onun meyvəsinin (toxumunun) keyfiyyətinə, tərkibində olan zülalın miqdarına təsir göstərir. Azotun
böyük ehtiyatı atmosferdə mövcuddur. Fasiləsiz olaraq azot bu təbii «anbardan» göy-yaşıl yosunlar və
paxlalı bitkilərin köklərində yaşayan xüsusi bakteriyalar tərəfindən mənimsənilir.
Tərkibində azot
birləşmələri olan üzvi və mineral gübrələr torpaqda nitratlara (azot turşusunun duzları) çevrilərək, su ilə
birlikdə bitkiyə daxil olur. Kök sistemi, budaqlar, yarpaqlar və meyvələrdə nitratlar fermentlərin təsiri
ilə amoniumun ionu NH+ 4-ə qədər bərpa olunur və amin turşusunun əsasına təşəkkül tapır, sonra isə
zülallara çevrilir, yəni mineral azot zərərsiz üzvi azota – təbii birləşmənin komponentinə çevrilir. Gübrə
həddindən artıq daxil olduqda isə bitki onu mənimsəyə bilmədiyindən nitratlar meyvələrdə toplanır və
insanlar ondan istifadə edir. Nitratlar və nitritlər (azot turşusunun duzları) bir çox qida məhsullarının (o
cümlədən hisə verilmiş donuz əti, vetçina, bəzi pendir və balıq çeşidləri) hazırlanmasında və
konserviləşdirilməsində istifadə olunur. Nitratların mənfi təsiri haqqında ilk dəfə XX əsrin 70-ci
illərində Özbəkistanda söhbətlər yarandı, burada qarpız bitkisinə həddindən artıq amonium selitrası
verildiyindən, qarpızdan kütləvi olaraq, mədə-bağırsağın zəhərlənmə hadisələri baş verdi. Dünya
elmində nitrat haqqında çoxdan məlumat var idi. Hazırda nitratların insan və kənd təsərrüfatı heyvanları
üçün yüksək toksikliyə malik olması hamıya məlumdur. 1. Nitratlar nitratreduktaz fermentinin təsiri ilə
nitritlərə kimi bərpa olunur, bu da qanın hemoqlabini ilə qarşılıqlı əlaqəyə girərək, ondakı ikivalentli
dəmiri üçvalentli dəmirə oksidləşdirir. Bunun nəticəsində methemoqlobin maddəsi əmələ gəlir. Onun
oksigenə dözümü olmadığından orqanizmin hüceyrə və toxumalarının normal tənəffüsü pozulur
(toxuma hipoksiyası),
nəticədə süd turşusu, xolestrin toplanır və zülalların miqdarı kəskin azalır.
Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əlamətsiz sianoz xəstəliyi müşahidə edilir, 2050%
olduqda bu xəstəlik kəskinləşir: oksigen çatışmazlığı, baş ağrısı, zəiflik, ürək döyüntüsü, huşun itirilməsi
müşahidə olunur. Methemoqlobinin miqdarının 50%-i keçməsi ölümlə nəticələnir. 2. Nitratlar xüsusən
südəmər uşaqlar üçün təhlükəlidir, belə ki, onlarda ferment əsası natamamdır və methemoqlobinin
hemoqlobinə bərpa olunması zəif gedir. 3. Nitratlar patogen (zərərli) bağırsaq mikroflorasının
inkişafına səbəb olur, bu isə insan orqanizminə zəhərli maddələr – toksinlər ayırır, nəticədə toksikasiya,
yəni orqanizmin zəhərlənməsi baş verir. Nitratla zəhərlənmənin əsas əlamətləri bunlardır: • dırnaq, üz,
dodaq və görünən selikli qişaların göyərməsi; ürək bulanması, qusma, qarında ağrı; • ishal (çox vaxt
qanlı), qaraciyərin böyüməsi, göz ağının saralması; • baş ağrısı, yorğunluq, yuxuculluq, iş qabiliyyətinin
azalması; • təngənəfəslik, güclü ürək döyüntüsü (huşun itirilməsinə qədər); • çox zəhərləndikdə ölümlə
nəticələnir. 4. Nitratlar, bir çox
fermentlərin tərkibində olan, hormonları stimullaşdıran və maddələr
mübadiləsinin bütün növlərinə təsir göstərən vitaminlərin miqdarını qidada azaldır. 5. Nitratlar uzun
müddət insan orqanizminə daxil olduqda (hətta kiçik dozalarda), yodun miqdarını azaldır və qalxanvari
vəzin böyüməsinə səbəb olur. 6. Nitratların mədə-bağırsaq yollarında xərçəng şişlərinin əmələ
gəlməsinə yüksək dərəcədə təsir göstərməsi müəyyən edilmişdir. 7. Nitratlar damarların kəskin
genişlənməsinə səbəb olur, nəticədə qan təzyiqi aşağı düşür. Qeyd etmək lazımdır ki, nitratların özü
deyil, müəyyən şəraitdə çevrildikləri nitritlər insan orqanizminə zərər yetirir.
Çilidə mədədə xərçəng
xəstəliklərinin digər regionlarla müqayisədə çox olmasını, bu ölkənin torpağında təbii nitratların yüksək
olması ilə də izah edirlər. Alimlərin fikrincə, insan orqanizmində nitratlar digər nitrobirləşmələrə, daha
çox nitroaminlərə də çevrilir. Nitroaminlər bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur və onkoloji
xəstəliklərin 70-80%-i onunla əlaqədardır. İnsan gün ərzində 150-200 mq dozaya nisbətən asan dözür;
500 mq – yol verilən doza hesab olunur; gündə 600 mq böyük adamlar üçün toksik təsir göstərir,
südəmər uşaq üçün isə hətta 10 mq nitrat güclü zəhərlənməyə səbəb ola bilər.
Orqanizmə daxil olan
nitratların miqdarını qiymətləndirərək, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ürəkdamar və onkoloji
xəstəliklərin profilaktikası üçün hər gün 500 qram, yəni ildə 180 kq tərəvəz və meyvədən istifadə
olunmasını tövsiyə edir. Nitratların insan orqanizminə daxil olma yolları İnsan orqanizminə nitratlar
müxtəlif yollarla düşür: 1) Qida məhsulları ilə: a) bitki mənşəli; b) heyvan mənşəli; 2) İçməli su ilə; 3)
Dərman preparatları ilə. İnsan orqanizminə nitratların əsas kütləsi konservlər və təzə tərəvəzlərlə
nitratların gündəlik miqdarının 4080%-i daxil olur. Nitratlar az miqdarda çörək-bulka məmulatları və
meyvələr vasitəsilə
insan orqanizminə düşür; süd məhsullarının payına isə 1% (10-100 mq/l) düşür.
Nitratların bir hissəsi insan orqanizminin özündə maddələr mübadiləsi zamanı əmələ gələ bilər. Nitratlar
insan orqanizminə həmçinin su ilə də daxil olur, bu isə insanın normal həyatı üçün əsas şərait sayılır.
Mövcud xəstəliklərin 70-80%-i çirklənmiş içməli su ilə əlaqədar baş verir və insanın ömrünü 30%
qısaldır. ÜST-nin məlumatına əsasən bu səbəbdən Yer üzərində 2 mlrd.-dan artıq adam xəstələnir,
onlardan 3,5 milyonu dünyasını dəyişir (onların 90%-ni 5 yaşa çatmamış uşaqlar təşkil edir). Yeraltı
içməli sularda 200 mq/l nitratlar olur, bu isə artezian quyularının suyundakından xeyli azdır. Yeraltı
sulara nitratlar tarlalardan müxtəlif kimyəvi gübrələrlə (nitrat, ammonium) və bu gübrələri istehsal edən
kimyəvi müəssisələrin tullantıları ilə daxil olur. Nitratlar qrunt sularının, həm də artezian quyularının
sularının tərkibində olur. Şəhər əhalisinin içdiyi suyun tərkibində nitratların miqdarı 20 mq/l, kənd
yerlərinin adamlarınınkında isə 20-80 mq/l olur. Heyvan qidasında (məhsulunda) da nitratlar
mövcuddur. Balıq və ət məhsullarının təbii halda tərkibində nitratlar az (ətdə - 2-25 mq/kq, balıqda – 2-
15 mq/kq) olur. İstifadə xassələrini yaxşılaşdırmaq və uzun müddət saxlamaq məqsədilə onlara (əsasən
kolbas məmulatları) nitrat və nitritlər əlavə edilir. Alabişmiş hisə verilmiş kolbasda nitritlərin miqdarı
150 mq/kq, bişirilmiş kolbasda isə 50-60 mq/kq təşkil edir. İnsanın orqanizminə nitratlar həmçinin tütün
vasitəsilə daxil olur. Bəzi tütün sortlarının 100 qram quru maddəsinə 500 mq nitrat düşür. Bitkilərdə
nitratların miqdarı və toplanması Bitkilərdə nitratların mövcudluğu normal hadisədir, lakin onların izafi
miqdarda olması arzu olunmazdır, belə ki, yuxarıda qeyd edildiyi kimi nitratlar insan və kənd təsərrüfatı
heyvanları üçün yüksək toksikliyə malik dir.
Nitratlar əsasən köklərdə, kökümeyvələrdə, budaqlarda,
tumurcuqlarda, iri damarlı yarpaqlarda toplanır, meyvələrdə isə onların miqdarı az olur. Nitratlar
yetişməmiş meyvələrdə yetişmişlərə nisbətən çox olur. Müxtəlif kənd təsərrüfatı bitkilərində nitratlar ən
çox kahı (xüsusən istixanada becərilən), turp, cəfəri, yeməli çuğundur, kələm, yer kökü və şüyüdün
tərkibində olur. Bütün tərəvəz və meyvələrdə nitratlar ən çox onların qabığında olur. Tərəvəz, meyvə
və toxumlar nitratları toplamağına görə üç qrupa bölünür: 1) Yüksək miqdarda (5000 mq/kq yaş kütlə):
kahı, keşniş, çuğundur, şüyüd, yarpaq kələm, turp, yaşıl soğan, yemiş, qarpız; 2) Orta miqdarda (300-
600 mq/kq yaş kütlə): gül kələm, balqabaq, yerkökü, xiyar, qatıqotu; 3) Aşağı miqdar (10-80 mq/kq yaş
kütlə : noxud, turşəng, kartof, pomidor, meyvə və giləmeyvələr, lobya, şalğamaoxşar soğan. Mineral
gübrələr üzvi gübrələrlə əvəz olunduqda (peyin, torf və b.) bitkilərdə nitratların miqdarı azalır, bu
gübrələr
tədricən parçalanaraq, bitki tərəfindən mənimsənilir. Üzvi gübrələr kələm, kök, çuğundur,
cəfəri, kartof və keşnişə müsbət təsir göstərir. Kimyəvi gübrələrdən səmərəsiz istifadə olunduqda onların
yüksək dozası nitratların yüksək miqdarda (xüsusən yeyilən kökümeyvəlilərdə) toplanmasına səbəb
olur. Ammonium gübrələri ilə müqayisədə nitrat gübrələrindən istifadə edildikdə nitratların miqdarı
daha çox artır. Bitkilərdə nitratların miqdarı torpağın xassələrindən də asılıdır. Torpaq humusla və
ümumi azotla nə qədər çox
zəngin olarsa, o qədər də çox kökumeyvəlilərdə nitratlar toplanar.
Dostları ilə paylaş: