vaxtlarında «smoq», yəni 70% nəmliyi olan duman görünməyə başladı. Bu hadisə «fotokimyəvi duman»
adlandırıldı. Belə ki, «smoqun» əmələ gəlməsi üçün günəş şüası lazımdır. Bu şüalar avtomobillərin
havaya buraxdığı karbon və azot oksidi qarışığından mürəkkəb fotokimyəvi çevrilmələr,
maddələr
yaradır. Belə maddələr öz zəhərlilik dərəcəsinə görə atmosferdə olan digər çirkləndirici maddələrdən
dəfələrlə yüksək olur. Fotokimyəvi duman pis qoxuya malik olub görünüşü kəskin aşağı salır, adamların
gözləri, burun və boğaz qişalarını xəstələndirir, boğulma, ağciyər və bronx asma xəstəliyini
kəskinləşdirir. Fotokimyəvi duman bitkiləri də zədələyir, əvvəlcə yarpaqlar gümüşü və ya mis rəngini
alır, sonra isə solur. Fotokimyəvi dumanlar metalları korroziyaya uğradır, rezin və sintetik rənglərin
çatlamasına səbəb olur, paltarı korlayır, nəqliyyatın işinə maneçilik törədir. Səhər saatlarında havada
çoxlu miqdarda işlənmiş qazlar toplanır, günortaya yaxın fotokimyəvi duman əmələ gəlir. Günün 2-ci
yarısında istiliyin artması nəticəsində inversiya zəifləyir, «smoq» yuxaryıa doğru qalxır. Hazırda
dünyanın bir sıra böyük şəhərlərində – Nyu-York, Çikaqo, Boston, Tokio, Milan və başqalarında da
fotokimyəvi duman əmələ gəlir. Bu əsasən avtomobillərin həddən çox olması ilə bağlıdır. Məs: bütün
dünyanın yollarında 300 mln-dan artıq avtomobil hərəkət edir. Los-Ancelesin havasını 3,0 mln, Parisin
havasını 1 mln-a qədər avtomobil çirkləndirir. Belə şəhərlərdə avtomobillərin buraxdığı qazların
dərəcəsi 90%-ə qalxır. «Smoq» hadisəsi acı nəticələr vermişdir. London şəhərində sıx dumanlar 1948,
52, 56, 57 və 1962-ci illərdə qeydə alınmışdır. 1952-ci il dekabrın 5-9 arasında
Londonun üzərində
dayanan «smoqdan» 4 mindən çox adam ölmüşdür. İngiltərə mütəxəssisləri müəyyən etmişlər ki, bu
qarışığın tərkibiində bir neçə yüz ton tüstü və sulfat anhidridi olmuşdur. Bu səbəbdən 1956-cı ilin
yanvarında Nyu-York şəhərinin üzərində 26 saat qalan «smoq» nəticəsində 400-ə yaxın adam zəhərlənib
ölmüşdür. Zəhərli qazların miqdarı (kükürd anhidridi, azot oksidləri,
aldehidlər, xlorlu
karbohidrogenlər) havada adi haldakından 5-6 dəfə çox olmuşdur. Smoqun ən zərərli
komponentlərindən biri də ozon sayılır. İri şəhərlərdə smoq əmələ gələn zaman onun təbii
konsentrasiyası (1
⋅
10-8) 10 dəfə və daha çox artır. Ozon burada insanın
ağ ciyərlərinə və selikli
qişalarına, həmçinin bitki örtüyünə mənfi təsir göstərir. Fotokimyəvi dumanın əmələ gəlməsinin
qarşısını almaq üçün atmosferin avtomobil nəqliyyatı tərəfindən çirklənməsinə qarşı aşağıdakı tədbirlər
həyata keçirilir: • Tullantıların zəhərlilik dərəcəliyinin qiymətləndirilməsi. Hazırda dünyada
avtomobillərin havaya buraxdığı tullantıların normaya uyğun miqdarı 3 əsas standartla tənzimlənir.
1993-cü ildə təsdiq olunmuş Avropa beynəlxalq standartı bütün Avropa dövlətlərində fəaliyyət göstərir,
həm də bütün dünyada etibarlıdır. Daha sərt Amerika standartı son vaxtlar nəzarət üsulunu
sadələşdirmək üçün onu Avropa standartı ilə birləşdirmək nəzərdə tutulur.
Yaponiyada işləyən ən ciddi
standart, həmçinin bütün dünyada etibarlıdır. Rusiyada hələ indiyə qədər fəaliyyət göstərən 1978-ci ilin
ekoloji təhlükəsizlik standartı dünya tələblərindən 15 il geridə qalır. • Daxili yanma mühərriklərinin
təkmilləşdirilməsi. Bu məqsədlə Avropa və ABŞ-ın qabaqcıl firmaları az yanacaq işlədən və havaya az
zərərli qaz buraxan yeni avtomobillər buraxır. • Avtomobil benzininin keyfiyyətinin artırılması. Bu
məqsədlə tərkibində etil spirti, qurğuşun və ətraf mühit üçün zərərli olmayan benzin növləri aşkar edilir.
• Neytrallaşdırıcılar. Avtomobillərin qaz tullantısı yollarında neytrallaşdırıcılar avtonəqliyyat tərəfindən
buraxılan toksik maddələrin miqdarını azaldır. Bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir. • Dizel
yanacağı. Dizel mühərriki benzin mühərrikinə nisbətən 20-30% az yanacaq işlədir. Dizel yanacağı ilə
işləyən avtomobillərdə işlənmiş qazların zəhərlilik dərəcəsi xeyli az, yəni komponentlərin cəminə görə
benzin mühərriklərinə nisbətən təxminən üç dəfə az olur. • Qazla işləyən avtomobillər.
Avtomobillərin
qaz yanacağına keçməsi atmosferə kanserogen maddərin atılmasını 100 dəfəyə qədər azalmasına şərait
yaradır. Neft tullantılarına çəkilən xərc də azalır: hər min ədəd qaz balonlu avtomobillər: yük daşıyanlar
ildə 12 min ton, taksimator avtomobilləri 6 min ton, sərnişin daşıyan avtobuslar 30 min ton neftə qənaət
edir. Təbii qaz maşınlar üçün əla yanacaq sayılaraq hava ilə yaxşı qarışır, o, mühərrikdə tam yanır,
bunun nəticəsində işlənmiş qazlarda zərərli maddələrin miqdarı azalır. • Elektromobillər havanı
çirkləndirmir, qızdırmır, həm də o qədər də səs-küylü deyil. • Yanacağın alternativ növləri.
Tədqiqatların nəticələrinə əsasən avtomobillərdə benzin, qaz deyil, ekoloji təmiz yeni yanacaq növləri
təklif olunur. • Ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün avtomobil hərəkətinin təşkili. İri şəhərlərdə
tıxacları azaltmaq məqsədilə yeraltı yollar, şaxələnmiş yeraltı tunellər, yerüstü körpülər,
şəhərin