Ekologiya imtahan Suallar


Faydalı qazıntıların çıxarılması və istifadəsinin təbii ətraf mühitə təsiri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə48/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   44   45   46   47   48   49   50   51   ...   60
Ekologiya

Faydalı qazıntıların çıxarılması və istifadəsinin təbii ətraf mühitə təsiri
XX əsrdə faydalı qazıntı yataqlarının işlənməsi litosferdə cəmləşir, lakin əldə olunan faydalı qazıntıların 
emalı, hazırlanması prosesləri bu və ya digər dərəcədə planetimizin bütün biosfer qabığını əhatə edir. 
Müasir şəraitdə Yerin təkindən geniş istifadə olunması mühüm geoloji proseslərin gedişini pozmuş, ilk 
növbədə isə təbii dövranda mübadilənin maddi balansının nisbətinə təsir göstərmişdir. Hazırda çoxlu 
miqdarda dağ süxuru kütləsinin, həll olmuş və uçucu maddələrin – sənaye axıntıları, tüstü və buxar 
halında, həmçinin ağır metalların yüksək konsentrasiyası şəklində təbii dövrana daxil olması dağ 
sənayesi istehsalı ilə əlaqələndirilir. Faydalı qazıntıların işlənmə məhsulları və onların emalı texnogen 
məhsulların təbii dövrana daxil olmasının əsas mənbəyi sayılır. Belə ki, BMT-nin ekspertlərinin 
məlumatına görə 1976-ci ildə planetimizin yer təkindən faydalı qazıntıların alınması prosesində 100 
milyard ton dağ süxurları kütləsi çıxarılmışdır. XX əsrin ilk illərində dağ mədən işlərinin miqyasının 
artması ilə əlaqədar dünya təsərrüfatında hər il 120 mlrd. tona qədər dağ süxurları çıxarılır. İstehsalat 
fəaliyyətinin litosferin kiçicik hissəsinə təsiri cüzi görünsə də, o, təbii resursların digər 
növmüxtəlifliyinin keyfiyyətinə və məhsuldarlığına olduqca ciddi təzyiq (təsir) edir. Ətraf mühit üçün 
zərərli sayılan maddələrin xeyli hissəsinin dağ-mədən müəssisələri tərəfindən atmosferə daxil olması 
hesab edilir. Dünya təsərrüfatlarında sənaye qurğularından hər il atmosferə 200 mln. tondan artıq toz, 


100 mln. tona qədər kükürd anhidridi, 250 min tondan artıq qurğuşun, həmçinin sink, mis, civə və digər 
toksik elementlər atılır. Yer səthinə müxtəlif fotokimyəvi duman («smoq»), «turşulu yağışlar» şəklində 
düşən toksiki elementlər biotaya və bütövlüklə biosferə, ilk növbədə insana, onun sağlamlığına böyük 
ziyan yetirir. Sənaye tullantılarının göstərilən neqativ təsiri bununla bitmir. Texnogen məhsullar və 
elementlər, məsələn, ağır metallar torpaqda, bitkidə, qida zəncirlərində toplanmaq qabiliyyətinə 
malikdir, onlardan əksəriyyəti təbii şəraitdə olduqca toksik və təhlükəli olurlar. Son 30-40 il ərzində 
Dünya okeanında 2000-dən artıq neft quyusu, onlardan 1000-ə qədəri yalnız Şimal dənizində 1964-cü 
ildən başlayaraq qazılmışdır. Buruqda cüzi qəza olduqda və ya qəza halları olmadıqda belə, hər il 0,1 
mln. ton neft itirilir, lakin qəza vəziyyətləri də az olmur. Qurudan neftin böyük kütləsi çaylar və ya 
məişət axıntıları vasitəsilə dənizə tökülür, bu mənbədən neftlə çirklənmənin həcmi ildə 2 mln. tona çatır. 
Sənaye və neft emalı zavodlarının axıntıları ilə hər il dənizə 0,5 mln. tona qədər neft axıdılır. Dənizə 
düşən neft onun canlı sakinlərinə (bitki, heyvanat aləmi, mikroorqanizmlər) öldürücü təsir göstərir. 
Qərbi Sibirdə neft ehtiyatları mənimsənildikdə daxili su hövzələrinin (çay, göl) neftlə çirklənməsi, 
xüsusilə həyəcan doğurur. Boş süxurlar, yəni filizin işə yaramayan hissəsi laylar yaradaraq, geniş torpaq 
sahələrini, o cümlədən kənd təsərrüfatı əkin sahələrini zəbt edir. Atılmış yararsız filiz laylarında külək 
və su eroziyası prosesləri karxanaların yanındakı meşə (bitki) örtüyünün deqradasiyasına, kənd 
təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı düşməsinə səbəb olur, dağ-mədən müəssisələri 
yaxınlığında yaşayan əhali üçün əlverişsiz şərait yaranır. Bütün dünyada dağ-mədən işləri ilə pozulmuş 
torpaqların ümumi sahəsi 6 mln. hektarı keçir. Dağ-mədən sənaye istehsalının kənd təsərrüfatı və 
meşələrə bilavasitə neqativ təsirini də bura əlavə etmək olar. Hesablamalara görə, fəaliyyətdə olan 
karxanadan 35-40 km radiusunda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta səviyyə ilə müqayisədə 
30% aşağı düşür. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthinin çökməsi müşahidə olunur.
İlk dəfə faydalı qazıntılar çıxarılması ilə əlaqədar səthin çökməsi köhnə İngiltərədə müşahidə edilmişdir. 
Orta Çeşirdə yerin altından duzun çıxarılmasına eramızdan əvvəl başlanmışdır. XVII əsrin sonundan isə 
70-110 m dərinlikdən yeraltı üsulla duzun iri istehsalına başlandı. Duz istehsal olunan ərazidə səthin ilk 
dəfə çökməsi (batması) 1880, sonralar isə 1893 və 1912-ci ildə baş verdi. Bunun nəticəsində diametri 3 
km-ə yaxın ərazidə yer deformasiyaya uğradı, oranı su basaraq istifadə üçün yararsız hala düşdü. Burada 
torpağn üstündəki su boruları parçalandı, kanallar və dəmiryolu kommunikasiyası dağıldı, evlər 
zədələndi. Uzun illər Parisdə evlər və kilsələrin tikilməsi üçün şəhərin altından əhəng çıxarılmışdır. 
Əgər XVII əsrin sonunda şəhər küçələrinin altından daş istehsalı dayandırılmasaydı, şübhəsiz, Paris 
şəhəri «batıb» dağılmışdı. İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı anbarlar, mülki və 
hidrotexniki obyektlər, zibilxanalar və s.) litosferdə əsasən üst bir neçə 10 metrlikdə aparılır, lakin tək-
tək xüsusi dərin karxanalar, şaxtalar və quyular da mövcuddur. Dünyada mis istehsal olunan ən dərin 
karxana ABŞ-da Yuta ştatında Binqem Kenyondadır. Karxananın dərinliyi 774 m, sahəsi 7,2 km2, 
karxanadan çıxarılan qruntun kütləsi 3,4 mlrd. ton təşkil edir Rusiyada Uralda Korkin kəsiyində 
karxananın dərinliyi 520 metrdir. Ayrı-ayrı şaxtaların dərinliyi 4 km təşkil edir. Buruq quyularının 
dərinliyi də bir neçə min metrə çatır, dünyada ən dərin quyu (15 km) Kola yarımadasında 
layihələşdirilmişdir. Daş-kömür, dəmir və digər metalların külçələri, tikinti materialları və digər faydalı 
qazıntıların karxanaları bütün kontinentlərdə yayılmışdır. Bütün dünyada litosferin üst qatından il 
ərzində 1000 milyard tondan çox mineral xammal çıxarılır və emal olunur. Ağır sənayenin 90%-ə 
qədərini təmin edən 400 növə yaxın faydalı qazıntılar çıxarılır. Litosferdən çıxarılan materialların 98%-
ə qədəri yararsız olub atılır, yalnız 2%-ə qədəri işlədilir. Beləliklə, litosferin üst qatında materialların 
həddindən çox antropogen qarışdırılması aparılır. Bu isə həm bütövlükdə ekosferə, həm də onun ayrı-
ayrı hissələrinə güclü dərəcədə toxunur. Faydalı qazıntıların çıxarılması həmçinin Yer qabığının 
geokimyəvi tərkibini dəyişdirir. Dağ-mədən sənayesinin ətraf mühitə neqativ təsiri çox müxtəlif və 
böyükdür. Bu, ictimai istehsalın iqtisadi effektliyində, həmçinin digər təbii resurs mənbələrinin 
keyfiyyətində öz əksini tapır. Son illər ətraf mühitin mühafizəsi sahəsində çalışan bir sıra mütəxəssislər 
dağ-mədən sənayesinin təsirini kompleks şəkildə qiymətləndirməyə cəhd göstərmişlər. Bu məqsədlə 
dağ-mədən işləri nəticəsində təbii mühit elementlərinin pozulması və onun səbəblərini əks etdirən 
keyfiyyət təsnifatları tərtib edilmişdir. Belə təsnifatlardan birini V.N.Mosines, M.V.Qryaznov (1978) öz 
işində irəli sürür.



Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə