deyildir. Dənizin dərinliyi dəniz biotasını ayıran əsas faktor hesab olunur. Dəniz ekosistemlərinin
xarakteristikası
Kontinental şelf sahəsi, neritik sahə Kontinental şelf sahəsi 200 m dərinliklə
məhdudlaşır, bütün okeanın 8%-ni təşkil edir (29 mln. km2) və okeanda faunistik baxımdan ən zəngin
hesab olunur. Qidalanma mühitinə görə olduqca zəngindir. Bentos faunasının sürfələri hesabına
plankton yemi də zəngindir. Yeyilməyən sürfələr substrata çökərək ya epifauna (bərkimiş, yapışmış),
yaxud da infauna (basdırılmış) əmələ gətirir. Apvellinq sahələri kontinentin qərb səhra sahilləri boyu
yerləşir. Onlar adalarda yaşayan balıq və quşlarla zəngindir. Lakin küləyin istiqaməti dəyişdikdə
planktonun «çiçəkləməsi» kəskin azalır və oksigensiz şəraitin inkişafı nəticəsində (evtrofikasiya)
balıqların kütləvi qırılması baş verir. Limanlar – sahilyanı yarımqapalı su hövzələridir, onlar şirinsulu
və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Limanlar adətən litoral zonaya daxil olur və
qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin «tələsi»
hesab olunur. Bütün il ərzində avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları,
fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Dəniz məhsulları kompleksi ilə
zəngindir (balıqlar, krab, krevet, istridyə və b.). Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə
su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir. Okean sahəsi (ərazisi) – açıq okeanın evfotik
zonası olub biogen elementlərlə kasatdır. Ona görə də sahil zona ilə
müqayisədə fauna ilə də çox
kasatdır. Arktika və Antarktika zonaları nisbətən məhsuldardır, belə ki, isti dənizlərdən soyuq dənizlərə
keçiddə planktonun sıxlığı artır, balıq və kitəbənzər fauna burada xeyli zəngin olur. Pelagik sahənin
qida zəncirində fitoplankton enerjisinin ilkin mənbəyi – produsenti hesab edilir. İri heyvanlar, ilk
növbədə balıqlar burada əsasən ikinci (törəmə) konsument olub zooplanktonla qidalanır. Zooplankton
üçün fitoplankton, həmçinin molyuskların plankton sürfələri produsent sayılır. Dərinlik artdıqca
faunanın növ müxtəlifliyi azalır, buna baxmayaraq praktiki olaraq produsentlərin olmadığı
abissal
zonada balıqların müxtəlifliyi yüksəkdir, burada balıqlar əcayib forma alır, onların iri ağızları və dartılan
(uzanan) qarınları olur. Bu, tamamilə qaranlıqda istənilən ölçüdə olan qidanı udmağa uyğunlaşmaq
üçündür. Müxtəliflik isə uzun geoloji dövrlər ərzində abissal zonada stabil şəraitin olması ilə
əlaqədardır, bu isə təkamülü ləngitmiş və uzaq geoloji epoxalardan bəri çoxlu növlər saxlanıb qalmışdır.
Okeanın dərin rift zonasının ekosistemləri - 3000 m və daha çox dərinliklərdə, başdan-başa qaranlıqda
yerləşir, burada fotosintez prosesi mümkün deyildir, yeraltı isti sular və zəhərli metalların
konsentrasiyası vardır; burada canlı orqanizmlər borucuqlarda yaşayan giqant qurdlardan (poqonofor),
iri ikilaylı molyusklar, krevetlər, krablar və bir neçə balıq növündən ibarətdir.
Burada molyusklarla
simbioz halında yaşayan hidrogensulfid bakteriyaları prosudent kimi çıxış edir. Yırtıcılardan krabları,
qarınayaqlı molyuskları və bəzi balıqları göstərmək olar. Okean planetimizdə həyatın beşiyi hesab
edilir. 3 milyard il bundan əvvəl okeanda həyatın peyda olması biosferin formalaşmasının başlanğıcını
qoydu. Yer səthinin 70%-ni tutaraq okean hazırda da materik ekosistemləri ilə birlikdə Yerin müasir
biosferinin bütövlüyünü (vəhdətini) təyin edir.
Dostları ilə paylaş: