Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə34/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   30   31   32   33   34   35   36   37   ...   60
Ekologiya

Yerüstu biomlar
Stabil ekosistem canlı orqanizmlərlə ətraf fiziki mühitin tarazlıq (müvazinət) vəziyyəti ilə səciyyələnir. 
Belə sistemin ümumi homeostazı onun təzyiqlərə qarşı müqavimətinə imkan yaradır. Məlum olduğu 
kimi Yer üçün iqlim zonallığı, bununla da yerüstü ekosistemlərin iqlim zonallığı xarakterikdir. Bütün 
Yer kürəsi üçün üfiqi iqlim zonallığından başqa dağ sistemlərində, həmçinin, şaquli və ya yüksəklik 
qurşaqlığı müşahidə olunur. Dağ sisteminin ətəyində iqlim ümumi coğrafi zonallığa uyğun gəlir, 
yuxarıya qalxdıqca və cənubdan şimala hərəkət etdikcə qurşaqlar dəyişir. 7.1.1. Tundra Əsasən şimal 
yarımkürəsində, Arktika və Subarktika qurşaqlarında yayılmışdır. Cənub yarımkürəsində Antarktida 
yaxınlığındakı adalarda kiçik sahələri əhatə edir. Şimal yarımkürəsində Arktika səhraları zonası ilə 
(şmda), meşə-tundra zonası (c-da) arasında yerləşir. Eni 300-500 km-ə çatan zolaq şəklində Avrasiyanın 
və Şimali Amerikanın şimal sahilləri boyu uzanır. Tundra zonalarının yerləşdiyi enliklərdə illik 
radiasiya balansı aşağıdır (8-20 kkal/sm2), oktyabrdan aprelədək mənfidir. Qış 8-9 ay (bunun 60-80 
günü qütb gecəsidir) davam edir. Orta temperatur yanvarda -5-dən -400C-yə qədər, iyulda 5-100C-dir. 
İllik yağıntı 200-500 mm, bəzən 750 mm-ə çatır. Yay havanın nisbi rütubətliyinin yüksəkliyi, tez-tez 
duman və çiskin yağışın olması ilə səciyyələnir. Daimi donuşluq inkişaf etmişdir. Çoxlu göl və bataqlıq 
var. Torpaqları, əsasən qleyli, tundra tiplidir. Bitki örtüyündə şibyə, mamır, alçaqboylu otlar, kolcuqlar 
və kolluqlar üstündür. Bitkilərdən mərcangilə, dəstərək, karlik tozağac, qaragiləni göstərmək olar. 
Tundra faunasının səciyyəvi xüsusiyyətləri həyat şəraitinin sərtliyi ilə əlaqədar həddindən artıq 
yoxsulluğu, bəzən müstəqil cinslərə məxsus olan endemlərin olması, həmçinin yekcinslik və bir çox 
heyvanların dənizlərlə əlaqədar olması (quş «bazarlarında» yaşayan quşlar, ağ ayı və b.) və s.-dir. 
Onurğalı heyvanların əksəriyyəti qışda tundranı tərk edir; yalnız bir qismi, məsələn, lemminqlər qar 
altında yaşayaraq sağ qalırlar. Tundra faunasının tərkibinə adi və dırnaqlı lemminqlərin endem növləri, 
əsasən, tundranın cənub hissəsində yaşayan bəzi tarla siçanları, ağ dovşan, tundra tülküsü və gəlincik 
daxildir; tülküyə, cavanara, ağ və qonur ayıya təsadüf olunur, şimal maralı xarakterikdir. Quşlardan ağ 
kəklik, tundra kəkliyi, ağ qaz, ağ bayquş, şimal sərçəsi, laplandiya yol torağayı endem sayılır. Sürünənlər 
azdır, bəzi qurbağalara təsadüf olunur; qızılbalıqkimilər çoxdur. Boreal (şimal) iynəyarpaqlı meşələr – 
mülayim iqlim zonasının şimal hissəsində yayılmışdır. Bu iynəyarpaqlı meşələr tayqa adlanır (türk 
dillərində tayqa meşəli dağ deməkdir). Tayqada qış soyuq, qar örtüyü uzunmüddətli, çox şaxtasız dövr 
nisbətən qısa (orta temperatur iyulda 10-180C), yağıntı buxarlanmadan çox olur. Tayqa meşələri Şimali 
Avrasiyada və Şimali Amerikada çox geniş sahə tutur. Tayqa meşə qruplaşmaları tündiynəyarpaqlı ağac 
cinslərindən (küknar, ağşam) Sibir sidr şamı (Sibir sidr ağacı) və açıqiynəli ağac cinslərindən (qaraşam 
və şam – əsasən qumlu torpaqlarda) təşkil olunmuşdur. Tündiynəli meşələrin quruluşu sadə olub bir-
iki-üç ağac yaruslu, mamır yarusu, bəzən ot və ya ot-kol yarusundan ibarət olur. Çox gövdəli olur. 
Tündiynəyarpaqlı meşələr xüsusi mikromühitə malik olub küləksiz, açıq sahəyə nisbətən temperatur 
yüksək qalın qar örtüyü sərt qış dövründə heyvanat aləminin sağ qalmasına şərait yaradır. Tökülən 
iynələr yavaş parçalanır, odur ki, torpaq podzol profilli olur. Torpaqda kifayət qədər çoxlu xırda 
orqanizmlərin populyasiyaları yaşayır, yarpağı tökülən meşələrə, çəmən və bozqırlara nisbətən bir qədər 
iri torpaq orqanizmlərinə az rast gəlinir. Tayqada iri heyvanlardan ayı, canavar, otyeyənlərdən sığını 
göstərmək olar. Bu meşələrin faunası üçün toxum fondunun və iynələrin böyük əhəmiyyəti var: 
toxumlarla quşlar, dələlər, burunduq və digər gəmiricilər, iynələrlə isə həşəratlar qidalanır. Quşlardan 
Sibir xoruzu, bonazi tetrası, sidr quşu, ağacdələn, tüklüayaq yapalaqları qeyd etmək olar. İnsan fəaliyyəti 
nəticəsində (meşələrin qırılması, yanğınlar) tayqa faunası əsaslı surətdə dəyişmişdir, bir növ artmış, 
digəri azalmış, yeni növlər peyda olmuşdur. 7.1.3. Mülayim zonanın yarpağı tökülən meşələri 
(enliyarpaq meşələr). Tayqa meşələrindən cənubda yerləşir. Bu meşələr mülayim iqlim şəriatində bitir, 


illik yağıntıların miqdarı 700-dən 1500 mm qədər təşkil edir. Mülayim temperatura və aydın seçilən 
mövsümlərə malikdir. İlk vaxtlar enliyarpaqlı meşələr şimali Amerika, bütün Avropa, Yaponiyanın bir 
hissəsi, Avstraliya və Cənubi Amerikanın cənub hissəsində geniş ərazilər tuturdu. Beləliklə, bu meşəlik 
bir-birindən yüksək dərəcədə təcrid olunduğundan növ tərkibi tundraya nisbətən zəngindir. ABŞ-ın 
mərkəzi rayonlarının şimal hissəsində fıstıq-ağcaqayın meşələri, Viskonsin və Minnosetdə ağcaqayın-
cökə meşələri, ABŞ-ın qərb və cənub ştatlarında palıd və gikori meşələri, Appalaç dağlarında palıd-
şabalıd meşələri yayılmışdır. Avropa, Asiya, o cümlədən Cənubi Qafqaz regionlarında bu meşələrdə 
fıstıq, palıd növləri, vələs, cökə, şabalıd, qovaq və s. ağac cinsləri üstünlük təşkil edir. Enliyarpaq 
meşələrin yarus quruluşu iynəyarpaqlı meşələrə nisbətən xeyli mürəkkəb olub üçə qədər ağac yarusu, 
kol və ot yaruslarından təşkil olunmuşdur. Şimali Amerikanın ilkin meşələrində məskunlaşan 
heyvanlardan maral, boz və qara dələlər, sığın, boz tülkü, Amerika vaşağına rast gəlinir. Ornitofauna 
müxtəlif və zəngindir. Enliyarpaq meşələr zonasında iynəyarpaqlılardan şam meşələrinə də rast gəlinir. 
İnsan sivilizasiyasının olduqca inkişaf etməsilə əlaqədar olaraq enliyarpaq meşələrin pozulmamış 
sahələrinə təsadüf etmək çətindir. Onların əksər hissəsi mədəni (kənd təsərrüfatı) qruplaşmaları ilə əvəz 
olunmuşdur. 7.1.4. Həmişəyaşıl enliyarpaq subtropik meşələr Yüksək rütubətlik və yay-qış 
temperaturlarında az fərq olan ərazilərdə yarpağını tökən meşələr yerini enliyarpaq həmişəyaşıl 
meşələrə verir. Belə meşələr Mərkəzi və Cənubi Yaponiyada, Floridada, Meksika körfəzi boyu
Atlantikanın cənub sahillərində bitir. Bu meşələrdə palıd növləri, maqnoliya, dəfnə, əncir dominantlıq 
edir, palmaya da çox rast gəlinir. Lianlar və epifitlərlə zəngindir. Çoxlu ayıdöşəyi, səhləb çiçəyi, ananas 
növləri bitir. 7.1.5. Mülayim zonanın bozqırları (çölləri) Meşə və səhra zonaları arasında geniş açıq 
sahələri tutur, illik atmosfer yağıntılarının miqdarı 250-dən 750 mm-ə qədər təşkil edir. Bozqırlar 
Avropa, Şimali Amerika (prerilər), Cənubi Amerikanın cənubunda (pampaslar), Avstraliya, Yeni 
Zenlandiya (tussoklar) geniş əraziləri tutur. Bozqır bitki örtüyü əsasən kserofil xarakter daşıyır. 
Çəmənəmələgətirən taxıl otları üstünlük təşkil edir. Bozqırlarda efemerlər çoxdur. Nəhayət bozqırlar 
üçün kol bitkiləri də səciyyəvidir. Bozqırlarda heyvanlar cüt və koloniya həyat tərzi keçirirlər. Cüt 
yaşayan heyvanlar (marmot, sünbülqıran, çöl siçanı) çoxluq təşkil edir. Cüt yaşamayan heyvanlar sürü 
əmələ gətirir. Bozqır biosenozunda dırnaqlılar (sayqaklar, əvvəllər vəhşi at - tarpan) əsas rol oynayır. 
Bozqırlarda hədsiz mal-qara otarılması nəticəsində bozqır bitki örtüyü deqradasiyaya uğrayır, praktiki 
olaraq bütün çoxillik bitkilər sıradan çıxır, səhralaşma prosesi baş verir, pis yeyilən yovşan və digər 
kserofil bitkilər peyda olur. Bozqır ekosistemlərin torpağı meşə torpağından, əsasən yüksək humusluğu 
ilə kəskin seçilir. Ot (taxıl) bitkiləri ağaclara nisbətən az ömürlü olub torpağa humus şəklində çoxlu 
miqdarda üzvi birləşmələr daxil olur və humusəmələgəlmə sürətlə, minerallaşma isə yavaş gedir. Ən 
məhsuldar torpaq sayılan – qaratorpaq belə yaranır. Rusiyanın çəmən-bozqırlarında biokütlə 2500 
sent/ha, quru bozqırlarda 1000 sent/ha təşkil edir. Kserofil qruplaşmaların məhsuldarlığı 100-200 
sent//ha, aridlik çoxaldıqda isə 50-100 sent//ha-ya enir (Voronov, 1988). Hazırda bozqır ərazilərin 
böyük hissəsi taxıl bitkiləri, mədəni otlaqlar və ya süni ağaclıqlar altındadır. Azərbaycan 
Respublikasında bozqır ekosistemlərə Böyük Qafqazda – bozqır yaylada və Kiçik Qafqazın orta və aşağı 
dağ zonasında rast gəlinir. Burada yarımsəhra bozqır bitkiləri yayılmışdır. Ağac və kol növlərindən 
qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, iberiya ağcaqayınına rast gəlinir. Qəhvəyi 
bozqırlaşmış boz-qəhvəyi və şabalıdı torpaq tipləri yayılmışdır. Tədqiqatçıların fikrincə Cənubi 
Qafqazda, o cümlədən Azərbaycanda ilkin bozqır yoxdur və müasir bozqır ekosistemlərinin 
mövcudluğu meşə örtüyünün yox edilməsi ilə əlaqədardır. 7.1.6. Səhra ekosistemləri – mülayim, 
subtropik və tropik qurşaqlarda yayılmışdır. Asiya, Afrika, Avstraliya, Şimali və Cənubi Amerikada 
geniş əraziləri tutur. Torpaq və qruntun xarakterindən asılı olaraq qumlu, çaqıl daşlı və qumlu çaqıl 
daşlı, çınqıllı, gipsləşmiş, daşlı, gillicəli, löslü, gilli-takırlı, gilli bedlendli vəşoranlı səhralar ayrılır. 
Xüsusi Arktika (buz səhrası) səhrası da var. Səhralarda yayın temperaturu yüksək və sutkalıq ampliutuda 
böyük olur. Ən isti ayda orta temperatur Orta Asiya (Qaraqum, Qızılqum) və Şimali Amerika 
səhralarında 30-400C-yə çatır. Maksimum temperatur Orta Asiya səhralarında 500C, Ölüm dərəsində 
(ABŞ) 56,70C, Liviya səhrasında və Ərəbistan yarımadası səhralarında 580C-dir. Havanın, xüsusilə 
torpağın temperaturunun sutkalıq amplitudası çox vaxt 500C-dən artıq olur. Qum örtüyü gündüzlər 
900C-dək qızır. İllik yağıntı səhraların çoxunda 100-200 mm, bəzi yerlərdə 50-100 mm və daha azdır 


(Təklə-Məkan səhrasında 9 mm), ayrı-ayrı rayonlarda bəzən bir neçə il yağış yağmır. Səhralar çox yerdə 
bitkisizdir. Bitki örtüyündə efemerlər, efemeroidlər, sukkulentlər, halofitlər səciyyəvidir. Ayrı-ayrı 
səhra biotoplarının faunası tərkibinə və zənginliyinə görə fərqlənir. Bitki örtüyü seyrək olduğundan 
otyeyən heyvanlar kiçik qruplarla, cüt-cüt və tək gəzirlər. Yeni ot yemi axtarıb tapa bilən heyvanlar 
(antiloplar, bəzi quşlar) sürü əmələ gətirir.. Səhra heyvanlarının bir qismi gecə həyatı keçirir, bəziləri 
qış və yay yuxusuna gedirlər. Əkinçilik yalnız suvarma şəraitində mümkündür. Azərbaycanda səhra 
landşaft fraqmentləri Xəzəryanı hissədə (Abşeronda), Naxçıvan MR-in Arazboyu düzənliklərində 
vardır. 7.1.7. Çaparral – yumşaq, mülayim iqlimi olan ərazilərdə yayılmışdır. İllik yağmurların miqdarı 
500-700 mm olub isti qış dövründə düşür. Bol qış yağışları quraqlıq yayla əvəz olunur. Çaparral 
qruplaşmaları ağaclardan (dəfnə, həmişəyaşıl palıd növləri) və qalın sarı rəngli həmişəyaşıl yarpaqlı 
kollardan ibarətdir. Onlar Aralıq dənizi sahili rayonlarında, Avstraliyanın cənub sahilləri boyu
Kaliforniya və Meksikada geniş yayılmışdır. Avstraliyanın meşələrində evkalipt ağacları və kolluqlar 
dominantlıq edir. Yanğınlar ağacların məhv olması hesabına kolluqların üstünlük təşkil etməsində 
mühüm ekoloji faktor sayılır. Yayın sonunda baş verən yanğınlar yamacları çılpaqlaşdırır. Yanğından 
sonra ilk yağışlar zamanı kollar tez və sürətlə sahəni tutaraq 15-20 il ərzində maksimum boya çatır. 
Yağışlı mövsüm noyabrdan başlayaraq mayın sonuna qədər davam edir. Bu dövrdə çaparralda 
qaraquyruqlu maral və bir çox quşlar yaşayır. İsti quru yay dövrü başlayanda onlar şimala dağ 
rayonlarına köçürlər. Alçaq boylu çaparral meşələrinin daimi sakinləri azdır: Bəhmən kiçik dovşanı, 
ağac siçovulları, burunduklar, kərtənkələlər, xırda sərçələr daha xarakterikdir. Vegetasiya dövrünün 
sonunda çoxalan quş və həşərat populyasiyalarının sıxlığı azalır; yayın sonunda bitkilər quruduqda da 
populyasiyaların sayı azalır. 7.1.8. Tropik bozqırlar və savannalar Mərkəzi və Şərqi Afrika, Cənubi 
Amerika və Avstraliyanın, isti vilayətlərində illik yağıntıların miqdarı 900 mm-dən 1500 mm-ə qədər 
olan ərazilərində yayılan ağac-kol bitki örtüyü tipidir. İlboyu ərzində temperatur kifayət qədər yüksək 
olub, mövsümilik yalnız yağıntıların paylanması ilə təyin olunur (rütubətli – yağışlı mövsümlər və quru 
(quraqlıq) mövsümlər). Bu fauna və floranın mövcudluğu üçün özünəməxsus şərait yaradır. Ağaclar çox 
vaxt qalın qabıqlı olub güclü mantar qatına malikdir. Burada baobab növləri, akasiya, palmalar, 
ağacşəkilli südləyənlər (kaktusların ekoloji ekvivalenti) və b. bitir. Ot örtüyü hündür və sıx, insan üçün 
keçilməz olur (əsasən taxıl otları). Quraqlıq dövründə otların torpaqüstü hissəsi quruyur, ağacların 
yarpaqları tökülür. Ağaclar quraqlıq mövsümünün sonunda çiçək açır, yağışlar başlayanda isə 
yarpaqlayır. Savannaların, xüsusən Afrikada dırnaqlı heyvan populyasiyalarının (antilop, zebr, zürafə 
və b.) müxtəlifliyi və sayına görə tayı-bərabəri yoxdur. Bu heyvanları şir, gepard (ov pələngi) kimi 
yırtıcılar ovlayır. Quşlar olduqca müxtəlif olub, aralarında iri yırtıcılar (keçəl kərkəs), həmçinin ən irisi 
– Afrika dəvəquşu var. Burada quraqlıq dövrdə daha aktiv olan çoxlu reptililər – ilan və kərtənkələlər, 
həmçinin yağışlı dövrdə daha çox olan həşəratlar vardır. Həşəratlar arasında çoxlu qansoranlar, onlardan 
ən məşhuru sisi (yuxu xəstəliyinin törədicisi, zəhərli) və b. göstərmək olar. Cənubi Afrikada ağır 
xəstəliklərin törədicilərini yayan həşəratlar mövcuddur, onlar insan və heyvanların mərkəzi əsəb 
sistemini pozur, digər təhlükəli «tropik» xəstəlikləri törədir. 7.1.9. Yarımhəmişəyaşıl mövsümi 
(yarpağını tökən) tropika meşə ekosistemləri İldə 800-1300 mm yağıntı düşən, uzunmüddətli quraqlıq 
dövrü (ildə altı ay) keçən vilayətlərdə yayılmışdır. Bu meşələr Asiyanın və Mərkəzi Amerikanın tropika 
hissəsi üçün səciyyəvidir. Bu meşələrin üst yarusundakı ağaclar qışda deyil, quraqlıq mövsümündə 
yarpağını tökür. Alt yarus həmişəyaşıl ağac və kollardan ibarətdir, həmişəyaşıl ağaclardan palmanı 
göstərmək olar. 7.1.10. Cırtdan şam və ardıc biomu (ekosistemi) Böyük Hövzədə, Kolorado ştatında 
Kolorado çayı boyu, Yuta, Arizon, Nyu-Mexiko, Nevada və Mərkəzi Kaliforniyanın qərbində geniş 
əraziləri tutur. Burada rütubətlik limitləşdirici faktor sayılır, ildə 250-500 mm yağıntının qeyri-bərabər 
paylanması cırtdan şam və ardıc meşələrinin park şəkilli olmasını təyin edir. Şamın qozaları və ardıcın 
meyvələri heyvanlar üçün mühüm qida mənbəyidir. Zığ-zığ, böyük arıquşu və kol arıquşu oturaq 
quşların daim xarakterik növləridir. 7.1.11. Həmişəyaşıl tropika «yağışlı» meşə ekosistemləri 
Ekvator boyu yerləşir, illik yağıntıların miqdarı 2000-2500 mm olub aylar üzrə kifayət qədər bərabər 
paylanır. İlboyu bir və ya bir neçə nisbətən «quru mövsüm» (ayda 125 mm) müşahidə olunur. Yağışlı 
meşələr əsas üç vilayətdə yayılmışdır: 1) Amazonka hövzəsində və Cənubi Amerikada – Orinokada - 
başdan-başa böyük massiv şəklində; 2) Afrikada Konqo. Nigera və Zambezi çayları hövzələrində və 


Madakaskar adasında; 3) Hindo-Malayskidə və Borneo – Yeni Qvineya adalarında. Bu vilayətlərdə 
tempetarun illik gedişi kifayət qədər bərabər paylanıb. Bitki və heyvanların çoxalması və digər 
funksiyalarının mövsümi dəyişməsi əsasən yağıntıların miqdarının tərəddüdündən asılıdır və yaxud 
daxili ritmlərlə tənzimlənir. Belə ki, Winteraceae fəsiləsinə aid olan bəzi ağacların böyüməsi fasiləsiz 
gedir, lakin həmin fəsiləyə aid olan digər növlər üçün böyümədə dövrlük müşahidə olunur və oduncaqda 
həlqələr əmələ gəlir. Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1) Seyrək yerləşən ən 
hündür ağaclar üst yarusu yaradır; 2) Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25-35 m; 3) 
Alt yarus – yalnız ümumi çətirdə işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar 
praktiki olaraq olmur. Lakin çoxlu lianlar və epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir 
– bir neçə hektar sahədə rast gəlinən növlərin sayı bütün Avropanın florasında olan növlərin sayı 
qədərdir (Y.Odum, 1986). Bu meşələrdə ağac növlərinin sayı 170-dən çox, ot növləri isə 20-dən azdır. 
Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.) sayı otlarla birlikdə 200-300 və daha çoxdur (Şəkil 
6.13). Rütubətli tropik meşələr kifayət qədər qədim klimaks ekosistemləri sayılır, burada qida 
maddələrinin dövranı mükəmməllik dərəcəsinə çatmışdır, onlar az itirilir və mutalistik orqanizmlərlə və 
ağacların dərinə getməyən (çox hissəsi havada yerləşən) güclü mikorizalı kök sistemi vasitəsilə tez 
bioloji dövrana qoşulur. Məhz buna görə kasıb torpaqlarda sıx meşə örtüyü yaranır. Tropikanın dağlıq 
rayonlarında dağ-yağışlı meşələri yerləşir, onlar düzənin yağışlı meşəsinin növmüxtəlifliyi olub bəzi 
xarakterik əlamətlərinə görə fərqlənir. Dağ boyu yuxarı qalxdıqca meşə örtüyü alçaqboylu olur və 
epifitlər avtotrof biokütlənin böyük qismini təşkil edir. Yağışlı meşələrin digər növ müxtəlifliyinə çay 
dərələrinin subasar sahələrində rast gəlinib «qalereya» və ya sahil meşələri adlanır. Mülayim qurşağın 
meşələrindən fərqli olaraq yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst yarusunda 
yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır. Ağacda yaşayan 
məməlilərdən başqa yağışlı meşələrdə çoxlu buqələmun (xamelyon), iquana, hekkonlar, ağac ilanları, 
qurbağalar və quşlara rast gəlinir. Qarışqalar və düzqanadlılar, həmçinin gündüz kəpənəkləri və güvələr 
mühüm ekoloji rol oynayır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə