Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə46/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   42   43   44   45   46   47   48   49   ...   60
Ekologiya

Yer qabığının quruluşu
Yer Planetinin bərk hissəsinin əsas kütləsi Yerin nüvəsi (mərkəzi), mantiyası və Yerin qabığından 
ibarətdir. Daxili nüvənin radiusu 1250 km, Yerin həcminin 0,7%, kütləsinin 1,2%-ni təşkil edir. Onun 
bərk cisim olub ərimə vəziyyətinə yaxın olduğu ehtimal edilir. Nüvənin xarici (kənar) qatı 2900-500 km 
dərinlikdə yerləşib bütün Yerin həcminin 15,2%, kütləsinin 29,8%-ni tutur. Onun ərimiş-maye halında 
olması güman edilir, Yer nüvəsinin temperaturu 50000-yə, sıxlığı 12,5 tm3-a yaxındır. Yerin mantiyası 
Yer qabığı ilə yerin nüvəsi arasındakı təbəqədir, onun aşağı sərhədi təxminən 2900 km dərinlikdə 
yerləşir, qalınlığı 2 min km-ə yaxındır, əsasən maqnezium və dəmir, ağır metallardan ibarətdir. Yuxarı 
mantiyanı 60-25 km dərinlikdə ərimiş hala yaxın bazalt təşkil edir. 500 km dərinlikdə temperaturu 
15000, 2900 km dərinlikdə təzyiq 1,35 milyon kqsm2 bərabərdir. Yerin qabığı onun xarici bərk qatına 
deyilir. Üstdən atmosfer və hidrosferlə, altdan seysmik məlumatlarla müəyyənləşdirilmiş daha sıx 
ultraəsaslı substratla (Moxoriviçiç səthi ilə) hüdudlanır. Materikdə yer qabığının qalınlığı adətən 35-45 
km, dağlıq ərazilərdə 75 km-ə qədərdir. Okeanda Yer qabığının qalınlığı 5-10 km-dir (su qatı ilə birlikdə 
9-12 km). Yer qabığının orta sıxlığı 2,8 q sm3-dir, onun kütləsi Yerin bütün kütəsinin 0,8%-ni təşkil 
edir. Yer qabığında yuxarıdan aşağı üç qat ayrılır: çökmə, qranit və bazalt qatları. Yuxarı qatda gillər, 
gil şistləri, qumlucalar, karbonatlı və vulkanik süxurlar üstünlük təşkil edir. Çökmə qatının qalınlığı 


çökəkliklərdə 20-25 km, kristallik şistlərdə (qalxanlarda) isə parktiki olaraq sıfıra qədər ola bilər. Yer 
qabığının orta qatı öz xassələrinə görə qranitə yaxındır (qranitlər,qneyslər, qranodioritlər, dioritlər, 
kristallik şistlər, amfibolitlər). Bu qat okeanlarda olmur, kontinentlərdə isə onun qalınlığı bir neçə on 
kilometrlərə çatır. Bazalt qatı kristallik süxurlardan təşkil olunub qranit qatına nisbətən sıx (bərk) olur. 
Okeanın altında onun qalınlığı 2-7 km, kontinetlərin altında isə 15-40 km-ə çatır. Yer qabığının 
quruluşu olduqca müxtəlifdir, lakin əsas 2 qabıq tipi ayrılır: kontinental və okean. Kontinental qabığın 
tipik kəsiyində yuxarıda orta qalınlığı 3 km, sıxlığı 2,5 qsm3 olan çökmə süxurlar yerləşir. Daha dərində 
orta dərinliyi 17 km, sıxlığı 2,6-2,8 qsm3 olan qranit – metamorfik qatı yerləşir, onun altında isə orta 
dərinliyi 15 km və sıxlığı 2,9-3,3 qsm3 olan bazalt qatı yerləşir. Okean qabığının tipik kəsiyində yumşaq 
çöküntülərin orta qalınlığı 0,7 km təşkil edir, bu qat bilavasitə bazaltın üstündə yerləşir. Yer qabığı və 
ona birləşən yuxarı mantiyanın bir hissəsi litosferi əmələ gətirir. Zəlzələlərin əksəriyyət mənbəyi 
litosferdə əsasən yuxarı 30 km-də yerləşir. Litosferin ən üst qatları digər giosferlərlə birlikdə və 
qarşılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində litosferin üst qatında suyun, havanın və canlıların 
birgə məhsulu olan aşınma qabığı yaranır. Aşınma qabığında torpaq inkişaf edir. Aşınma qabığının 
qalınlığı və quruluşu bütövlüklə coğrafi zonallıq qanununa tabedir. Nival və arid qurşaqlarda aşınma 
qabığının qalınlığı adətən 10 metrə çatmır və quruluşu nisbətən sadə olur. Lakin ekvator qurşağında 
aşınma qabığı çox mürəkkəb quruluşu, inkişaf tarixi uzun müddətli, qalınlığı isə 60 m-i keçə bilər.
Litosferin üst horizontları adətən bilavasitə atmosfer və hidrosferlə əlaqədə olur. Quruda litosfer 
torpaqla (pedosfer), bitki ilə (biosfer) və ya soyuq şəraitdə buz və qarla (kriosfer) örtülü olur. Yalnız 
səhrada litosfer bilavasitə (aşınma qabığı ilə) atmosferlə əlaqədə olur. Eyni zamanda torpaq və aşınma 
qabığı ilə artmosfer və litosfer arasında aktiv qaz mübadiləsi gedir. Litosfer və təbii sular arasında 
qarşılıqlı əlaqə daha yüksək dərəcədə gedir, belə ki, yeraltı sular həm hidrosferin, həm də litosferin bir 
hissəsidir. Beləliklə, litosferin ən üst horizontları digər sferlərlə aktiv surətdə qarşılıqlı əlaqədə olur. Bu 
qarşılıqlı əlaqə yer səthində maksimum intensivliyə çatır, ondan yuxarı və aşağıda isə azalır. Bu əlaqə 
insanın rolu artdıqca daha da güclənir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə