Ekologiya imtahan Suallar


Geoloji dövrlərdə iqlimin dəyişməsi



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə44/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   40   41   42   43   44   45   46   47   ...   60
Ekologiya

Geoloji dövrlərdə iqlimin dəyişməsi 
 
Yerin geoloji tarixi boyunca (alimlərin fikirlərinə görə təxminən 4,65 milyard il) aktiv tektonik və 
vulkanik fəaliyyətlər nəticəsində onun təbii şəraiti okeanların və qurunun sahəsi, materiklərin ümumi 
şəkli, dağ sistemlərinin hündürlüyü və sahəsi, atmosferin tərkibi dəfələrlə dəyişmişdir, bu zaman iqlim 
də əhəmiyyətli dərəcədə dəyişikliyə uğramışdır. Müasir bilgilərə görə planetimizin müxtəlif geoloji 
dövrü tarixində astronomik dəyişilmələr – Yerin fırlanma oxunun ekliptika müstəvisinə doğru əyilməsi 
(meyilliyi), Yer orbitinin dəyişməsi, Günəşin işıqlanma dərəcəsinin (radiasiya intensivliyinin) dəyişməsi 
və s.-nin böyük təsiri olmuşdur. Belə dəyişmələr haqqında poleocoğrafiya, paleogeologiya, 
paleoiqlimşünaslıq, paleontologiya, paleobotanika və başqa sahələrin alimlərinin tədqiqatları 
nəticəsində dürüst materiallar əldə edilmişdir. Qədim dövrlərin iqliminin tədqiqi göstərir ki, bir neçə 
milyon illər əvvəlki iqlim şəraiti, indikindən olduqca fərqlənmişdir. Hazırkı dövrdə Yerin ekvator və 
qütblərindəki temperaturun müasir böyük ziddiyyətləri təxminən 70 mln. il əvvəl, üçüncü dövrün 
başlanğıcında formalaşmışdır. Paleocoğrafi tədqiqatların materiallarına əsaslanaraq geoloji keçmişdə 
iqlimin dəyişməsi M.İ.Budıkoya (1977) görə aşağıdakı kimi olmuşdur. Dördüncü dövrdən əvvəlki 
vaxtların iqlimi Kembirdən qədim dövrün iqlim şəraiti az məlumdur, palieozoy dövrünün (570-235 mln. 
il əvvəl) iqlim şəraiti haqqında bir qədər çox məlumat mövcuddur. Ehtimal olunur ki, paleozoyun böyük 
hissəsi ərzində Yer kürəsinin bütün hissəsində iqlim olduqca isti keçmişdir. Paleozoyun sonunda daş 
kömür və perm dövrləri hüdudunda buzlaşma baş verərək qurunun böyük ərazisini zəbt etmişdir. Bu 
buzlaşmanın coğrafi vəziyyəti haqda (onun inkişaf dövrlərində) fikir yürütmək olduqca çətindir, belə ki, 
belə uzun vaxt ərzində ola bilsin ki, Yer kürəsinin kontinentləri və qütblərində böyük yerdəyişmələr 
olmuşdur. Perm-karbon buzlaşması epoxasında Yer kürəsinin digər rayonlarında iqlim şəraiti kifayət 
qədər isti olmuşdur. Perm dövründə nəzərə çarpan termik zonallıq olmuşdur, bununla belə, 
kontinentlərdə quru iqlim vilayətləri genişlənmişdir. Mezozoyun iqlimi (zamanımızdan 235-66 mln. il 
əvvəl) kifayət qədər yekrəng olmuşdur. Yer kürəsinin böyük hissəsində iqlim şəraiti müasir tropik iqlimə 


yaxın olmuşdur, buna baxmayaraq, yüksək enliklərdə iqlim xeyli mülayim və ya isti olmuş, temperatur 
dəyişkənliyi mövsümlər üzrə az olmuşdur. Mezozoyda rütubətlənmə şəraiti kontinentlərdə, ehtimal ki, 
müasir epoxa ilə müqayisədə daha yekrəng olmuş, həm də rütubət çatışmazlığı və izafi rütubətlik 
zonaları mövcud olmuşdur. Təbaşir dövrünün sonunda isti iqlim zonası azalmış, quru iqlim şəraiti 
vilayəti isə genişlənmişdir. Kaynozoy erasına keçid dövründə iqlimdə nəzərə çarpacaq dəyişiklik baş 
verməmişdir. Üçüncü dövrün ikinci yarısında (oliqosenin ortalarında) soyuqlaşma prosesinin inkişafı 
başlanmışdır, bu proses mülayim, xüsusən yüksək enliklərdə daha çox nəzərə çarpmışdır. Bu vaxtdan 
etibarən yüksək enliklərdə tədricən yeni iqlim zonası genişlənir, burada meteoroloji rejim mülayim 
zonadakı müasir iqlim şəraitini xatırladır. Bu zonada havanın temperaturu qışda sıfırdan aşağı enir, bu 
isə mövsümi qar örtüyünün əmələ gəlməsinə imkan yaradır. Eyni zamanda okeandan uzaq rayonlarda 
iqlimin kontinentallığı artır. Soyuqlaşma prosesi müntəzəm olmayıb, ayrı-ayrı epoxalarda istiləşmə baş 
vermişdir, lakin bu termik zonallığın ümumi güclənmə meylini dəyişməmiş, yuxarı enliklərdə 
temperaturun aşağı düşməsinə səbəb olmuşdur. Bu proses pliosendə güclənmiş, bu zaman ehtimal ki, 
oliqosendə Antarktidada kontinental buzlaşmanın genişlənməsi baş vermişdir və indi də mövcuddur.
Pliosendə iqlimin müasir dövrdəkinə nisbətən isti olmasına baxmayaraq, o, mezozoya və üçüncü dövrün 
birinci yarısına nisbətən müasir iqlim şəraitinə daha oxşar olmuşdur. Pleystosenin iqlim şəraiti. 
Pleyctosenin iqlimi özündən əvvəlki mezozoy və üçüncü dövrün iqlimindən kəskin fərqlənir. Pleyctosen 
1,6-2,0 mln. il əvvəl başlanmışdır, bu zaman üçüncü dövrün sonunda baş verən soyuqlaşma mülayim 
və yüksək enliklərdə güclənmiş, bu isə böyük kontinental buzlaşmanın inkişafına səbəb olmuşdur. Belə 
buzlaşmaların sayı və tarixi təxmini məlumdur. XIX əsrdə Alpda aparılan tədqiqatlar dörd əsas Avropa 
buzlaşmalarını (Qyuns, Mindel, Riss və Vüyrm) ayırmağa imkan verdi. Sonralar aydın olmuşdur ki, bu 
buzlaşmaların hər biri bir neçə mərhələyə ayrılır, onların arasında buzlaqlar geri çəkilmişdir. Ehtimal 
ki, buzlaşmanın inkişafı və geri çəkilməsi pleystosenin ümumi müddətinin az hissəsini təşkil etmişdir, 
nisbətən isti buzlaqlararası epoxalar daha uzun müddətli olmuş və bu zaman kontinentlərdə buzlaqlar 
yoxa çıxaraq yalnız dağ rayonlarında və yüksək en dairələrində qalmışdır. Müəyyən edilmişdir ki
Avropa, Asiya və Şimali Amerikada buz örtüklərinin hücumu və geri çəkilməsi qismən sinxron (eyni 
zamanda) olmuşdur. Buzlaşma epoxasında kontinentlərdə buz örtüyü yerini dəyişərək daha rütubətli 
dəniz iqlimi olan rayonlara çatmışdır. Şimali Asiyanın nisbətən quru iqlimində buzlaşma çox az sahə 
tutmuşdur. Daha güclü buzlaşma zamanı kontinental buz örtüyü şimal yarım kürəsində orta hesabla 570 
ş.e.d.-nə, ayrıayrı rayonlarda hətta 400 ş.e.d.-nə çatmışdır. Kontinental buz örtüyünün qalınlığı buzlağın 
çox hissəsində 100 metr, bəzi vilayətlərdə isə bir kilometrə çatmışdır. Şübhəsiz, kontinental 
buzlaşmanın inkişafı zamanı dəniz qütb buzlarının sərhədi də daha aşağı en dairələrinə enmişdir. Bu, 
planetimizdə dami buz örtüyünün sahəsini xeyli artırmışdır. Buzlaqların hər dəfə hücumu zamanı 
buzlaqla əhatə olunmayan dağ rayonlarında qar xətti yüz metrə, bəzən bir kilometrə qədər aşağı 
enmişdir. Bununla yanaşı, buzlaşma epoxalarında daima donuş torpaqların sahəsi də xeyli çoxalmışdır. 
Buzlaşmanın inkişafı zamanı daim donuşluq daha aşağı en dairələrinə keçmiş, bu məsafə bəzən min 
kilometrə çatmışdır. Buzlaşma epoxalarının xarakterik xüsusiyyətləri böyük kontinental buzlaqların 
inkişafı, Dünya okeanının indikinə nisbətən 100-150 m aşağı düşməsi olmuşdur. İsti buzlaqlararası 
epoxalarda okeanın səviyyəsi bir neçə on metrlərlə qalxmışdır. Buzlaşma epoxalarının iqlimi Yer 
kürəsinin bütün rayonlarında havanın temperaturunun xeyli aşağı düşməsi ilə səciyyələnmişdir
temperaturun belə aşağı düşməsi indikinə nisbətən orta hesabla bir neçə dərəcə fərqli olmuş və en dairəsi 
artdıqca yüksəlmişdir. İsti buzlaqlararası epoxalarda havanın temperaturu indikindən isti olmuşdur.
Holosenin iqlim şəraiti. Holosen iqlimin dəyişməsi tarixində nisbətən qısa bir epizod (hadisə) dördüncü 
buzlaşmanın sonunda baş vermişdir. Bu vaxt ərzində iqlim şəraitində bir neçə nəzərə çarpacaq 
tərəddüdlər olmuşdur. Son vürum buzlaşması bizim dövrümüzdən 20 min il əvvəl baş vermiş, bir neçə 
min il ərzində bu buzlaşma xeyli dərəcədə dağılmışdır. Ardıcıl (sonrakı) gələn epoxa şimal 
yarımkürəsinin mülayim və yüksək en dairələrində nisbətən soyuq və rütubətli iqlimi ilə 
səciyyələnmişdir. Bizim dövrümüzdən təxminən 12 min il əvvəl xeyli istiləşmə baş vermiş (Allered 
epoxası) və o, tezliklə soyuqlaşma ilə əvəz olunmuşdur. Sonralar yenidən istiləşmə bərpa olunmuş və 
Avropa və Şimali Amerikada son iri buzlaşma, zamanımızdan 5-7 min il əvvəl yoxa çıxmışdır. Bu 
epoxada buzlaşmadan sonrakı istiləşmə maksimuma çatır. Güman edilir ki, bizim dövrdən 6 və 7 min 


illər arasında şimal yarımkürəsində havanın temperaturu indikindən təxminən 1-30 artıq olmuşdur. Bu 
zaman ehtimal ki, atmosfer dövranında müəyyən dəyişikliklər olmuşdur. Qütb buzlarının şimala doğru 
yerləşməsi ilə bərabər, buzlaşma eyni zamanda subtropik qurşağın daha yüksək en dairələrinə keçmişdir, 
bu isə Avropa, Asiya və Şimali Amerikanın bir sıra vilayətlərində quraqlıq zonanın genişlənməsinə 
gətirib çıxardı. Eyni zamanda aşağı en dairələrinin müasir səhralarında yağıntıların miqdarı artdı. Həmin 
epoxada Saxaranın iqlimi nisbətən rütubətli olmuş, bu isə burada zəngin flora və faunanın 
mövcudluğuna şərait yaratmışdır. Sonralar soyuqlaşmaya doğru meyl üstünlük təşkil etmiş, bu hal, 
bizim eramızdan əvvəl birinci minillikdə xüsusilə nəzərə çarpacaq dərəcədə olmuşdur. Termik rejimin 
dəyişilməsi ilə yanaşı olaraq yağıntıların rejimi də dəyişərək müasir vəziyyətindəkinə yaxınlaşmışdır.
Eramızın birinci minilliyinin sonu və ikinci minilliyin əvvəlində xeyli istiləşmə baş verir, bu vaxt qütb 
buzları yüksək en dairələrinə doğru geri çəkilməyə başladı. XIII əsrdən başlayaraq XVII əsrin 
başlanğıcında maksimuma çatan soyuqlaşma dağ buzlaqlarının genişlənməsi ilə müşayiət olunur, 
bununla əlaqədar, bu dövr bəzən kiçik buzlaq epoxası adlandırılır. Sonralar növbəti istiləşmə və 
buzlaqların geri çəkilməsi başlandı. XVIII və XIX əsrlərin iqlim şəraiti müasir dövrünkündən nisbətən 
az fərqlənir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə