Ekologiya imtahan Suallar


İqlim və iqlim əmələ gətirən faktorlar. İqlimin təsərrüfata təsiri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə43/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   39   40   41   42   43   44   45   46   ...   60
Ekologiya

İqlim və iqlim əmələ gətirən faktorlar. İqlimin təsərrüfata təsiri
Günəşdən Yerə düşən (daxil olan) şüa enerjisi planetimizin istilik balansını və temperatur rejimini təyin 
edir. Bütün digər səma cinslərindən Yerə daxil olan radiasiya enerjisii olduqca az olduğundan Yerdə 
gedən istilik mübadiləsi proseslərinə nəzərə çarpacaq dərəcədə təsir göstərmir. Yer kürəsi oxunun (şimal 
və cənub qütblərini birləşdirən şərti xətt) göy ekvatoru müstəvisinə doğru 23027′ meyilliyi (əyilməsi) 
nəticəsində günəş şüaları yer səthinə müxtəlif bucaqlar altında düşür. Yerin kürəşəkilli olması, onun 


Günəş ətrafında fırlanması və yer oxunun maili olması Yer səthinin qeyri bərabər qızmasını və 
yağıntıların qeyri-bərabər paylanmasını müəyyən edir. Atmosferin aşağı qatlarında (30 …. 40 km) və 
Yer səthi yaxınlığında müxtəlif cür, fasiləsiz olaraq dəyişən fiziki proseslər gedərək hər bir konkret 
yerdə (ərazidə) hava şəraitini təyin edir. Lakin bütün müxtəlif sutka, ay və illik hava şəraitində hər bir 
yerin hava şəraitinin və havanın orta çoxillik rejiminin ardıcıl dəyişməsinin ümumi 
qanunauyğunluqlarını səciyyələndirmək olar-buna iqlim (klimat) deyilir. İqlim ərəb sözü olub qurşaq, 
vilayət, ölkə deməkdir, klimat isə «klimatos» yunan sözündən götürülüb maillik (səthin günəş şüalarına 
meyilliyi mənasında) deməkdir. Yer səthində konkret ərazidə günəş radiasiyası, atmosfer sirkulyasiyası 
və fiziki hadisələrin qarşılıqlı təsiri nəticəsində formalaşan atmosfer proseslərinin qanunauyğun 
ardıcıllığı iqlim adlanır. Sadə dillə iqlim havanın çoxillik rejimi, hava şəraitinin bir-birilə əvəz edən 
bütün müxtəlifliklərinin məcmusudur. Hər bir ərazidə iqlim, iqliməmələgətirən proseslərin – atmosferin 
sirkulyasiyasının, istilik və rütubət dövranının təsiri altında tarixən formalaşır. Bu proseslər yerin enlik 
və uzunluq dairələri, dəniz səviyyəsindən yüksəklik, quru və su səthlərinin paylanması, isti (və ya soyuq) 
okean axınlarının təsiri, dağ yamaclarında əsas sudaşıyan atmosfer axınlarının istiqaməti (səmti), bitki 
və qar örtüyü və s. kimi konkret coğrafi şəraitlərlə birlikdə (əlaqədə) iqlim əmələgətirən faktorlar 
adlanır. İqlimin əsas elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri, atmosfer təzyiqi, 
havanın rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək) hesab olunur. Qlobal və lokal 
iqlim ayrılır. Qlobal iqlim bir neçə onilliklərdə atmosferin, okeanın, qurunun və bütövlükdə biosferin 
vəziyyətinin statistik məcmusu, lokal iqlim isə coğrafi şəraitdən asılı olaraq müəyyən əraziyə məxsus 
çoxilliklər dövründə (30 ildən az olmayaraq) atmosfer şəraitinin statistik məcmusudur. Yer kürəsində 
iqliməmələgətirən faktorların müxtəlif əlaqələri (birliyi) olduqca çoxlu iqlim müxtəliflikləri yaradır. 
XIX əsrin ikinci yarısında V.V.Dokuçayev tərəfindən Yerin coğrafi zonallığı qanunu kəşf olundu. Bu 
qanuna əsasən müəyyən en dairəsi üzrə Yerin coğrafi «təbəqəsinin» qanunauyğun olaraq bölünməsi 
torpaqiqlim zonalarının bir-birini əvəz etməsi kimi təzahür olunur. Hər zonanın təbii-tarixi formalaşması 
günəş radiasiyasının paylanma xarakteri (ekvatordan qütblərə doğru azalması) və qurunun qeyri-bərabər 
rütubətlənməsindən asılıdır. Hər zona üçün zonal iqlim tipi xasdır və onun mövsümi xüsusiyyətləri 
torpaq və bitki örtüyünün zonal tiplərini formalaşdırır. Bitki örtüyünün məhsuldarlığı iqlim və torpaq 
şəraitindən asılıdır. Akademik A.A.Qriqoryev və M.İ.Budıko (1959, 1962), M.İ.Budıko (1977) 
tədqiqatlarına əsasən coğrafi zonaların rütubətlənmə şəraiti yağıntıların cəminə (ay, mövsüm, il ərzində) 
görə deyil, quraqlığın radiasiya indeksi göstəricisi ilə daha tam xarakterizə olunur. Bu göstərici Yer 
səthinin illik radiasiya balansının (R) həmin sahədəki illik yağıntıların (r) miqdarının buxarlanması üçün 
sərf olunan istilik cəminə (Lr) nisbətidir (cədvəl 16.1). Adı çəkilən müəlliflər zonanın termik şəraitini 
Yer səthi səviyyəsində (standart müşahidələr səthdən 2 m hündürlükdə aparılır) temperatur cəmi ilə 
ifadə edirlər, bu radiasiya balansının miqdarı ilə sıx bağlıdır. İqlimin insanın təsərrüfat fəaliyyətində 
əhəmiyyəti Həyat və insanın bütün təsərrüfat fəaliyyəti müəyyən konkret iqlim şəraitində keçir. İqlim 
resursları əsas təbii faktorlardan sayılır. İnsanın konkret ərazidə iqtisadiyyatın müxtəlif sahələrində 
istifadə etdiyi günəş radiasiyası, temperatur, yağmurlar, buxarlanma və digər iqlim elementlərinin 
miqdarca qiymət məcmusu iqlim resursları adlanır. Fasiləsiz bərpa olunan iqlim resurslarına işıq, günəş 
radiasiyası, istilik; dövrü olaraq bərpa olunan iqlim resurslarına isə rütubətlilik, külək, buludluluq və b. 
aiddir. Kənd təsərrüfatı istehsalı prosesində bilavasitə istifadə olunan iqlim elementləri (fotosintetik 
aktiv radiasiya – FAR, istilik, rütubət və b.) aqroiqlim resursları sayılır. İqlim, kənd təsərrüfatı 
bitkilərinin coğrafi yayılması və müvəffəqiyyətlə becərilməsini, kənd təsərrüfatı heyvanlarının 
saxlanmasını, onların otarılma şəraitini müəyyənləşdirir. Görkəmli rus alimi K.A.Timiryazev qeyd 
etmişdir ki, iqlim məlumatları, yalnız bitkinin iqlim faktorlarına olan tələbatını aşkar etdikdə kənd 
təsərrüfatı üçün əhəmiyyətli (faydalı) ola bilər. Bu tələbatın kəmiyyətini aşkar etmək üçün bitkinin 
inkişafı, böyüməsi və m əhsuldarlığının formalaşmasının miqdarca ifadəsi, iqlim faktorları ilə əlaqəsi 
müəyyənləşdirilməlidir. Bir tərəfdən iqlim faktorları arasında, digər tərəfdən isə böyümə, inkişaf, 
qışadavamlılıq və məhsuldarlığın formalaşması arasında kəmiyyətcə ifadə olunan əlaqələr aqroiqlim 
göstəriciləri adlanır. Bu göstəricilərdən istifadə edərək, müxtəlif ərazilərin müxtəlif kənd təsərrüfatı 
bitkiləri becərmək və kənd təsərrüfatı heyvanları saxlamaq üçün iqlimin əlverişlilik dərəcəsini müəyyən 
etmək olar. İqlimin kənd təsərrüfatı baxımından qiymətləndirilməsində kənd təsərrüfatı istehsalı üçün 


ilin isti və soyuq dövrlərində təkrar olunan təhlükəli meteoroloji hadisələrin məlumatlarından mütləq 
istifadə edilməlidir. Belə hadisələrə ayazlar, quraqlıq, quru küləklər, güclü küləklər, tozlu tufanlar, 
torpağın eroziyası, dolu, payızlıq bitkilərin və kənd təsərrüfatı heyvanlarının əlverişsiz qışlama şəraitinin 
müxtəlif növləri aiddir. Vegetasiya dövründə (və ya müxtəlif fazalar arasındakı dövr) bitkinin istiliyə 
tələbatının aqroiqlim göstəricisi kimi müsbət, aktiv və ya effektiv temperaturdan istifadə edilir. Bitkinin 
istiliyə olan tələbatını səciyyələndirən temperatur cəminin bütün növlərini ərazinin termik (istilik) 
resursları ilə asan müqayisə etmək olar. Belə müqayisə müəyyən ərazidə becərilən kənd təsərrüfatı 
bitkilərinin istiliyə olan tələbatını aşkar etməyə imkan verir (faizlə). 10 ilin 8 ilindən (80%) az olmayaraq 
istiliklə bitkinin təmin olunması səmərəli (gəlirli) sayılır. Ərazinin termik şəraitinin 
qiymətləndirilməsində ən isti ayın orta temperaturu, şaxtasız dövrün uzunluğu, gec düşən yaz və tez 
düşən payız ayazlarının başlanma müddəti (vaxtı), onların təkrarlanmasından da istifadə edilir. Ərazinin 
rütubətlənmə şəraitini qiymətləndirdikdə adətən çoxillik orta yağıntıların cəmi və onların aylar (və ya 
mövsümlər), yaxud ilin isti və soyuq dövrlərində paylanmasından istifadə olunur. Lakin orta çoxillik 
yağıntıların miqdarı bitkilərin rütubətlə təmin olunmasını tam səciyyələndirmir, belə ki, yağıntıların bir 
hissəsi səthi axıma, torpaq səthindən buxarlanmaya və torpağın dərin qatlarına hopmasına sərf olunur. 
Atmosfer suyunun yalnız bir hissəsi bitkinin biokütlə yaranmasında transpirasiyaya sərf olunur. Odur 
ki, bitkinin rütubətlə təmin olunması üzrə daha düzgün qiymət alınmasında vasitəli (dolayı) 
göstəricilərdən istifadə edilir. Bura rütubətlənmənin müxtəlif göstəriciləri (əmsallar) aiddir. Atmosfer 
yağıntılarının cəminin buxarlanmanın miqdarı, yəni müəyyən bir bitki sahəsində torpağın səthindən 
buxarlanmanın potensial miqdarına nisbəti rütubətlilik əmsalı adlanır, buxarlandırıcı adlı xüsusi cihazın 
köməyi ilə ölçülür. Rütubətlik əmsalı illik yağıntının cəmini illik buxarlanmaya bölməklə tapılır. 
Optimal əmsal vahidə yaxındır. A.Kovdanın rütubətlik əmsalına görə aşağıdakı fasiyalara ayırmaq olar:
Superhumid – 1,5-3 Humid - Normal - K Semiarid - 1,2-1,5 1,0 Arid - Ekstraarid - 0,7-0,5 
0,5-0,3 0,2 ənd təsərrüfatı bitkilərinin rütubətlə təmin olunma dərəcəsini qiymətləndirmək üçün torpağın 
bitki kökləri yayıldığı qatlarda məhsuldar rütubət ehtiyatının miqdarından da istifadə etmək olar. Bu 
zaman məhsuldar nəmliyin vegetasiya dövrü ərzində paylanma ehtimalı mütləq nəzərə alınmalıdır.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə