Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə119/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   133

385 

keramik  yaxud  qum  süzgəcinə  daxil  olur.  Sonuncu  süzülmə 

(kömürlə təmizlənmədən sonra) kömürün xırda dispers hissəciklə-

rini tutub saxlamağa xidmət edir.  

Su-spirt qarışığının süzülmə qurğusuna verilmə sürəti arağın 

növündən və kömürün keyfiyyətindən asılıdır. Sortlaşmanın təzə 

kömürlü bir kömür kolonkasına vurulma sürəti yüksək keyfiyyətli 

araqlar üçün saatda 30 dal, ordinar araqlar üçün isə 60 dal-dır. 

Süzülmə  prosesində  kömürün  fəallığı  aşağı  düşdüyündən, 

süzülmənin sürəti də azaldılmalıdır. Yüksək keyfiyyətlilər üçün bu 

azalma minimum 5 dal/saat, ordinarlar üçün-10 dal/saatdır. 

Su-spirt məhlulunun işlənmə prosesində fəal kömür tədricən 

özünün  təmizləyici  xüsusiyyətlərini  itirir.  Kömürün  fəallıq 

xüsusiyyətinin qaytarılması bərpaetmə adlanır. 

Bərpa  olunmadan  kömür  kolonkasında  işin  davametmə 

müddəti  geniş  intervalda  yəni  15-100  min  dal  arasında  dəyişir. 

Adətən bərpa olunma ildə 3-4 dəfə aparılır. 1000 dal sortlaşmaya 

kömür sərfi 1,6 kq-dır. 

Bərpa  etmə  birbaşa  kolonkada  aparılmaqla,  kömürə  110-

115


0

C  temperaturu  olan  doymuş  su  buxarları  ilə  0,07  MPa 

təzyiqdə  təsir  göstərilir.  Kömürün  buxarla  bərpa  edilməsi  onun 

fəallığını  az  artırır.  Ona  görə  də  belə  kömürdən  maksimum 

süzülmə  sürəti  yüksək  keyfiyyətli  araqlar  üçün  20  dal/saat, 

ordinarlar üçün - 40 dal/saat təşkil edir.  

Sortlaşmanın  şəkli  dəyişdirilmiş  (modifikasiya  olunmuş) 

nişasta ilə işlənməsi. Şəkli dəyişdirilmiş nişasta zavodda birbaşa 

sortlaşdırıcı çənə vurulmazdan əvvəl hazırlanır. Sortlaşmanın bu 

işlənmə metodu az məhsuldar müəssisələrdə tətbiq olunur. 

Modifikasiya olunmuş nişasta hazırlamaq üçün modifikatora 

3 kq quru nişasta tökülür və 2-2,5%-li məhlul almaq üçün su ilə 

qarışdırılır  və  320  sm

3

  buzlu  sirkə  turşusu  (nişasta  və  turşunun 



miqdarı 1000/dal sortlaşmaya görə hesablanır) əlavə olunur. Su, 

nişasta və sirkə turşusunun qarışığı daimi qarışdırılmaqla 68-70

0



temperaturda  1  saat  termostatda  saxlanır.  Sonra  nişasta  kütləsi 




386 

20

0



C-yə qədər soyudulur və sortlaşma çəninə keçirilir. Modifika-

siya olunmuş nişasta aşağıdakı tələblərə cavab verməlidir: qatılığı 

2,5-5,0%; pH 6,5-6,7. Xarici görünüşcə kütlə eynicinsli quruluşlu 

yapışqanvaridir.  

Sortlaşma çəninə lazım olan miqdarda spirt yumşaldılmış su 

vurulduqdan sonra qarışdırılmaqla 60-120 dm

3

 hesabı ilə modifi-



kasiya olunmuş nişasta əlavə olunur. Bu isə 1000 dal sortlaşmaya 

2,5-5%,  yaxud  quru  nişastaya  çevirməklə  0,03%  modifikasiya 

olunmuş nişastaya uyğundur.  

Su, spirt və modifikasiya olunmuş nişasta qarışığı 30 dəqiqə 

qarışdırılır və sonra təzyiq çəninə vurulur. Təzyiq çənində sortlaş-

ma 2 saat yetişdirilir. Sonra süzülməyə göndərilir. Əvvəlcə kobud 

qarışıqları ayıran süzgəcə, sonra zərif süzgəcə verilməklə süzülmə 

aparıla bilər. 

İşlənmiş nişasta süzgəcdən suyun əks axımı ilə yuyulur, qabda 

toplanır və etiket yapışdırmaq üçün lazım olan yapışqan hazırlan-

masında istifadə edilir.  

Araq süzülmədən sonra tamamlama çəninə vurulur və üzərinə 

reseptə uyğun bütün lazım olan inqredientlər əlavə olunmaqla araq 

tündlüyünə  çatdırılır.  Tamamlama  çənindən  araq  doldurulmaya 

verilir. 

 

4.2.2. Eynil



əşdirmə

 v

ə

 ekspertiza 

4.2.2.1. M

ə

hsulun q

əbulu, nümunənin götürülmə

si 

v

ə

 

sına

q met

odları

 

 

Məhsullar orqanoleptik qiymətləndirmə, fiziki-kimyəvi təhlil, 



keyfiyyət və təhlükəsizliyin gigiyenik göstəriciləri, həmçinin mü-

şayətedici sənədlərin, qablama və markalanmanın eyniləşdirilməsi 

və ekspertizası da daxil olmaqla bütün yoxlamaları keçməlidir.  

Qəbul, nümunə götürülməsi və məhsulun sınağı 5363-93 saylı 

QOST-a uyğun həyata keçirilir.  

Araq partiyalarla qəbul edilir. Partiya adı altında eyni ada və 




387 

doldurulma tarixinə malik keyfiyyətinə dair vahid sənədlə rəsmi-

ləşdirilən məhsul başa düşülür. Keyfiyyətə aid sənəd kimi keyfiy-

yətə  dair  vəsiqə,  yaxud  lazimi  informasiyalarla  təmin  olunmuş 

məhsulun sertifikatı əks olunmuş müşayiətedici sənəd ola bilər.  

Məhsul  qəbul  olunarkən  etiketin  əyriləri,  qırış  və  deforma-

siyalar, asılqan hissəciklər, bağlanmaya və s. diqqət yetirilir.  

Nümunə  üçün  məhsul  hissəciklərinin  götürülməsi  normativ 

sənədlərin tələblərinə uyğun qaydada təsadüfi götürülmə metodu 

ilə aparılır (cədvəl 4.11). 

Cədvəl 4.11 

Nümunə hissəciklərinin və əsas nümunənin təşkili 

Araq partiyasının 

miqdarı. butulka 

Nümunənin 

miqdarı, butulka 

Qəbul edilən ədəd, 

butulka 


501-1200 

20 


1201-10.000 

32 



10001-35000 



50 

35001-500000 



80 

500000-dən çox 



125 

10 


 

 Əgər  qüsurlar  göstərilməklə  nümunədə  butulkaların  sayı 

qəbul  edilən  ədəddən  az  yaxud  ona  bərabərdirsə  partiya  qəbul 

edilir, başqa cür olduqda çıxdaş edilir. 

Fiziki-kimyəvi  və  orqanoleptik  sınaq  aparmaq  üçün  təsadüfi 

seçmələr  əsasında  araq  partiyasından  dörd  butulka  miqdarında 

nümunə götürülür.  

Nümunə  götürülməsinə  dair  müəyyən  olunmuş  formada  akt 

tərtib edilir və nümunə ilə birlikdə sınaq laboratoriyasına verirlər. 

İki  butulka  fiziki-kimyəvi  və  orqanoleptik  göstəricilərin  uy-

ğunluğuna görə sınaqdan keçirilir, başqa ikisi isə ay müddətində 

təsadüfi fikir müxtəlifliyi ehtimalına görə saxlanır.  

Sınaq  üçün  götürülmüş  butulkaların  boğazını  parça  qırığı, 

yaxud kağızla sarıyaraq iplə dolayır və ipin ucları plomblanır və 

ya surquç möhürlə möhürlənir. Şnurlanmış etiketlə kardon yaxud 

ağac  birka  bərkidilərək  üzərində  aşağıdakı  məlumatlar  əks 

etdirilir. 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə