Ekologiya imtahan Suallar


Torpaq örtüyünə antropogen təsir



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə50/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   46   47   48   49   50   51   52   53   ...   60
Ekologiya

Torpaq örtüyünə antropogen təsir
 
Torpaq insanı əhatə edən təbii mühitin bir hissəsidir. O, dağ (ana) süxurların üst horizontlarına 
orqanizmlərin, bitki örtüyünün, atmosferin, hidrosferin uzunmüddətli mürəkkəb qarşılıqlı təsiri 
nəticəsində əmələ gəlmişdir. Torpağı dağ süxurlarından fərqləndirən başlıca cəhət onun münbitliyidir. 
Bütün digər planetlərdən Yer, üzərində torpağın olması ilə fərqlənir. Torpağı hər şeydən dəyərli hesab 
edən torpaq haqqında elmin banisi, görkəmli rus alimi V.V.Dokuçayev rus qara torpaqları haqqında 
yazırdı ki, o, daş kömürdən, neftdən, qızıldan da qiymətlidir. Belə ki, bəşəriyyət qızılsız da keçinə bilər, 
lakin torpaqsız yaşaya bilməz. Torpaq, Yer kürəsinin quru hissəsində bitkilərin məhsuldarlığını təmin 


etmək qabiliyyətinə malik olan üst kövrək münbit qatıdır. Torpaq – kənd təsərrüfat bitkilərindən məhsul 
almaq üçün əsas vasitə olub, bizim mövcudluğumuz ondan asılıdır. Torpaq, bitki və heyvanat aləmi 
tükənən, lakin bərpa olunan təbii resurslara aid edilir. Lakin bu baxımdan torpağı bitki örtüyü ilə praktiki 
olaraq eyni qrupa aid etmək düzgün olmazdı. Belə ki, qırılmış meşə sahəsinin bərpa olunması üçün on 
illər, torpaq örtüyünün bərpası üçün isə yüz illər, min illər tələb olunur. Odur ki, torpaq mahiyyət 
etibarilə bərpa olunmayan təbii resurs hesab edilməlidir. Eroziya prosesi nəticəsində üst münbit qatı 
qismən və ya tamamilə yuyulmuş torpaqda müəyyən meliorativ tədbirdər həyata keçirərək, bitkilərin 
məhsuldarlığını artırmaq olar, lakin təbii ilkin torpağı bərpa etmək qeyri mümkündür, çünki o, minillər 
ərzində, artıq təkrar olunmayan şəraitdə formalaşmışdır. Bununla belə, torpağın digər bərpa olunmayan 
təbii resurslardan (neft, daş kömür və yer təkinin digər sərvətlərindən) ayıran mühüm fərqi, ondan 
düzgün istifadə edildikdə gücdən düşməməsi, dağılmaması, hətta yaxşılaşması, münbitliyinin 
yüksəlməsidir. Beləliklə, torpaq xüsusi təbii resurs olub, bərpa olunmayan, eyni zamanda düzgün 
istifadə edildikdə tükənməyən resurs sayılır. Qeyd edildiyi kimi, torpağın mühüm göstəricisi onun 
münbitliyidir. Tarladan əsas (taxıl, kökümeyvəlilər, tərəvəz və s.) və əlavə (saman, yarpaq, gövdə, tağ 
və s.) məhsul götürdükdə insan, maddələrin bioloji dövranını qismən və tamamilə ayırır, torpağın 
öüzününizamlama qabiliyyətini pozur, münbitliyini aşağı salır. Humusun qismən itirilməsi torpağın 
münbitliyini aşağı salır, onun ekoloji funksiyalarını tam yerinə yetirməyə imkan vermir və 
deqradasiyaya uğramağa, yəni fiziki-kimyəvi xassələri pisləşməyə başlayır. Torpağın deqradasiyaya 
uğrama səbəbləri, əksər halda antropogen xarakteri daşıyır. Aqrosistemlərin torpağı daha yüksək 
dərəcədə deqradasiyaya məruz qalır. Aqrosistemlərin azdavamlı vəziyyətinin səbəbi, optimal 
öüzününizamlamayan, strukturu və məhsuldarlığı sabit olmayan sadələşmiş (bəsitləşmiş) fitosenozunun 
olması ilə izah olunur. Təbii ekosistemlərdə bioloji məhsuldarlıq təbiətin təbii qanunlarının təsiri ilə 
təmin olunursa, aqrosistemlərdə ilkin məhsul subyektiv faktor sayılan insandan, onun aqronomluq bilik 
səviyyəsindən, texniki təchizatından, sosial iqtisadi şəraitdən və s.-dən asılı olduğu üçün sabit qalmır. 
Məsələn, insan monokultur (buğda, çuğundur, qarğıdalı və s.) yaratdıqda, aqrosistemlərdə bitki 
qruplaşmalarının növ müxtəlifliyi pozulur. Aqrosistem sadələşir, birləşir, davamsız olur, abiotik və 
biotik ekoloji stresə qarşı davam gətirə bilmək qabiliyyətinə malik olmur. Aqrosenozun monodominant 
olması ilə əlaqədar əlverişsiz faktorlar bütün bitki örtüyündə özünü göstərir. Bunun nəticəsində 
məhsulun miqdarı təbii ekosisteminkindən aşağı olur. Xam bozqırların tam həqiqi (əsl) məhsulu səpin 
sahəsindəkindən 2 dəfədən də artıq olur. Bu, bozqır bitki örtüyünün vegetasiya dövründən 
daha bərabər istifadə etməsi ilə əlaqədardır. Bozqır bitki örtüyü daha çox yerüstü və yeraltı töküntü 
əmələ gətirərək torpağın münbitliyini yüksəldir, onun fiziki-kimyəvi xassələrini yaxşılaşdırır. Təbii 
ekosistemlərdə heyvanat aləminin əsas kütləsi torpağın ən üst qatında yerləşir (20-30 sm-ə qədər). 
Aqrosenozda isə onlar torpaq qatının altında (20-30 sm-dən dərin) toplaşır. N.Q.Satoxinanın 
məlumatına görə təbii ekosistemlərin yeraltı sferində aqrosenozdan 3,2 dəfə artıq bitki maddələri 
toplaşır. Burada canlı köklər ümumi fitokütlə ehtiyatının 50%-ə yaxın, aqrosenozda isə cəmi 14%-ni 
təşkil edir. Təbii ekosistemdə ölü üzvi maddələrin ehtiyatı yaşıl kütlənin ehtiyatından 1,5-2,0 dəfə 
çoxdur. Aqrosenozda bitki maddələri yalnız mövsümün sonunda ölür, onun ehtiyatı kiçikdir, uzun 
müddət torpaq çılpaq qalır. Çəmən-bozqırın ümumi məhsulu, aqrosenozunkindən 2-3 dəfə artıq olur. 
Təbii ekosistemdə məhsulun 80%-i yeraltı sferdə, aqrosenozda isə yerüstü sferdə əmələ gəlir. Torpaq 
uzun müddət səpin altında istifadə edildikdə, humusun ehtiyatı 60%-ə qədər azala bilər. Bu, illik 
dövriyyəyə daxil olan üzvi maddələrin miqdarının azalması, həm də eroziya prosesinin güclənməsi ilə 
əlaqədardır. Torpağa antropogen təsirin əsas növləri aşağıdakılardır: 1. Torpağın eroziyası; 2. Torpağın 
çirklənməsi; - Pestisidlərdən istifadənin nəticələri; - Aqrokimyəvi maddələrin istifadəsinin ətraf mühitə 
təsiri; - Torpağın radionuklidlərlə çirklənməsi; - Torpağın təkrar şorlaşması və bataqlaşması; - 
Səhralaşma; - Sənaye və kommunal tikinti üçün torpaq sahəsinin ayrılması. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə