maye yanacaq almaq olar. Lakin belə məhsulun maya dəyəri yüksək başa gəlir. Proses yüksək təzyiq
altında keçir. Bu məhsulun ən üstün cəhəti onun oktan ədədinin yüksək olmasıdır. Bu onu göstərir ki, o,
ekoloji baxımdan daha təmizdir. Torf. Energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi
nəticələr baş verir: su sisteminin rejimi pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir,
yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir, hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti
pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar xeyli ekoloji çətinlik yaranır. Maye yanacaq.
Maye yanacaq (mazut) yandırıldıqda tüstü qazları ilə atmosfer havasına sulfid və kükürd anhidridi, azot
oksidləri, vanadium birləşmələri, natrium duzları, həmçinin qazın təmizlənən vaxtı ayrılan maddələr
daxil olur. Bununla belə, maye yanacaq işlədildikdə geniş əraziləri tutan və daim atmosferi çirkləndirən
kül layları (qalaqları) problemi yaranmır. Maye yanacaq növlərinin məhsullarında uçucu kül olmur.
Təbii qaz. Təbii qazın yandırılması zamanı atmosferin əsas çirkləndirici azot oksidləri hesab olunur.
Lakin İESdə təbii qazın yandırılmasından azot oksidi tullantıları daş kömürün yandırılmasından orta
hesabla 20% azdır. Deməli, təbii qazdan istifadə olunması ekoloji baxımdan əlverişlidir.
Beləliklə, İES-
də yanacaq daş kömür, neft və neft məhsulları, təbii qaz, bəzən oduncaq və torfdan istifadə olunur. yanan
materialların əsas
komponentləri karbon, hidrogen və oksigen sayılır, az miqdarda kükürd və azota rast
gəlinir, metal və onların birləşmələrinin izləri də iştirak edir (ən çox oksid və sulfidlər). Qazşəkilli
tullantılarla yanaşı, İES-lər böyük kütlədə bərk tullantılar istehsal edir,
onlara kömür
zənginləşdiricilərinin qalıqları, kül və şlaklar daxildir. Daş kömür zənginləşdirici fabriklərin tullantıları
55-60% SiO2, 22-26% Al2O3, 5-12% Fe2O3, 0,5-1% CaO, 4-4,5% K2O və Na2O və 5%-əqədər C-dan
ibarətdir. Onlar tullantı laylara atılır – tozlanır, tüstüləyir və ətraf ərazilərin atmosferinin vəziyyətini
pisləşdirir. Hazırda texnogen sivilizasiya güclü reduksiya qazlarının axınını yaratmışdır, bu, ilk növbədə
enerji almaq üçün qazıntı yanacaqlarının yandırılması nəticəsində baş vermişdir. 1970-ci ildən 1990-cı
il daxil olmaqla 20 il dünyada 450 mld barrel neft, 90 mld. ton daş kömür və 11 trln m3 qaz
yandırılmışdır. Daş kömürlə işləyən İES-lər üçün il ərzində 3,6 mln ton kömür, 150 m3
su və təxminən
30 milyard m3 hava tələb olunur. İES-lərin bir neçə il aktiv işləməsi nəzərə alınarsa, onların təsirini
vulkanın təsirilə müqayisə etmək olar. Lakin əgər vulkan adətən məhsulların böyük miqdarda birdəfəyə
atırsa, İES-lər bu işi daim yerinə yetirir. On min illər ərzində vulkan fəaliyyəti insanın təsərrüfat
fəaliyyəti nəticəsində əsasən qazıntı yanacağının yandırılması və parnik qazlarının atılması ilə əlaqədar
100-200 ildə atmosferi bu qədər nəzərə çarpacaq dərəcədə dəyişə bilməmişdir. Energetik qurğuların
faydalı iş əmsalı hələlik böyük olmayıb 30-40% təşkil edir, yanacağın çox hissəsi boşboşuna (səmərəsiz)
yandırılır. Əldə edilən enerji bu və ya digər üsulla istifadə edilir və nəhayət istilik enerjisinə çevrilir,
yəni biosferə kimyəvi çirklənmə ilə yanaşı, həm də istilik çirklənməsi daxil olur. Enerji obyektlərinin
qaz, maye və sülb halında çirkləndiriciləri və tullantıları iki axında yayılır: onların bir hissəsi qlobal,
digəri isə regional və lokal dəyişkənliyə səbəb olur. Bu hal təsərrüfatların digər sahələrində də baş verir,
bununla belə, energetika və qazıntı yanacağının yandırılması əsas qlobal çirkləndirici mənbə hesab
olunur. Onlar atmosferə daxil olur və onların toplanması hesabına atmosferin qaz tərkibinin, o cümlədən
parnik (istilik) qazlarının konsentrasiyası dəyişir. Atmosferdə əvvəllər praktiki olaraq rast gəlinməyən
qazlar – xlorflüor karbohidrogenləri (freonlar) peyda olur. Bunlar qlobal çirkləndiricilər kimi yüksək
istilik effektinə malik olur, həmçinin strotosferin ozon pərdəsinin dağılmasında iştirak edir. Beləliklə,
qeyd etmək lazımdır ki, müasir mərhələdə İES-lər bütün zərərli sənaye tullantılarının miqdarının 20%-
ni atmosferə atır. Onlar yerləşdiyi rayonun ətraf mühitinə və bütövlüklə biosferə əhəmiyyətli dərəcədə
təsir göstərir. Tərkibində vanadium, nikkel, flüor, fenollar və neft məhsulları olan İES-lərin çirkab suları
və ərazidən axan leysan yağışları suları su hövzələrinə axıdıldıqda orada suyun keyfiyyətinə və su
orqanizmlərinə neqativ təsir göstərir. Su hövzələrində temperaturun artması və onların təbii hidrotermik
rejiminin pozulması nəticəsində suyun «çiçəkləməsi» prosesləri intensivləşir, qazların suda həll olması
qabiliyyəti azalır, suyun fiziki xassələri dəyişir, suda gedən bütün kimyəvi və bioloji proseslər sürətlənir
və s. Su hövzəsinin isinən zonasında suyun şəffaflığı azalır, pH yüksəlir, asan oksidləşən maddələrin
parçalanma sürəti artır. Belə su hövzəsində fotosintezin sürəti nəzərə çarpacaq dərəcədə aşağı düşür. b)
Atom elektrik stansiyaları (AES) Nüvə energetikası hazırda daha perspektivli hesab edilir. Nüvə
yanacağının ehtiyatının nisbətən yüksək olması, həm də ətraf mühitə «mərhəmətli» təsirilə
əlaqələndirilir. AES-in tikintisinin digər üstünlüyü onun nüvə yatağına bağlamamaq imkanının
olmasıdır. Belə ki, onun həcmi az olduğundan daşınması üçün böyük xərc tələb etmir.
Onu qeyd etmək
kifayətdir ki, 0,5 kq nüvə yanacağından əldə olunan enerjinin miqdarı 1000 ton daş kömürdən alınan
yanacağa bərabərdir. Bütün ölkələrdə çoxillik təcrübələr göstərir ki, AES-lərin istismarı gözə çarpan
dərəcədə ətraf mühitə təsir göstərmir. 15.2 saylı cədvəldə il ərzində yanacaq sərfi və ətraf mühitin
çirklənməsi üzrə gücü 1000 MVt olan AES və İES-lərin müqayisəli məlumatları verilir. 1986-cı ilin
mayına qədər dünyada işləyən 400 atom elektrobloku 17%-dən artıq elektrik enerjisi verərək,
radioaktivlik fonunu 0,02%-dən çox artırmamışdır. Çernobıl faciəsinə qədər keçmiş SSRİ ərazisində
AES-lər də digər istehsal sahələrinə nisbətən olduqca az istehsalat travması baş vermişdir. Faciəyə qədər
30 il ərzində radiasiya səbəbindən olmayan qəzalar nəticəsində cəmi 17 adam həlak olmuşdur. 1986-cı
ildən sonra AES-lərin başlıca ekoloji təhlükəsi qəza ilə əlaqələndirilir. Hərçənd
müasir AES-lərdə qəza
ehtimalı çox azdır, lakin o, istisna deyildir. Bu planda Çernobıl AES-in 4-cü blokunda baş verən faciə
ən böyük qəza sayılır. Çernobıl AES-dəki qəza nəticəsində 2 min kilometr radiusunda ərazi radioaktiv
çirklənməyə məruz qalaraq 20-dən artıq ölkəni əhatə etmişdir. Keçmiş SSRİ ərazisində 17 mln əhali
yaşayan 11 vilayət əziyyət çəkmişdir. Çirklənməyə məruz qalan ərazi 8 mln ha və ya 800000 km2-dən
artıqdır. Qəza nəticəsində 31 adam ölmüş, 200 nəfərdən çox insan şüa xəstəliyinə gətirib çıxaran
radiasiya dozası almışlar. Qəzadan dərhal sonra 115 min adam daha təhlükəli zonadan (30 km-lik)
köçürülmüşdür. Ölənlərin və köçürülənlərin sayı sonralar artmış, küləklə radioaktiv maddələrin
aparılması, yanğınlar, nəqliyyat və s. vasitəsilə çirklənmə zonası genişlənmişdir. Qəzanın nəticələri hələ
neçə-neçə nəsillərin həyatında təsirini göstərəcəkdir. Çernobıl qəzasından sonra bir sıra
ölkələrdə
cəmiyyətin tələbi ilə AES-lərin tikilməsi proqramı müvəqqəti olaraq dayandırıldı, lakin 34 ölkədə atom
energetikası inkişafını davam etdirdi. Artıq 1990-cı ildə 10 yeni AES elektrik şəbəkəsinə qoşuldu. AES-
lərin tikintisi hazırda da davam etdirilir. 1999-cu ilin sonunun məlumatına əsasən dünyada istismarda
olan AES-lərin 436 bloku mövcuddur. Dünyada işləyən elektroblokların ümumi elektrik gücü 335QVt-
ə (1Q Vt=1000 Mvt=109 Vt) qədərdir. Fəaliyyətdə olan AES-lər dünya enerji istehsalının 17%-ni təşkil
edir. Yalnız Qərbi Avropadakı AES-lər orta hesabla bütün elektrik enerjisinin 50%-ni istehsal edir. Əgər
hazırda fəaliyyətdə olan bütün AES-lər İES-lərlə əvəz olunarsa, dünya iqtisadiyyatına, bütün
planetimizə və ayrılıqda hər bir insana düzəlməsi mümkün olmayan ziyan yetirilərdi. Belə nəticə ona
əsaslanır ki, AES-lərdən əldə olunan enerji eyni zamanda Yerin atmosferə hər il İES-lərdə üzvi
yanacağın yandırılmasından alınan 2300 mln ton karbon qazının, 80 mln ton kükürd-2-oksidin və 35
mln ton azot oksidinin buraxılmasının qarşısını alır. Bundan başqa, üzvi maddələr (daş kömür, neft)
yandırılarkən atmosferə tərkibində əsasən yarımparçalanma dövrü 1600 ilə qədər davam edən radium
izotopları olan çoxlu miqdardaradioaktiv maddələr atılır. AES-lərin tikintisi iri şəhərlərdən 30-35 km
aralı məsafədə aparılır. Ərazi havası dəyişən (təmizlənən), daşqın suları basmayan yerdə seçilməlidir.
AES-lərin ətrafında əhalinin yaşaması qadağan edilən səhiyyəqoruyucu zona ayrılır.
Qlobal yanacaq-
energetik problemlərin tədqiqatlarına əsaslanaraq əksəriyyət nüfuzlu Beynəlxalq təşkilatlar dünya atom
energetikasının inkişaf perspektivlərini qiymətləndirərkən 2010-2020-ci illərdən sonra dünyada AES-
lərin tikintisinin genişləndirilməsinə tələbatın yenidən artmasını ehtimal edir. Real variantlara görə XXI
əsrin ortalarında təxminən 50 ölkədə atom energetikasına malik olmaq fikri proqnozlaşdırılır. Bu zaman
dünyada AES-lərin 2020-ci ildə elektrik gücü ikiqat artaraq 570 QVt-a, 2050-ci ildə isə 1100 QVt-a
qədər yüksələcəkdir.
Dostları ilə paylaş: