Ekologiya imtahan Suallar


Bərpa olunan enerji mənbələrinin ekoloji xarakteristikası



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə41/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   37   38   39   40   41   42   43   44   ...   60
Ekologiya

Bərpa olunan enerji mənbələrinin ekoloji xarakteristikası
Energetikanın inkişafı hələlik başlıca olaraq bərpa olunmayan enerji mənbələrinə, yəni karbontərkibli 
və ya uran yanacaqlarına əsaslanır. Bu mənbələrin ekoloji çatışmazlığı qeyri ənənəvi (alternativ) bərpa 
olunan ekoloji təmiz enerji mənbələrindən daha geniş istifadənin tədqiqini tələb edir. 1992-ci ildə Rio-
de-Janeyroda dayanıqlı inkişafın strategiyasının ekoloji aspektinin müddəalarından biri «üzvi yanacağın 
yandırılmasına əsaslanan energetikadan tədricən enerjinin bərpa olunan mənbələrindən istifadə edən 
alternativ energetikaya keçmək» sayılır. Bu baxımdan, ən perspektivli energetika günəş və külək 
enerjisi, kiçik çayların, qabarma və dalğaların enerjisi, geotermal və biokütlənin enerjisi sayılır. Elm və 
texnologiyanın inkişafı ilə əlaqədar qeyri ənənəvi bərpa olunan enerji mənbələrinin siyahısı durmadan 
artır. Artıq 1991-ci ildə bərpa olunan mənbələrdən əldə olunan enerji, ümumi istifadə edilən enerji 


istehsalına nisbətən faizlə Norveçdə - 99%, Avstriyada – 70%, İsveçdə – 62%, Portuqaliyada – 55%, 
İsveçdə – 41%, İspaniyada – 25% təşkil etmişdir (Xotunsev, 2002). a) Su elektrik stansiyaları (SES) 
SES-lər ənənəvi olaraq nisbətən ucuz başa gələn və ekoloji təmiz enerji mənbəyi sayılırdı. Bu xülyanın 
təsiri altında dünyada olduqca çoxlu miqdarda SES-lər yaradıldı. Şübhəsiz, SES-lərin müsbət cəhətləri 
az deyil. Belə ki, çayların nizamlanması sudan suvarmada, zavodlarda, elektrik stansiyalarında və s. 
istifadə etməyə imkan yaratdı, bir çox rayonlarda yaz daşqınlarının qarşısı alındı. Bununla yanaşı, SES-
lərin tikilməsi məqsədilə su anbarlarının yaradılmasının bir sıra neqativ ekoloji təzadları meydana gəlir. 
Bununla əlaqədar olaraq dünyada enerji istehsalının perspektivində ümumi enerji istehsalından 
SES_lərin payına yalnız 5%-dən çox olmaması nəzərdə tutulur. SES-lərdən alınan enerjinin payının 
aşağı düşməsinin ən mühüm səbəblərindən biri onların tikintisinin və istismarının bütün mərhələlərində 
ərtaf mühitə güclü təsir göstərməsi sayılır. Bir sıra tədqiqatçıların məlumatına görə SES-lərin ətraf 
mühitə təsiri kənd təsərrüfatına yararlı münbit torpaqların, meşələrin və bir sıra qiymətli obyektlərin su 
anbarları altında qalmasıdır. Su anbarı yaxınlığında olan torpaq sahələri qrunt sularının səviyyəsinin 
qalxması ilə əlaqədar olaraq su altında qalır. Bu, adətən bataqlaşmış və şorlaşmış sahələrdən ibarətdir. 
Torpaqların dağıdılması və onlara xas olan ekosistemlərin pozulması, həm də sahil xəttinin 
formalaşması zamanı su ilə dağılması (abraziya) zamanı baş verir. Abraziya prosesləri adətən on illərlə 
davam edərək böyük torpaq-qrunt kütləsinin dağılmasına, qarışmasına, suyun bulanmasına, su anbarının 
lilləşməsinə səbəb olur. Su anbarlarında su kəskin qızaraq istilik çirklənməsinin nəticəsində oksigenin 
itməsi və digər proseslər intensivləşir. İstilik çirklənməsi biogen maddələrin toplanması ilə bərabər su 
hövzəsinin yosunlar, o cümlədən zəhərli göy-yaşıl yosunlar basmasına şərait yaradır. Suyun 
keyfiyyətinin pisləşməsi orada canlıların çoxunun məhv olmasına səbəb olur, balıq sürülərinin 
xəstələnməsi, xüsusən helmintlərlə zədələnməsi artır. Balıqların miqrasiya yolları pozulur, yem sahələri, 
kürüləmə yerləri dağılır. Məs., Volqa çayı üzərində SES kaskadı tikildikdən sonra Xəzər dənizindən 
nərə balığının kürüləmək yeri əhəmiyyətini itirmişdir. Nəticədə, tranzit çay sistemlərinin su anbarları 
ilə kəsilməsi (bağlanması) tranzit akkumulyativ sistemə çevrilir. Burada biogen maddələrdən başqa 
uzun dövr ərzində ağır metallar, radioaktiv elementlər və bir çox zəhərli kimyəvi maddələr toplanır.
Akkumulyasiya məhsulları, su anbarı ləğv edildikdən sonra onun zəbt etdiyi ərazidən istifadə imkanında 
problemlər yaradır. Dağlıq rayonlarında adətən sahəsi kiçik olduğundan su hövzələrinin yaradılması 
xeyli az məsarif tələb edir. Lakin seysmik baxımdan təhlükəli dağ rayonlarında su anbarları zəlzələyə 
səbəb ola bilər. Burada sürüşmə hadisəsi və bəndin dağılması nəticəsində fəlakətin baş verməsi ehtimalı 
artır. Belə ki, 1960-cı ildə Hindistanda (Hucarat ştatı) bəndin yarılması 15 min adamın həyatına son 
qoydu. XX əsrdə, xüsusilə 1950-ci ildən başlayaraq bəndlərin tikilməsi işi artmışdır. Hazırda 
dünyada milyona qədər insan tərəfindən yaradılmış müxtəlif ölçülü (təbii göllərlə müqayisə ediləcək 
böyüklükdən ən kiçik gölə (nohura) kimi) su anbarları mövcuddur. Onların ümumi həcmi 6000 km3-i 
keçir, faydalı həcmi isə 3000 km3 təşkil edir. Həcmi 1 mln km3-i keçən iri su anbarlarının sayı 30000-
ə qədərdir. Onlardan ən böyükləri Anqara çayında Bratski (169 km3), Zambezidə – Karib (160 km3), 
Nildə – Nasir (157 km3), Voltada – Volta (148 km3) su anbarlarıdır. Su anbarları səthinin ümumi sahəsi 
600000 kv.km təşkil edir. Su anbarlarının səthindən 240 km3-a qədər su buxarlanır. Afrika kontinenti 
üçün belə su sərfinin miqdarı suvarma suyundan sonra ikinci yeri tutur və sənayedə istifadə olunan 
suyun mütləq ölçülərindən 5 dəfə çoxdur. Bəndlər, onunla əlaqədar qurğularla (su anbarları, irriqasiya 
sistemləri, hidroelektrik stansiyaları, şlüzlər və s.) birlikdə inkişaf etməkdə olan ölkələrin strategiyasının 
mühüm hissəsini təşkil edir. Tropik şəraitdə mülayim iqlimli ölkələrlə müqayisədə çay axımının 
nizamlanması əlavə problemlər yaradır. Belə ki, su anbarlarının rejimi və onların ətraf mühitə təsiri
yüksək dərəcədə təbii şəraitdən asılıdır. Tropik regionda hər yeni su anbarı yaradıldıqda xəstəlik və ölüm 
hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin yavaş (zəif) olması, su biokütləsinin çoxalması 
ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay sularına nisbətən adətən pis olur. Bu isə xəstəliklərin 
artmasına səbəb olur. Malyariya, şistosomatoz kimi xəstəliklərin yayıcıları əvvəlkinə nisbətən su 
anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır, bu isə xəstəliklərin kəskin artmasına səbəb 
olur. Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə yuxarıda 
göstərilənlərdən başqa əlavə yeni ekoloji problemlər yaradır. Bu zonada ilk su anbarı və 8 mln kvt. 
gücündə SES Braziliyada Tukurui hesab olunur. Burada daim yüksək dərəcədə istiliyin olması şəraitində 


su bitki örtüyü olduqca yaxşı inkişaf etdiyi üçün su anbarında suyun səthi praktiki olaraq görünmür. Ölü 
su biokütləsinin sonrakı çürüməsi həll olmuş oksigeni sudan tam udaraq, nəhayət qalan biokütlənin 
anaerob çürüməsinə və olduqca zəhərli hidrogen sulfidin ayrılmasına gətirib çıxarır. Burada ölümlə 
nəticələnən ensofalit xəstəliyinin bir növü də daha çox müşahidə olunmağa başladı. Belə vəziyyət 
Surinamda da mövcuddur, burada o qədər də böyük olmayan Brokopondo su anbarında hidrogen-
sulfidin iyi o dərəcədə kəskindir ki, SES-də operatorlar işlədiyi zaman əleyhqazdan istifadə edirlər.
Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların gələcəkdə inkişaf 
etdirilməməsinə əsas verir. Lakin yaddan çıxarılmamalıdır ki, su anbarları bərpa olunan su ehtiyatlarının 
həcminin artırılması üçün mühüm vasitədir. RAN-ın xarici üzvü (ABŞ) Q.Yayt Misirdə Nil çayı 
üzərindəki Asuan bəndinin tikilməsinin ekolodi nəticələrinin dərin təhlilinə eynimənalı qiymət vermir. 
Yay (iyun-sentyabr) yağışları nəticəsində hər il daşqınlar baş verərək həmişə Misirin inkişafında və 
sivilizasiyasında səmərəli (faydalı) rol oynayır. Belə ki, daşqınların münbit lilli suyu ilə tarlalar 
suvarılırdı. Hazırda isə münbit lil bənd tərəfindən tutulub saxlanılır, odur ki, torpağın münbitliyi mineral 
gübrələr verməklə bərpa olunur. Digər tərəfdən isə Nil çayının suyu su anbarında toplanaraq, mümkün 
su ehtiyanın həcmini nizamlayır, sonra isə ondan suvarmada və elektrik enerjisi almaqla istifadə olunur. 
1970-ci illərin sonlarında Asuan su anbarı bir neçə dəfə olduqca yüksək və çox təhlükəli daşqınların 
suyunu özündə saxladı. Əksinə, 1980-ci illərdə yeddi il dalbadal Nilin daşqınlarının həcmi orta həcmdən 
də aşağı olmuşdur. Bu zaman az yağıntılı illərdə su qıtlığı zamanı Misirdə tarlaların suvarılmasında 
Asuan su anbarının suyundan istifadə edilmişdir. Beləliklə, su anbarı dəhşətli təhlükənin qarşısını 
almışdır. Ölkə aclıqdan, iqtisadi çətinliklərdən və siyasi qeyri sabitlikdən xilas edilmişdir. Böyük 
hidrotexniki sistemlərin, o cümlədən su anbarlarının yaradılması 1970-ci illərdən sonra özünün gərgin 
vəziyyətinə çatdı. Hazırda onun azalmağa doğru meyli artmışdır. Bununla yanaşı, Çində Yanszısyan 
çayı üzərində dünyada ən böyük SES və Türkiyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES olan və 
1,7 mln ha ərazidə suvarma sistemi nəzərdə tutulan kompleksin yaradılması layihəsi həyata keçirilir.
Dünyada su anbarlarının azaldılmasının müxtəlif səbəbləri vardır. Bir çox ölkələrdə bənd tikiləsi 
yerlərdən artıq istifadə olunmuş, qalan yerlər isə iqtisadi və siyasi baxımdan sərfəli hesab edilmir. ABŞ-
da son 25 ildə su anbarı tikilməmişdir. 1995-ci ildə ABŞ-da su anbarlarının tikilməsini dayandırmaq 
haqqında qərar qəbul olunmuşdur. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə