurlarının, qruntun öz çəkisinin və yükün – filtrasiya, seysmik və vibrasiyanın təsiri ilə yamac 
boyu sürüşməsi – sürüşmə hadisəsi adlanır. Sürüşmələr dağ dərələri yamaclarında, yarğanlarda, 
qobularda, dəniz sahillərində, süni yaradılan çuxurlarda tez-tez baş verən hadisədir. Sürüşmələr Qara 
dənizin Qafqaz, Krım sahillərində, bir sıra dağ çayları yamaclarında hər il təbii mühitə böyük zərər 


yetirir. Sürüşmələr dağ süxuru massivlərinin davamlılığını azaldır, ətraf təbii mühitin bir çox digər 
komponentlərini, səth axımını pozur, yeraltı su resurslarını azaldır, bataqlıq yaradır, torpaq örtüyünün 
pozulmasına səbəb olur, ağacları (meşə sahələrini) məhv edir və s. Faciəli xarakterli sürüşmə hadisələri 
baş verir, bu zaman çoxlu sayda insan həyatına son qoyulur. Sürüşmə haqqında ətraflı məlumat 
müvafiq fəsildə verilir. Altdan subasma (rütubətlənmə). Altdan rütubətlənmə prosesi təbii mühitin 
antropogen faktorlarının təsirinə qarşı cavab reaksiyasına parlaq misaldır. İlk dəfə bu proses sü anbarı 
yaradılarkən onun sahili boyu qrunt suyunun səviyyəsinin qalxması ilə diqqəti cəlb etmişdir. Hazırda 
altdan (aşağıdan) subasma dedikdə, qrunt suyunun müəyyən səbəblərdən kritik həddə (Yer səthindən 1-
2 metrə qədər) qədər qalxması başa düşülür. Ərazinin altdan subasması təbii mühitə olduqca neqativ 
təsir göstərir. Dağ süxuru massivləri həddindən artıq rütubətlənir və bataqlaşır. Sürüşmə zamanı karts 
və başqa əlverişsiz proseslər aktivləşir. Löslü gilli qruntlarda çökmə, gillərdə isə qabarma baş verir. 
Löslü qruntlarda çökmə bina və qurğuların kəskin qeyribərabər yatmasına (çökməsinə), gillərdə 
qabarma isə qeyri-bərabər qalxmasına səbəb olur. Bunun nəticəsində qurğular deformasiyaya məruz 
qalır, bəzən tamamilə istismara yararsız hala düşür. Bu, yaşayış və istehsalat binalarında ekoloji 
vəziyyəti pisləşdirir, əmək məhsuldarlığını aşağı salır, bəzən adamların yaralanmasına və 
xəstələnməsinə səbəb olur. Yeraltı suların qalxması səbəbləri müxtəlifdir və praktiki olaraq insan 
fəaliyyəti ilə bağlıdır. Bura yeraltı sudaşıyan kommunikasiyalardan suyun sızması, asfalt döşəmə və 
ərazidə tikinti aparmaq, küçə, bağ, bağça, yaşıllıqların səmərəsiz suvarılması, su anbarlarından suyun 
sızması (filtrasiyası) və s. aiddir. Hazırda dünyanın bir çox şəhərlərində yeraltı suların qalxması kütləvi 
xarakter almışdır. Məsələn, Rusiyada 700-dən artıq şəhər və şəhər tipli qəsəbələrdə, o cümlədən 
Moskva, Sankt-Peterburq, Nijniy Novqorod, Rostovna-Donu, Volqaqrad, Novosibirsk, Saratov və bir 
çox digərlərində altdan rütubətlənmə müşahidə olunur. Respublikamızda Lənkəran ovalığında, Kür-
Araz ovalığında, Abşeron yarımadasında, Samur-Dəvəçi ovalığında yeraltı suların qalxması, əsasən 
suvarma qaydalarına düzgün riayət olunmaması ilə əlaqədardır. Kürün aşağı hövzəsi rayonlarında 
(Sabirabad, Salyan, Neftçala) altdan rütubətlənmə prosesində Kür çayında suyun səviyyəsinin qalxması 
mühüm rol oynayır. Bununla əlaqədar yaşayış evləri, əkin sahələri dövri olaraq suyun altında qalır. 
Xəzər ətrafı ərazilərdə isə bu proses dənizin səviyyəsinin qalxması ilə də əlaqədardır. Daimi donuşluq. 
Yer kürəsinin ayrı-ayrı rayonlarında (Avropanın şimalı, Asiyanın şimalı və şərqi) yer qabığının üst 
qatları donuşluq vəziyyətindədir. Onların temperaturu həmişə 00C-dən aşağı olur. Belə süxurlar daima 
donuş və ya çoxillik donuş süxurlar, ərazi isə daimi donuşluq vilayəti adlanır. Daimi donuşluğu 
dördüncü dövr buzlaşması ilə əlaqələndirirlər. Son onilliklərdə daimi donuşluq rayonlarında (Qərbi 
Sibirin şimal hissəsi, arktik dənizlərinin şelfi və bir çox digərləri) tikinti altında mənimsənilir. Şimalın 
«kövrək» təbii ekosistemlərində insanların məskunlaşması nəticəsində torpaq-bitki qatı dağılır, relyef, 
qar örtüyü rejimi dəyişir, ekosistemlərin qarşılıqlı əlaqələri pozulur. Daimi donuşluq vilayətinin 
ekosistemlərinin «kövrəkliyi» onların aşağıdakı xüsusiyyətləri (şəkil 18.7) ilə bağlıdır: ilk növbədə 
orqanizmlərin növ müxtəlifliyi burada olduqca azdır, belə ki, ayrı-ayrı növlərin yalnız azsaylı qrupları 
«daimi donuşluq» şəraitinə uyğunlaşıb qala bilir. Maşınların, traktorların və digər nəqliyyat növlərinin 
hərəkəti (xüsusən tırtıllı) mamır, şibyə örtüyünü dağıdır və ekosistemlərin davamlığını xeyli aşağı salır. 
Şibyələrin kütləvi məhv olması havanı bir qədər kükürd 2-oksidi ilə çirkləndirir. Endogen geodinamik 
proseslər. Zəlzələ və vulkanizm yer qabığında dağ süxurlarında olduqca böyük qarışmalar baş verir, 
heyvan və bitki aləmini məhv edir, çoxlu, bəzən faciəli insan tələfatına və digər ağır ekoloji nəticələrə 
səbəb olur (bu proseslər haqqında XXIII fəsildə geniş məlumat verilir). 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə