Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə35/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   31   32   33   34   35   36   37   38   ...   60
Ekologiya

Şirinsulu ekosistemler
Şirin sular kontinentin səthində çay, göl və bataqlıqlar əmələ gətirir. İnsan öz ehtiyacı üçün süni göllər 
və su anbarları yaradır. Deməli, şirin sular axar və nisbi hərəkətsiz (durğun) vəziyyətdə ola bilər. Bəzi 
su hövzələri bir vəziyyətdən digərinə keçə bilər. Bununla əlaqədar olaraq şirinsulu ekosistemlər 
aşağıdakılara bölünür: - lentik (latınca: lentes - sakit) ekosistemlər. bura göllər, nohurlar, yəni durğun 
sular aiddir; - lotik (latınca: Lotus – yuyucu, yuyulan) ekosistemlər. Bura çeşmələr, çaylar – axar sular 
daxildir; - bataqlaşmış ərazilər, ilin mövsümləri üzrə səviyyəsi dəyişir. Bura marşlar və bataqlıqlar 
daxildir. Şirinsulu ekosistemlər bütün ekosistemlərin olduqca kiçik hissəsini təşkil edərək aşağıdakı 
xüsusiyyətlərinə görə insanlar üçün daim böyük əhəmiyyət kəsb edir: 1) Şirin sular praktiki olaraq 
məişət və sənaye ehtiyaclarını ödəmək üçün yeganə mənbə sayılır; 2) Şirinsulu ekosistemlər tullantıları 
yenidən işləmək üçün ən əlverişli və ucuz sistem sayılır; 3) Suyun nadir termodinamik xassəyə malik 
olaraq mühitin temperatur tərəddüdünü azaltmağa imkan verir. Qeyd edildiyi kimi su mühitinin 
limitləşdirici faktorları, temperatur, şəffaflıq, axın, duzluluq və b. hesab olunur. Suda yaşayan 
heyvanların əksəriyyəti stenoterm sayılır, ona görə də mühitin az da olsa, istilik çirklənməsi onlar üçün 
təhlükəlidir. Su hövzələrində suyun şəffaflıq dərəcəsi həyat üçün çox vacib sayılır, bu günəş işığının 
daxil olaraq fotosintez prosesinin mümkün olduğu dərinlik zonası ilə ölçülür. Şəffaflıq dərəcəsi müxtəlif 
olub çox bulanlıq su hövzələrində bir neçə santimetr dərinlikdən, şəffaf dağ göllərində 30-40 metrə çata 
bilər. Lotik ekosistemlərdə axım da mühüm limitləşdirici faktor olub orqanizmlərin yayılmasına, qaz və 
duzların miqdarına təsir göstərir. Su ekosistemlərində oksigenin konsentrasiyası da mühüm limitləşdirici 
faktor hesab olunur. Biogen duzlardan nitratlar və fosfatlar da adətən limitləşdirici olur, bəzən kalsium 
və digər elementlərin çatışmazlığı hiss olunur. Ekoloji baxımdan və su hövzəsində tutduğu yerə görə 
su orqanizmlərini aşağıdakı təsnifata ayırmaq olar. Bentos – hövzənin dibinə yapışıb lil çöküntülərində 
yaşayır və orada sakit dayanır; Perifiton – su bitkilərinin yarpaq və budaqlarına və ya su hövzəsinin 
digər çıxıntısına yapışmış heyvan və bitkilər; Plankton – Üzən orqanizmlər, zooplankton hətta özü aktiv 
yerini dəyişə bilir, lakin əsasən onlar axının köməyi ilə qarışır (hərəkət edir); Nekton – suda sərbəst 


hərəkət edən orqanizmlər – balıqlar, amfibiyalar və b. Su hövzələrinin üç zonasında məskunlaşan 
orqanizmlərin yayılması xüsusi əhəmiyyət daşıyır. Litoral zona – günəş şüasının suyun dibinə qədər 
düşən su qatı. Limnik zona – günəş işığının yalnız 1%-i daxil olan və fotosintez prosesinin söndüyü 
(dayandığı) su qatı. Evfotik zona – litoral və limnik zonalarda işıqlanan (işıq düşən) su qatı. Profundal 
zona – günəş şüası düşməyən su qatı və suyun dibi. Axar su hövzələrində son üç zona nəzərə çarpmır, 
lakin onların elementlərinə rast gəlinir. Növbəli dayazlıqlar – sürətli axını olan dayaz sahələr; dibi lilsiz 
olur, əksəriyyət halda perifiton və bentos yapışır. Növbəli dərinlik (quytul) – dərin sulu sahələr, axın 
sürəti yavaşdır, dibində yumşaq lil substratı və eşici heyvanlar olur. Yuxarıda verilən təsnifat 
qruplaşmalarda hər hansı bir orqanizmin ekoloji vəziyyətini təyin etməkdə mühüm rol oynayır. 7.2.1. 
Lentik ekosistemlər (göllər, nohurlar) Litoral zonada iki produsent tipi vardır: hövzənin dibinə bərkimiş 
çiçəkli bitkilər və üzən yaşıl bitkilər – yosunlar, bəzi ali bitkilər (su çiçəyi). Hövzənin dibinə bərkimiş 
bitkilər üç konsentrik zona əmələ gətirir: 1) suüstü (susəthi) vegetasiya zonası – bitkinin fotosintezedən 
hissəsi suyun üzərində yerləşir (qamış, ciyən və b.), biogen elementlər isə dib çöküntülərindən alınır; 2) 
yarpaqları su səthində üzən dibə bərkimiş bitkilər (su zanbağı) zonası, bu bitkilərin rolu birinci zonada 
olduğu kimidir, lakin onlar suyun aşağı qatlarını kölgələndirə bilir; 3) sualtı vegetasiya zonası – 
tamamilə suyun altına (dibinə) köklənmiş və bərkimiş bitkilər, fotosintez və mineral mübadiləsi sü 
mühitində yerinə yetirilir (su çiçəyi və yapışmış yosunlar - xaralar). Litoral zonada heyvanlar, 
konsumentlər su hövzəsinin digər zonalarına nisbətən daha çox müxtəlifliyi ilə seçilir. Perifiton 
molyuska, rotatorilər, mşanka, həşəratların sürfələri və s. ibarətdir. Nektonun bir çox heyvanları 
atmosfer havası ilə nəfəs alır (qurbağa, tısbağalar, salamandr-səməndər və b.). Balıqlar həyatının çox 
hissəsini litoralda keçirir və orada da çoxalırlar. Zooplankton xərçəngəbənzərlərdən ibarət olub 
balıqların qidalanmasında böyük əhəmiyyət kəsb edir. Limnik (göl) zonasının qruplaşmalarında 
fitoplankton produsent hesab olunur. Mülayim qurşağın su hövzələrində onun populyasiyasının sıxlığı 
mövsüm üzrə kəskin dəyişir. Yazda suyun «çiçəkləməsi» sərin suya uyğunlaşan diatomit (trepel) 
yosunların kütləvi inkişafı ilə, yayda yaşıl yosunların, payızda isə azot fiksə edən göyyaşıl yosunların 
inkişafı ilə bağlıdır. Zooplankton bitki ilə qidalanan xərçəngkimilər və rotatorilərdən ibarətdir, qalanlar 
isə yırtıcılardır. Limnik zonanın nektonu yalnız balıqlardır. Profundal zonanın qruplaşmaları işıqsız 
həyat sürür. Buranın fauna və florası bakteriya və göbələklərdən (redusentlər), həmçinin bentos 
formalardan – həşəratların sürfələri, molyusklar, həlqəli qurdlardan ibarətdir (konsumentlər). Su 
hövzələrinin çirkab suları ilə çirklənməsinin artması nəticəsində qırmızı həlqəli qurdların miqdarı 
çoxalır, yəni bu göstərici ilə su hövzəsinin çirklənmə dərəcəsi haqqında fikir yürütmək olar. Durğun su 
hövzələrinin qruplaşmalarında oksigenin miqdarı, temperatur, işıqlanma kimi limitləşdirici faktorların 
təsiri bu su hövzələrinin spesifik xüsusiyyətlərindən (göl, xırda göl – prud və süni su anbarı) asılıdır.
Göllər – təbii şirinsulu su hövzələri olub geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on 
min illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). 
Göllərin əksəriyyətində profundal zonanın mövcudluğu su qatının temperatur rejiminə, onun 
«qarışmasına» və orada oksigenin paylanmasına təsir göstərir. Bu proseslər gölün temperatur rejimi kimi 
mövsümi xarakter daşıyır (şəkil 6.14.). Mülayim qurşağın göllərində yay dövründə şaquli kəsikdə üç 
zona ayırmaq olar: epilimnion – suyun konveksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər; termoklin – 
aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır; hipolimninon – soyuq su sahəsi, burada 
sirkulyasiya getmir. Termokilın adətən işıq düşən sərhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan 
ayrılmış hipolimnionda tükənir. Yayda – durğunluq dövrü başlayır. Payızda – temperaturun 
bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və hipolimnionun oksigenlə zənginləşməsi baş verir. 
Qışda – buzun altında suyun temperaturu +40C-dən aşağı olur, bu onun sıxlığını azaldır və yenidən 
gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra suyun temperaturu 
40C-yə çatır, o, ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali Amerika 
gölləri üçündür. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə – qışda, tropikada isə daim və 
qeyri müntəzəm olur. Məhsuldarlığına görə göllər iki qrupa bölünür: 1) Oliqotrof (biogen maddələr və 
plankton az olan) və 2) evtrof (biogen maddələrlə zəngin) göllər. Lentik ekosistemlərin məhsuldarlığı 
həm də ətraf mühitdən və gölün dərinliyindən daxil olan maddələrdən asılıdır. Kiçik göllər daha 
məhsuldar olur. Prudlar – yaxşı inkişaf etmiş litorala malik olub stratifikasiya praktiki olaraq mövcud 


deyildir. Prudlar müxtəlif çökəkliklərdə əmələ gəlir, çox vaxt müvəqqəti hal daşıyır – yayda və ya 
quraqlıq dövründə quruyur. Prudların faunası quraqlıq dövründə sükutluq vəziyyətində yaşamağa 
qabildir və ya digər su hövzəsinə (qışda suyu olan) köçür. Təbii prudlar yüksək məhsuldar olur. Süni 
prudlarda balıqları insan özü yemləndirir. Su anbarları – hidroenergetik və hidromeliorasiya 
kompleksləri yaradılarkən insan tərəfindən tikilir. Bu təbii sistem olmayıb təbii-texniki sistem sayılır. 
Burada istilik və biogenlərin paylanması su anbarı bəndinin tipindən asılıdır. Əgər su bəndin dibindən 
buraxılırsa, bu zaman su anbarı istilik toplayır və biogen maddələr xaric olunur, su bəndin üstündən 
axıdıldıqda isə istilik xaric olunur, biogen maddələr toplanır. Birinci halda su hipolimiondan, ikinci 
halda isə epilimiondan axıdılır (buraxılır). Dərin şlüzlərdən çaya daha duzlu sular da axır, biogenlər isə 
çay sahəsini evtrofikasiyaya uğradır. 7.2.2. Lotik ekosistemlər – çaylar – Durğun su hövzələrindən üç 
əsas şəraiti ilə fərqlənir: 1) axın – mühüm limitləşdirici və nəzarətedici faktordur; 2) su ilə quru arasında 
mübadilə daha aktivdir; 3) praktiki olaraq stratifikasiya olmadığından daha bərabər paylanır. Axının 
sürəti çayda balıqların paylanmasına təsir göstərir – onlar daşların altında, növbəli dayazlıqların alt 
hissəsində yaşaya bilir, bunlar müxtəlif növlər olub konkret şəraitlərə adaptasiya olunurlar. Çay açıq 
ekosistem olub, ora ona bitişik sahələrdən çoxlu miqdarda üzvi maddələr daxil olur. Detrit qidalanma – 
lotik ekosistemlərin trofik zəncirinin əsasını təşkil edir: konsumentlər enerjinin 60%dən çoxunu gətirmə 
materiallarından alır, lakin çaylarda oksigen kifayət qədərdir və onun miqdarı daimidir. Böyük çaylarda 
uzununa zonallıq izlənir: çayın yuxarılarında növbəli dayazlıqların aşağı və delta hissəsində dərinliyin 
qruplaşmaları məskunlaşır, orta hissədə isə hər iki zonanın orqanizmlərinə rast gəlinə bilər. Uzununa 
zonallıqda balıqların növ tərkibinin dəyişməsi nəzərə çarpır. Aşağıya doğru növ tərkibi kasatlaşır, lakin 
balıqların ölçüsü artır. Bataqlaşmış şirinsulu sahələr, adətən – alt və üst bataqlıqlar. Alt bataqlıqlar bir 
qayda olaraq yeraltı sularla, üst bataqlıqlar isə atmosfer yağıntıları ilə qidalanır. Üst bataqlıqlara 
istənilən çökək yerlərdə, hətta yamaclarda rast gəlinə bilər, alt bataqlıqlar isə göl və axmazların bitkilərlə 
örtülməsi nəticəsində əmələ gəlir. Onlar su makrofitləri, bataqlıq bitkiləri və kollarla örtülə bilər.
Bataqlıq torpaqları və torfluqların tərkibində çoxlu karbon olur (14-20%), onların kənd təsərrüfatı üçün 
becərilməsində havaya çoxlu miqdarda CO2 ayrılaraq karbon qazı problemini dərinləşdirir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə