Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə116/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   133

375 

 

 



Şəkil 4.3. Şə

rab v

ə

 

içkilə



əsasında hazırlanan içkilə

rin 

t

əsnifatı

 

 

Xammal  və  materialların  təhlükəsizliyinə  tələb  meyarları, 



qəbul qaydası, nümunənin götürülməsi və sınaq metodları, qabla-

ma, nəql olunma şərab və şərab materiallarında olduğu kimidir.  

Normadan aşağıdakı kənara çıxmalara yol verilir: 

Etil  spirtinin  həcmdə  payına  görə  -  ±2q∕dm

3

,  şəkərlərin 



miqdarı  30  q∕dm

3

–a  qədər  olan  şərab  içkiləri  üçün;  ±5q∕dm



3

  – 


şəkərlərin miqdarı 31-300q∕dm

3

 olanlar üçün; 



Titrləşən turşuların kütlə qatılığına görə - ±1,0q∕dm

3



Hər bir istehlak qabının markalanması və qablanması standar-

tın tələblərinə uyğun olmalıdır. Əlavə olaraq şərab içkisinin tərkibi 




376 

göstərilir. Bu zaman göstərməyə icazə verilir. 

Şərab içkilərinə aşağıdakı tələblər verilir: 

Cədvəl 4.10 

Göstəricilər 

Qiyməti 


Etil spirtinin həcmdə payı, % 

5,0-28,0 

Şəkərlərin kütlə payı, q∕dm

3

 



300 

Titrləşən turşuların kütlə payı, q∕dm

3

 

1,0-7,0 



Etil spirtinin həcmdə payı 5,0-13,0% olan 

içkilərdə ümumi sulfit turşusunun miqdarı 

200 

O cümlədən şərbətin kütlə qatılığı mq∕dm



3

 

20 



Dəmirin kütlə qatılığı, mq∕dm

 



10,0 

O cümlədən palıd konsentrantları istifadə 

edilməklə hazırlanan içkilərdə 

3,0 


 

0,33 və 0,5 ℓ  yaxud 1,0; 1,5  və 2,0 ℓ  göstərilməklə, ümumi 

faktik həcmin göstərilməsi üçün ştrix

 



Məhsulun ştrix kodu

 



Saxlanma şəraiti; reklam səciyyəli məlumat. 

Bağlı taxta qutuların və büzməli kardon qutuların markalan-

ması  1419-96  saylı  QOST-a  uyğun  aparılmaqla,  xəbardaredici 

işarələr  qoyulur:  “Sınandır.  Ehtiyatlı  ol”,  “Yuxarı”,  “Nəmlikdən 

qoru”. 

Qutular aşağıdakı əlavə məlumatlarla təmin edilir: 



 

Hazırlayıcı müəssisənin adı və ünvanı; 



 

Məhsulun adı; 



 

Butulkaların sayı; 



 

Butulkaların tutumu, ℓ. 



Şərab  içkiləri  havalanan,  kənar  iysiz  binalarda  0-10

0



temperaturda (etil spirtinin həcmdə payı 5-13% olanlar üçün) və 

20-25C


0

-də (etil spirtinin həcmdə payı 13% dən çox olanlar üçün) 

saxlanır. 

Dolu butulkalar günəş şüalarının təsirinə məruz qalmamalıdır. 

Etil  spirtinin  həcmdə  payı  5-13%  olan  şərab  içkilərinin 

saxlanma müddəti doldurulandan sonra – azı 1 ay; spirtin miqdarı 




377 

13-28% olan içkilərdə isə - azı 3 aydır. 

Şərab içkilərinin çeşidi olduqca genişdir. Şərab tərkib hissə-

sindən  əlavə  onun  tərkibinə  meyvə-giləmeyvə  şirələri,  morslar, 

nastoykalar  və  s.  essenslər,  rəngləyicilər,  o  cümlədən  sintetiklər 

daxil olur.  

Bu  içkilərin  resepturu  likor-araq  məmulatları  ilə  ümumən 

uyğundur.  

 

 

 



4

.2. Arağın ekspertizası

 

 

4.2.1

. İstehsal texnologiyası

 

 

4.2.1.1. 

Qısa tarixi

 

 

Tədqiqatçılar araq istehsalının tarixinin Rusiya ilə bağlılığına 

dair yekdil fikirdədirlər. 

Rus arağı ilk dəfə Avropada spirtin sürətli yayılmağa başla-

dığı 1448-1478-ci illərdə alınmışdır. 1472-1478-ci illərdə Rusiya-

da  buğda  şərabının  Dövlət  nəzarətində  olması  bu  dövrdə  yerli 

xammaldan spirt alınma texnologiyasının inkişafına dəlalət edir. 

Qədim  Rusiyada  aşağıdakı  araq  sortları  məşhur  olmuşdur: 

sadə şərab-adi araq, xeyirli şərab – yaxşılaşdırılmış araq, zadəgan 

şərabı - əla keyfiyyətli araq. 

V.V.Poxlebkinin  fikrincə  «vodka»  termini  «voda»  sözünün 

kiçildilmiş ifadəsi olub, buğda spirtinin durulaşdırılması mənasın-

dadır.  Mütəxəssislər  təsdiq  edirlər  ki,  bu  söz  yalnız  Rus  dilinə 

xasdır və başqa heç yerdə təsadüf olunmur. «Vodka» termininin 

ilk  rəsmi  istifadəsinə  1-ci  Yelizavetanın 8  iyun  1751-ci  il  tarixli 

fərmanında rast gəlinir.  

Su  ilə  spirtin  qarışdırılma  prosesinin  əsaslandırılmasına  bö-

yük  töhfə  rus  kimyaçısı  D.İ.Mendeleyev  tərəfindən  verilmişdir 




378 

(1834-1907). O, özünün  «spirtin su ilə birləşmələrinə dair» dok-

torluq dissertasiyasında araqda su ilə spirtin çəki və həcmcə ideal 

birləşmə  nisbətlərinin  alınma imkanlarını  tədqiq etmişdir.  Bütün 

bunlar  onun  belə  nəticəyə  gəlməsinə  imkan  vermişdir  ki,  istər 

fiziki nöqteyi-nəzərdən, istərsə də spirtin insan orqanizminə təsiri 

baxımından araqda spirtin həcm payının 40% olması optimaldır. 

Belə miqdar su ilə spirti həcmə görə qarışdırıldıqda alına bilməz. 

O, yalnız su ilə spirtin dəqiq çəki nisbətlərində qarışdırılması ilə 

mümkün  olur.  D.İ.Mendeleyevin  tövsiyələri  rus  milli  içkisi 

«Moskovskaya osoboya» arağının reseptinin işlənib hazırlanması-

nın  əsasında  durdu.  Həmin  içkinin  resepti  1894-cü  ildə  Rusiya 

hökuməti  tərəfindən  patentləşdirildi.  Alim  tərəfindən  hazırlanan 

spirt  ölçmə  cədvəli  spirtin  miqdarı  cəhətdən  təyin  olunmasında 

hələ də geniş istifadə olunmaqdadır. 

Rusiyanın  arağın  yaradılmasındakı  hüquqları  1982-ci  ildə 

keçirilən  Beynəlxalq  məhkəmənin  qərarı  ilə  bir  daha  təsdiq 

olundu. 


 

4.2.1.2. 

İ

stehsal

ın texnoloji mə

rh

ə

l

ə

l

ə

ri 

 

Araq tünd alkoqollu içki olub, rektifikasiya olunmuş etil spirti 

ilə yumşaldılmış suyun qarışdırılması, 40-45 h.% tündlükdə alınan 

su-spirt  məhlulunun  fəal  kömürlə  işlənməsi  və  müxtəlif  inqre-

dientlər əlavə olunaraq sonrakı süzülməsi ilə hazırlanır (şəkil 4.4). 

Hazırda  ölkəmizdə  çoxlu  çeşiddə  araqlar  hazırlanır  ki,  bu 

məqsədlə  müxtəlif  təmizlik  dərəcəsinə  malik  spirt-rektifikat  və 

bütün  mümkün  əlavələrdən  (şəkər,  bal,  limon  turşusu,  kalium 

permanqanat və b.) istifadə olunur. 

Araq  istehsalının  texnoloji  sxemi  aşağıdakı  əməliyyatları 

əhatə edir: 

- suyun hazırlanması; 

- inqredientlərin hazırlanması; 

- sortlaşdırmanın hesabatı və hazırlanması; 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə