Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə47/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   43   44   45   46   47   48   49   50   ...   60
Ekologiya

Yerin təkinə təsir
Yer qabığının faydalı qazıntılar çıxarılan üst hissəsi yerin təki adlanır. Yer təkinin təbii obyekt kimi 
ekoloji və digər funksiyaları kifayət qədər müxtəlifdir (şəkil 18.2). Yerin təki yer səthinin təbii təməli 
(özülü) olub, ətraf təbii mühitə aktiv təsir göstərir, bu, onun ekoloji funksiyası hesab olunur. Faydalı 
qazıntılar – bilavasitə xalq təsərrüfatında istifadə edilən dağ süxurları, həmçinin müxtəlif sahələr üçün 
qiymətli minerallar alınan təbii mineral törəmələridir. Dağ-mədən müəssisələri məhsullarının əsas 
növləri üçün təbii resurslar faydalı qazıntılar sayılır, onlar yanacaq, metal və qeyri metallara bölünür. 
Faydalı qazıntılara yanacaq-energetik resurslar – neft, qaz, kömür, yanar şistlər, torf, uran mədənləri və 
s. daxildir (şəkil 18.3). Mədən (filiz) resursları – dəmir və marqans filiz mədənləri, boksitlər, xromitlər, 
qurğuşun, sink, nikel, volfram, molibden, qalay, antimon mədənləri, nəcib metal filiz mədəni və b. Təbii 
tikinti materialları və qeyri-filiz faydalı qazıntılar – əhəng daşı, dolomit, gillər, qum, mərmər, qranit, 
yəşəm daşı, miner (əqiq), süleyman daşı, korund, almaz, dağ bülluru və b. Dağ-kimyəvi xammalı – 
apatitlər, fosforitlər, xörək duzu, kalium duzu, kükürd, barit, brom və yod tərkibli məhlullar və s. 
Hidromineral resurslar – yeraltı şirin və minerallaşmış sular . Mədən və karxanaların məhsulları – təbii 
mineral xammal olub filiz adlanır. Filiz – dağ süxuru olub, tərkibində müəyyən miqdarda metallar və 
onların birləşmələri və ya qeyri-metal minerallar (azbest, barit, kükürd, almaz, mika (slyuda)) olur.
Kömür yataqları şaxtalarının məhsulları – kimyəvi texnoloji xassələrinə görə qonur, antrasit, daş kömür, 
yanar şistlərə bölünür. Daş kömürlər 10 markaya – sinfə bölünür. Qeyri filiz materialları dağ sənaye 
müəssisələrinin əsas məhsulları aşağıdakılardır: çınqıl, qum, qum-çınqıl qarışığı, tikinti daşı (but).
Qazıntı yanacaqları növlərindən dünyada ən çox ehtiyatı olanı kömürdür. Mövcud qiymət qoymağa 
əsasən kömürün şərti yanacaq hesabı ilə ümumi geoloji ehtiyatı 9-11 trilyon tona çatır, tədqiq edilmiş 
ehtiyatı isə 1,2 trln. ton təşkil edir. Neftin çıxarılan ehtiyatı 250-375 mlrd. ton şərti yanacaq qədər 
qiymətləndirilir. Neft ehtiyatının 2/3-si qədəri Yaxın və Orta Şərqin – Səudiyyə Ərəbistanı, Küveyt, 
Abu-Dabu, İran, İraqın payına düşür. ABŞ, Rusiya, Meksika, Venesuela, Nigeriya, Azərbaycan və bəzi 
digər ölkələr də neftlə zəngindir. Faydalı filiz qazıntıları arasında dəmir filizi böyük əhəmiyyət kəsb 


edir, yer qabığında onun ümumi ehtiyatı 600 mlrd. tona çatır. Bəşəriyyət yer qabığı ilə min il qabaq 
əlaqəyə girmişlər. Arxeoloq və tarixçilərə məlumlur ki, hələ neolit dövründə əcdadlarımız faydalı 
mineralları, dağ süxurlarını, külçələri yer səthindən yığmaqla kifayətlənməmiş, onları yerin alt 
qatlarından da çıxarmışlar. Neolitdə, tunc və daş dövrlərində yerin alt qatlarında silisium, mis, dəmir 
filizi və duz çıxarılmışdır. Onların yerində lağım, süni quyular və yeraltı yollar aşkar edilmişdir. İnsan 
nəsillərinin bütün bu fəaliyyətləri yer qabığına real təsir göstərə bilməmişdir. Min illər keçdikdən sonra 
insanın yer qabığına təsiri qlobal miqyas almışdır. Bəşəriyyətin istifadə etdiyi təbii resursların ümumi 
həcminin 70%-dən çoxu yer təki resurslarının payına düşür. Onlardan 94%-i enerji daşıyıcıları 
(mühərrik) yanacaqları, istilik və atom elektrik stansiyaları yanacaqları), 90%-dən artıq ağır sənaye 
məhsulları (konstruksiya materialları, prokat, boru), 75%-ə qədər tikinti materialları, 60% gübrə və 50% 
qeyri yeyinti təyinatlı xalq tələbatı malları istehsal olunur. Mineral resurslar yeyinti istehlakında 
(işlərində) mühüm əhəmiyyət kəsb edir, onun əsasında dərman preparatları hazırlanır (şəkil 18.5). Çox 
hissəsi minerallaşan yeraltı artezian sularından balneoloji məqsədlər, həm də içməli su təchizatında 
geniş istifadə olunur. Mineral palçıqlar, termal su mənbələri müxtəlif xəstəliklərin müalicəsi üçün gözəl 
vasitə hesab olunur. Yerin təki, həmçinin faydalı qazıntıların çıxarılması məqsədi daşımayan bina və 
qurğuların, nəqliyyat kommunikasiya, anbar, mürəkkəb infrastruktur obyektlər və s.-nin yerləşmə 
məqsədi daşıyır. Minerallar (mineral resursları) bilavasitə istifadə oluna bilər, məsələn, mərmər, yaxud 
ondan uyğun kimyəvi birləşmələr alınır, məsələn, dəmir filizindən dəmir əldə edilir. Minerallarda, suda 
və havada olan kimyəvi elementlər tarixin gedişində tədricən çoxalır. Qədimdə yalnız 18 element, XVIII 
əsrdə – 29, XIX əsrdə – 62 elementdən istifadə olunmuşdur. XX əsrin sonunda dağ sənaye istehsalında 
faydalı qazıntıların 250-dən artıq növmüxtəlifliyindən istifadə edilmişdir. 1961-1980-ci illərdə yerin 
təkindən, əsrin əvvəlindən bəri çıxarılan bütün kömürün 40%-dən çoxu, dəmir filizinin 55%-i, bütün 
neftin 73%-dən çoxu, təbii qazın 77%-i, kalium gübrələrinin 64%-i, fosfatların 66%-i, boksit xammalın 
80%-ə qədəri çıxarılmışdır. 1950-ci ildən 1980-ci il daxil olmaqla inkişaf etməkdə olan kapitalist 
ölkələrində qurğuşunun istehsalı 1,7 dəfə, sinkinki 2,4 dəfə, misinki 2,8 dəfə, volframınkı 3,3 dəfə, 
nikelinki 4,6 dəfə, molibden və kalium gübrələrininki 6,8 dəfə, fosfat filizininki 5 dəfə, boksidinki isə 
11 dəfə artmışdır. Mineral resursların mühüm mənbəyi okean hesab olunur. XX əsrin sonu, XXI əsrin 
əvvəlində bütün dünyada xörək duzunun üçdə biri okeanlardan əldə edilmişdir. Xörək duzundan başqa
dəniz suyundan brom, maqnezium və digər elementlər alınır. Məsələn, bromun 99%-ə qədəri dəniz 
suyunda toplanır. Mineral xammal həmçinin dəniz sahillərindən, şelf zonasından və okeanın dibindən 
əldə edilir. Gələcəkdə sahil vilayətlərində tikinti sənayesi üçün qum və çınqılın mənbəyi ehtimal ki, 
dənizin dibi olacaqdır. Dənizin dibində, şelflərin dərinliklərində neftin ehtiyatı tapılmışdır. Burada 
neftin çıxarılması Kaliforniyanın sahillərində, Mekiska və Fars körfəzində, Xəzər dənizində və başqa 
yerlərdə həyata keçirilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə