Ekologiya imtahan Suallar


Parnik (istilik) effekti .Temperaturun yüksəlməsi



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə45/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   41   42   43   44   45   46   47   48   ...   60
Ekologiya

Parnik (istilik) effekti .Temperaturun yüksəlməsi
Parnik (istilik) effekti nədir? Parnik effekti atmosferin Günəş radiasiyasını buraxıb, lakin yer 
şüalanmasını saxlayaraq, bununla da, Yerin istilik toplanmasına kömək etmək xassəsidir. Yer atmosferi 
qısadalğalı günəş radiasiyasını nisbətən yaxşı buraxır və o, albedosu olduğundan yer səthi tərəfindən 
tamamilə udulur. Yer səthi günəş radiasiyasının udulması hesabına yerin, əsasən uzundalğalı istilik 
şüalanmasının mənbəyi olur; bu dalğalar üçün atmosferin şəffaflığı azdır və onlar atmosferdə əsasən su 
buxarı tərəfindən udulur. Yer şüalanmasının yalnız 10 …. 20%-i atmosferə keçərək kosmos fəzasına 
daxil olur. Beləliklə, atmosferin parnik və ya istilik effekti, günəş şüaları tərəfindən istixananın qızması 
zamanı onun şüşəsinin təsirinə oxşardır. Əgər yerin istilik qazları olan atmosferi olmasaydı, onun 
səthinin orta temperaturu 330C aşağı olardı. Hazırda yer səthinin orta temperaturu +150C təşkil edir, 
deməli, parnik effekti olmasa idi, o, (-180) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu 
üçün mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda su buxarı böyük rol oynayır. Bu baxımdan, 
atmosferdə yüksək konsentrasiyalı qazların da rolu böyükdür. Əsas istilik effekti yaradan qazlar 
aşağıdakılardır: karbon 2-oksid (CO2), metan (CH4), azot oksidləri, xüsusilə NO2, freonlar və troposfer 
ozonu. Sonuncu yüz illərdə bu qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin 
təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən 
xlor-flüor üzvi birləşmələri – freonlar da bu kateqoriyaya aid Son 200 ildə, xüsusilə 1950-ci ildən sonra 
hazırda da davam edən insan fəaliyyəti parnik effekti qazlarının konsentrasiyasının artmasına səbəb olur. 
Bu qaz qarışıqları və aerozollar qısadalğalı günəş şüalarını keçirərək, istixananın örtüyü kimi, 
uzundalğalı şüalanmanın qarşısını alır, bunun nəticəsində tədricən iqlimin istiləşməsi baş verir. Karbon-
2-oksid və ya karbon qazının hazırda parnik effektində payı 60-64% təşkil edir. Bu qaz atmosferə 
karbontərkibli yanacaq növlərinin (daş kömür, neft, qaz) sənayedə və avtomobil mühərriklərində 
(hazırda yerdə bir milyarddan artıq avtomobildən istifadə edilir) istilik elektrik stansiyalarında 
yandırılması nəticəsində daxil olur. Sənaye inqilabının başlandığı zaman 1760-cı ildə qazıntı 
yanacağının yandırılması nəticəsində karbon tullantıları olduqca az idi. Lakin 1950-ci ildə o, ildə 6 mlrd. 
ton olaraq, atmosferdə CO2-nin kəskin artmasına səbəb oldu. 2000-ci ildə karbon tullantıları 6,3 mld. 
tona çatdı (şəkil 16.3). Müxtəlif yanacaq növlərindən müxtəlif miqdarda karbon tullantıları atılır. 
Məsələn, vahid enerji istehsal etmək üçün daş kömürün yandırılması zamanı neftə nisbətən çox karbon 
atılır, neftin yandırılmasında isə təbii qaza nisbətən çox karbon atılır. Hazırda benzinlə işləyən 250 
mindən artıq avtomobil, daş kömürlə işləyən minlərlə elektrik stansiyaları iqlimin dəyişməsini idarə 
edir. Yerin geoloji tarixində atmosferdə karbon qazının miqdarının dəyişməsi belə yüksək həcmə 
çatmamışdır. ABŞ-nin Milli Elmlər Akademiyasının hesablamalarına görə 2100-cü ilə atmosferdə CO2-
nin konsentrasiyası ikiqat artacaqdır; digər modellərə əsasən həmin ilə CO2-nin miqdarı 3 dəfə 
artacaqdır. Ehtimal ki, CO2-nin ikiqat artması XXI əsrin ortalarında baş verəcəkdir. Metan (CH4), 
bataqlıq qazı parnik effektində böyük rol oynayıb, bu baxımdan onun payı 19% təşkil edir. Son on illərdə 


atmosferdə onun artması müşahidə edilir. Metan atmosferə qaz, neft və daş kömürün çıxarılması və 
bioqazın istehsalı zamanı su ilə basılmış çəltik tarlalarında üzvi maddələrin çürüməsindən, bataqlıqların 
qurudulması və meliorasiyası zamanı və maldarlığın artması ilə əlaqədardır. Hazırda yer üzərində bir 
milyard ədəddən çox iribuynuzlu mal-qara mövcuddur. Malqara daha çox saxlanılan yeni Zenlandiyada 
atmosferə daha çox metan qazı atılır. Metanın atmosferdə artma sürəti 1,2-1,5% təşkil edir. Metanın 
SO2-dən olduqca az olmasına baxmayaraq, infraqırmızı şüaların udulmasında yüksək effektli uducu 
sayılır. Lakin onun konsentrasiyasının illik artımı SO2-yə nisbətən 2 dəfə çoxdur. Əhalinin sayının 
artması ilə atmosferdə metanın çoxalması müşahidə olunur. Belə ki, əhali artdıqca çəltik tarlalarının 
sahəsi genişlənir, iribuynuzlu mal-qaranın sayı çoxalır. Hazırda metanın miqdarı sənaye erasına nisbətən 
60% çoxdur. XXI əsrin ortalarına atmosferdə metanın ikiqat artması gözlənilir. Kənd təsərrüfatında 
azot gübrələrindən istifadənin və İES-lərdə üzvi yanacaqlardan kütləvi istifadə edilməsi nəticəsində azot 
oksidlərinin miqdarı artmaqda davam edir. Onlar ümumi istilik effektinin 6%-ni təşkil edir. Hər il NO2-
nin konsentrasiyası 0,3% artır. Freonlar tərkibində xlor, flüor və brom olan maddələrdir. Bunlar yüksək 
effektli potensiala malik olub atmosferdə uzun müddət qalır. XXI əsrin ortalarında metan, azot oksidləri 
və freonların birlikdə təsiri atmosferdəki CO2-nin konsentrasiyasının ikiqat artması effektinə bərabər 
ola bilər. YUNEP-in Beynəlxalq konfransının məlumatına əsasən son yüz ildə planetin temperaturu 
CO2-nin artması ilə əlaqədar 0,60C yüksəlmişdir (şəkil 16.7), 2100-cü ilə temperaturun 1,5-5,80C 
artması gözlənilir. Qütb en dairələrində temperaturun yüksəlməsi 100C-yə çata bilər. Atmosferdə CO2-
nin artması onun 1959-cu ildən başlayaraq müntəzəm olaraq ölçülməsi tarixindən başlayır. Həmin ildən 
etibarən, müşahidə olunan 14 isti yaylar 1980-ci ildən sonrakı dövrə düşür. Son üç on illiklərdə yer 
səthinin orta illik temperaturu 1969-1971-ci illərdən 1998-2000-ci ilə qədər 13,990C-dən 14,430Cyə, 
yəni 0,440C qalxmışdır. 16.8 saylı şəkildən görünür ki, 1980-ci ildən sonra Yerin temperaturu sürətlə 
yüksəlmişdir. Həm də temperaturun artması meyli XXI əsrdə daha çox nəzərə çarpır. Əgər CO2-nin 
konsentrasiyası bu əsrin sonuna qədər ikiqat artarsa, temperatur yuxarıda göstərildiyi kimi, 1,5-5,80-yə 
qədər artacaqdır. Temperaturun yüksəlməsi ekstremal iqlim hadisələrinə, şiddətli isti havaların 
olmasına, bununla əlaqədar buzlaqların əriməsinə, okean və dənizlərin səviyyəsinin qalxmasına və 
dağıcıdı tufanların, qasırğaların baş verməsinə səbəb olacaqdır. Ehtimal olunan temperatur artımı Yer 
səthində qeyri bərabər paylanacaqdır. Quruda yüksək en dairələrində dəniz səthinə və ekvator vilayətinə 
nisbətən temperaturun artımı daha çox müşahidə olunacaqdır. Temperaturun sıçrayışla dəyişməsi şimal 
en dairələrində gözlənilir. Buna 1995-ci ilin iyun və iyul aylarında Çikaqoda olan istilik misal ola bilər, 
burada iyulda 5 gün dalbadal havanın temperaturu 38-400C-yə çatmışdır. Çikaqo müasir sənaye şəhəri 
olub, havanın kondisionerləşmə sistemi ilə yaxşı inkişaf etməsinə baxmayaraq, baş verən yüksək istilik 
500 insanın həyatına son qoydu. Həmin regionda şiddətli istilik yayda qarğıdalının məhsuldarlığını 15% 
aşağı saldı, bu isə təsərrüfata 3 mlrd. dollar ziyan deməkdir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə