Ekologiya imtahan Suallar


Landşaft əsasında ekosistem təsnifatı



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə33/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   29   30   31   32   33   34   35   36   ...   60
Ekologiya

Landşaft əsasında ekosistem təsnifatı 
Biosferin təbii sistemlərinin təsnifatı landşaft istiqamətində yanaşmağa əsaslanır, belə ki, ekosistemlər 
Yerin coğrafi (landşaft) örtüyünü (təbəqəsini) əmələ gətirən təbii coğrafi landşaftların ayrılmaz 


hissəsidir. Biogeosenozlar (ekosistemlər) Yer səthində biosferin əsasını təşkil edən biosferi əmələ 
gətirir, V.İ.Vernadski onu «həyat təbəqəsi», V.N.Sukaçov isə «biogeosenotik örtük» adlandırmışdır.
Landşaft (coğrafi landşaft) – təbii coğrafi kompleks olub burada bütün əsas komponentlər (litosferin üst 
horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədədir və inkişaf səviyyəsinə 
görə eynicinsli vahid sistem əmələ gətirir. Ekologiyada landşaft baxımından yanaşma hər şeydən öncə 
təbiətdən istifadə məqsədilə böyük əhəmiyyət kəsb edir. Mənşəyinə görə iki əsas landşaft tipi ayrılır – 
təbii və antropogen. Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakı təbii 
landşaftlar ayrılır: Geokimyəvi landşaft (Polınov, 1956) – kimyəvi elementlərin və birləşmələrin eyni 
tərkib və miqdara malik olan yer sahəsidir. Hər geokimyəvi landşafta müəyyən tip elementlərin və 
birləşmələrin miqrasiyası məzsusdur. Elementar landşaft (Polınov, 1915) – eyni cinsli süxurda, eyni 
relyef elementində yerləşərək bir bitki assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft 
ellüvial, subakval və superakval adlı üç tipə ayrılır. Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) 
elementlərində formalaşır. Maddələr və enerji atmosferdən daxil olur. Elementlərin aparılması prosesi 
həm səthi su axımları ilə həll olmuş şəkildə, həm də sülb maddələrin aşağıya doğru yerini dəyişməsi 
nəticəsində baş verir. Subakval landşaft – relyefin mənfi formalarında yaranır. Burada ellüvial və 
superakval landşaftlardan maddələrin toplanması prosesi üstünlük təşkil edir. Superakval landşaft – 
ellüvial və superakval landşaftlar arası vəziyyət daşıyır. Burada həm maddələrin daxil olması (xaricdən 
və ellüvial landşaftlardan), həm də onların subakval landşaftlara aparılması baş verir. Mühafizə olunan 
landşaft – burada müəyyən təyin olunmuş qaydada təsərrüfat fəaliyyətinin hamısı və ya ayrı-ayrı növləri 
qadağan olunur. Hazırda quruda antropogen landşaftlar üstünlük təşkil edir. Antropogen landşaft – bu 
landşaft tipində insan fəaliyyətinin təsiri nəticəsində ilkin təbii landşaft dəyişərək təbii komponentlərin 
əlaqələri pozulmuşdur. Bura aşağıdakı landşaftlar daxildir: - aqrokultur (kənd təsərrüfatı) landşaftı – 
kənd təsərrüfatı əkin və səpinləri (sahələri) və bağlar bura daxildir. - texnogen landşaft – insanın 
texnogen fəaliyyəti (güclü texniki vasitələrdən istifadə) nəticəsində torpaq pozulmuş, sənaye tullantıları 
ilə çirklənmişdir, iri sənaye komplekslərinin mühitə təsiri nəticəsində əmələ gələn sənaye landşaftı da 
bura aiddir. - şəhər (urbanizasiya) landşaftı – tikintilər, küçələr, parklar və s. bura daxildir. Yerin coğrafi 
(landşaft) təbəqəsinin sərhədləri biosferin sərhədləri ilə uyğun gəlir. Lakin coğrafi təbəqəyə həyat 
olmayan sahə də daxil olduğu üçün şərti olaraq biosferi coğrafi təbəqənin tərkibində olmasını qəbul 
etmək olar. Faktiki olaraq bu əlaqəli birlikdir. Təbii ekosistem tiplərinin landşaft yanaşma baxımından 
ayrılması bunu təsdiq edir. R.X.Uittekerə görə Yer kürəsindəki ekosistemlərin məhsuldarlığının 
qiymətləndirilməsində istifadə olunan təsnifat buna misal ola bilər (cədvəl 6.3.). Landşaft təbəqəsi, 
həmçinin biosferin əsas (baş) enerji mənbəyi – Günəş radiasiyasıdır. 6.3. saylı cədvəldən göründüyü 
kimi biosferin məhsuldarlığı müxtəlif təbii ekosistemlərin (eyni zamanda landşaftların enerjisi) 
məhsuldarlığının cəmindən ibarətdir. Lakin günəş enerjisi bu məhsuldarlığı təmin edərək Yer səthinə 
çatan bütün enerjinin yalnız 2-3%-ni təşkil edir. Enerjinin qalanı onun fiziki-kimyəvi parçalanmasında 
(töküntü və b.) aktiv iştirakını nəzərə almasaq, abiotik mühitə sərf olunur. Ancaq abiotik faktorlar biotik 
faktorlarla birlikdə orqanizmlərin təkamül inkişafını və ekosistemin homeostazını təyin edir. Bitki 
örtüyü və heyvanat aləmi də öz növbəsində güclü təbii komponentlər kimi ətraf mühitə təsir göstərə bilir 
və müəyyən mikromühit (mikroiqlim) yaradır. Bütün bunlar canlı təbiətin, bütövlüklə landşaftın vahid 
enerji sahəsində mövcudluğunu təsdiq edir (cədvəl 6.3.). Cədvəldən göründüyü kimi müxtəlfi ekosistem 
tiplərinin məhsuldarlığı eyni olmayıb planetdə tutduğu ərazinin ölçüsü də müxtəlifdir. Məhsuldarlığın 
müxtəlifliyi iqlim zonallığı, mühitin xarakterindən (quru, su), ekoloji faktorların lokal qaydada təsiri və 
s. ilə bağlıdır. Y.Odum biosferin təbii ekosistemlərinin aşağıdakı təsnifatını təklif etmişdir. 1. Yerüstü 
biomlar (ekosistemlər) - Arktika və alp tundrası - Boreal iynəyarpaqlı meşələr - Mülayim qurşağın 
bozqırları (çölləri, stepləri) - Tropik bozqırlar və savannalar - Çaparral – qışı yağışlı, yayı quraqlıq 
keçən rayonlar - Səhralar: otlu və kollu -Yarımhəmişəyaşıl tropik meşə (yağışlı və quraq mövsümləri 
aydın təzahür olunan) - Həmişəyaşıl tropik yağışlı meşələr 2. Şirinsulu ekosistem tipləri - Lentik 
(durğun sular) ekosistemlər: göllər, nohurlar və s. - Bataqlaşmış sahələr: bataqlıqlar, bataqlıq meşələri 
3. Dəniz ekosistem tipləri - Açıq okean (pelagik) ekosistemi - Kontinental şelfin suları (sahilyanı sular) 
- Apvelinq rayonu (məhsuldar balıqçılığı olan münbit rayonlar) - Estuarı ekosistemi (sahilyanı buxtalar-
kiçik körfəzlər, boğazlar, çayların mənsəbi, duzlu marşlar və b.) Biomların yayılma sərhədləri 


materiklərin landşaft komponentləri ilə təyin olunur, adı isə üstünlük təşkil edən bitki ilə (meşə, kol və 
b.) ifadə olunur. Su ekosistemlərində bitki orqanizmləri dominantlıq etmir, odur ki, mühitin fiziki 
əlamətləri («durğun», «axar» sular, açıq okean və b.) əsas götürülür. Yuxarıda deyilənlər göstərir ki, 
biom sərhədləri regional səviyyədə landşaftın sərhədlərinə uyğun gələn ekosistemdir. Onun 
komponentləri landşaftın komponentlərindən ibarətdir, lakin onun əsas komponenti biota sayılır, burada 
üzvi maddələr yaradan proseslərə və maddələrin biokimyəvi dövranına əsas diqqət yetirilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə