Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə42/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   38   39   40   41   42   43   44   45   ...   60
Ekologiya

Azərbaycanda energetika
Bölmə əsasən – «Azərenerji» aksioner (səhmdar) cəmiyyətinin (AC) birinci vitse-prezidenti 
M.Novruzovun (1999) məlumatlarına əsaslanaraq yazılmışdır. Azərbaycanda energetika öz inkişafında 
mərhələlərlə böyük inkişaf yolu keçmişdir. Birinci mərhələ az güclü elektrik stansiyaların 
birləşdirilməsi və milli sənaye, ilk növbədə neft sənayesinin formalaşması tipini daha yüksək təmin 
etmək üçün yeni stansiyaların tikilməsi ilə başlanmışdır. Respublikanın müxtəlif regionlarında 
sənayedə və kənd təsərrüfatında elektrik enerjisinin geniş istifadəsi enerji sisteminin yeni keyfiyyətli 
inkişafı ilə bağlı olaraq ikinci mərhələyə keçid üçün şərait yaratdı, inkişafın üçüncü mərhələsində enerji 
sistemimizlə, başqa respublikaların elektrik sistemləri ilə paralel iş aparılması təşkil olunaraq SSRİ-nin 
Vahid enerji sistemi yaradıldı. Respublikanın «Azərenerji» Aksioner (səhmdar) Cəmiyyəti 1998-ci ildə 
11 elektrik stansiyasını birləşdirir: gərginliyi 500, 330 və 220 kvt elektrik şəbəkələrinin ümumi uzunluğu 
3000 km, gərginliyi 110 kv və aşağı olan bölüşdürücü şəbəkələrinin uzunluğu – 8000 km təşkil edir. 
1990-cı ildə «Azərenerji»-də elektrik enerjisinin buraxılışı 21 mlrd kvt saat olmuşdur. Azərbaycanda 
enegetikanın yaranma mərhələləri XIX əsrin sonunda dünyada ilk dəfə elektrik enerjisinin istehsalı 
başlanmışdır. Bu dövrə qədər Azərbaycanda artıq neft çıxarılmasına başlandığı vaxtdan elektrik 
enerjisindən istifadə olunmuşdur. Bu dövrdə (1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan 
neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 
5-50 kvt-lıq elektrik stansiyaları quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafı elektrik enerjisini 
yüksəltməyi tələb edirdi.Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici 
elektrotexniki firmalar – «Simens - Qalske», «AEQ» və başqaları Bakıda daha güclü elektrik stansiyaları 
tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə «Elektrik gücü» aksioner (səhmdar) cəmiyyəti 
yaradılır. 1900-cü ilin martında «Elektrik gücü» AC Bakıda iki elektrik stansiyası layihələşdirir və 


onların tikilməsinə başlanır: «Belqorod» - 6000 l.s., və Bibi-Heybət – 1000 l.s. (sonralar o «Krasnaya 
zvezda» İES və Krasin adına İES adlandırıldı). 1902-ci ilin martında istismara buraxılan Belqorod 
elektrik stansiyasında «Zulcer» firmasına hər birinin 1000 l.s gücü olan dörd buxar maşını, «Lezner» 
firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının 6000 v gərginlikli generatoru quraşdırıldı. 
Bibi-Heybət elektrik stansiyasında «Simens-Qalske» firmasının 500 l.s. gücündə olan iki buxar maşını 
qoyuldu. Belqorod və Bibi-Heybət elektrik stansiyaları o dövr üçün Rusiyada ən böyük stansiyalar idi.
1912-ci ildə Bibi-Heybət və Belqorod elektrik stansiyalarının növbəti genişləndirilməsinə başlandı. İşə 
AEQ firmasının 8000 kvt gücündə olan turbogeneratoru daxil edildi. Belə turbogeneratorun daxil 
edilməsi BibiHeybət elektrik stansiyasının gücünü 10800 kvt-a çatdırdı. 1914-cü ildə Bibi-Heybət və 
Belqorod stansiyaları arasında əlaqə yaradıldı. Bu tarixi Azərbaycanda elektrik sisteminin yaranması 
tarixi hesab etmək olar. 1915-1917-ci illərdə Bibi-Heybət stansiyası Rusiyada ən böyük və Avropada ən 
faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000 kvt-a çatdırıldı.
1913-cü ildə respublikanın Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində ümumi gücü 635 kvt olan bir 
sıra kiçik elektrik stansiyaları işə düşdü. Sovet dövründə energetika quruculuğunun mərhələləri 1920-
ci ildə «Elektrotok» energetika kompaniyası qabaqlar xüsusi firmalara məxsus olan daha beş mədən 
elektrik stansiyasını (Romanı – 4000 kvt, Zabrat – 720 kvt, Sabunçu – 700 kvt, Suraxanı – 900 kvt və 
Artyom adası – 1420 kvt) birləşdirdi. «Elektrotok» elektrik stansiyasının ümumi gücü 56000 kvt-a 
çatdırıldı. Bakının mədənlərində neft istehsalı dünyanınkının 17,8%-ni və SSRİ-nin neft hasilatının 
80%-ə qədərini təşkil etməsini nəzərə alaraq QOELRO-nun planında Bakı sənaye rayonunun 
elektrikləşdirilməsinə xüsusi diqqət ayrıldı. Elektrik stansiyalarının genişləndirilməsi ilə yanaşı, elektrik 
şəbəkələri də inkişaf etdirildi. 1935ci ildə elektrik sisteminin gücü 176 min kvt-a qədər artırıldı.
Layihəyə uyğun olaraq «Krasnaya Zvezda» İES-də hər birinin gücü 25000 kvt olan iki terlofikasiya 
turbini, Krasin adına İES-ə isə 25000 kvt gücü olan hər bir kondensasiya turbini qoyuldu. 1939-cu ildə 
bütün aqreqatlar işə salındı. Sistemin gücü 251,6 min kVt-a çatdırıldı. 1941-ci ildə Sumqayıtda İstilik 
Elektrik Mərkəzi yaradılaraq gücü 24000 kvt olan kondensasiya turbini və gücü 25000 kvt olan AP-25-
l tipli teplofikasiya turbini işə salındı. 1940-cı ildə Azərbaycan energetika sisteminin gücü 251000 kvt-
a çatdırılaraq 1920-ci il sistemindən 5 dəfə çox təşkil etdi. 1940-cı ildə yarımstansiyaların sayı – 139, 
20 – 110 kvt-lıq hava xətlərinin uzunluğu 651 km, güc transformatorlarının ümumi gücü 589600 kvt 
təşkil edirdi. Bu illərdə «Severnaya» İES-i və Mingəçevir SES-i işə salındı, fəaliyyətdə olan elektrik 
stansiyalarında rekonstruksiya işləri aparıldı. «Severnaya» İES-də yeni enerji bloku montaj edildi, Əli 
Bayramlı İES-i tikildi. 1980-ci illərdə hər birinin gücü 390 mvt olan iki aqreqatdan ibarət Şəmkir SES-
i tikildi. 1983-cü ildə Azərbaycan İES-də iki aqreqatın montaj işləri qurtardı. Hazırda Azərbaycan İES-
i (Mingəçevir) 2400 mvt gücünə malik olub Cənubi Qafqazda ən güclü elektrik stansiyası sayılır. O, 
respublikamızın yarısının tələbatını ödəyir. 1990-cı ilin əvvəlində Azərbaycan İES-nin axırıncı 7 və 8-
ci enerji blokları istismara verildi. Ermənistanla olan münaqişə Azərbaycanın energetikasına mənfi təsir 
göstərdi, «Azərbaycan İES – Ağdam - İmişli» elektrik enerjisinin məsafəyə verilməsi sıradan çıxarıldı.
Hazırda «Azərenerji» AC-nin kollektivi tərəfindən konkret işlər yerinə yetirilir. Bir çox xarici banklar 
Azərbaycan iqtisadiyyatının gələcək inkişafına etibar edərək ona xeyli kreditlər ayırır. Belə ki, 1995-ci 
ildə Yenikənd SES-nin tikilməsi üçün Azərbaycana 53,4 milyon ABŞ dolları miqdarında kredit verildi.
«Severnaya» İES-nin rekonstruksiyası üçün Yaponiya 160 milyon dollar miqdarında kredit ayırdı. 
Planlaşdırılmış işlər başa çatdıqdan sonra müəyyən edilmiş güc daha 400 mvt artacaqdır. Hazırda 500 
və 300 kv gərginlikli elektrikin məsafəyə ötürülməsi müvafiq olaraq 594 və 1025 km təşkil edir. Bütün 
kompleks işlər yerinə yetirildikdən sonra Respublikanın enerji sisteminin gücü xeyli artacaq və sonralar 
Azərbaycan elektrik enerjisini Avropaya ixrac edə biləcəkdir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə