Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə112/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   133

363 

İxrac üçün olan butulkalar alüminium qalpaqla ağ kardondan 

arakəsmə ilə bağlana bilər. 

Digər  növ  qapaqlardan  da  istifadə  oluna  bilər  ki,  bu  da 

sifarişçinin  və  xarici  iqtisadi  təşkilatın  tələblərindən  asılı  olaraq 

müəyyənləşdirilir. 

Bağlamaq  üçün  istifadə  olunan  bütün  materiallar  texniki 

sənədləşdirmənin  tələblərinə  cavab  verməli  və  Səhiyyə 

Nazirliyinin icazəsini almalıdır. 

Butulkalar  müxtəlif  növ  qutulara  qablanır:  texniki 

sənədləşməyə  uyğun  çox  qat  istifadə  olunan  ağac;  polimer, 

büzməli kardon; çox qat istifadə olunan metal. 

Fiqurlu  butulkalar  və  qrafinlər  ağac  qutulara  arakəsməsiz 

yığılsa  da  metal  yaxud  büzməli  kardon  arakəsməli  qutulara 

qabların  qırılmaması  üçün  əvvəlcədən  zərif  kağızla  bükülməklə 

qablanır.  Keramik  qrafinlər  istisna  təşkil  edib,  büzməli  kardon 

qutulara kağıza bükülmədən qablanır. 

Fərdi  qablamada  (butulka,  qrafin)  etiket,  əks  etiket  və 

boyunbağı  yapışqanlanır  və  orada  standarta  uyğun  qaydada 

istehlakçı  haqqında  məlumat  əksini  tapır.  Həmin  yazının  şüşə 

üzərinə  oda  davamlı,  yuyulmayan  rənglə  yazılmasına  da  icazə 

verilir.  Qrafinə  etiketi  boğaz  hissəyə  rəngli  şnur  yaxud  lentlə 

bağlamaq da olar. 

Etiketdə aşağıdakı məlumatlar göstərilməlidir: 

 

Məhsulun adı; 



 

Ticarət markası; 



 

Hazırlayanın  adı,  yerləşmə  yeri  (ünvanı)  (qablayan, 



ixracatçı,  idxalçı),  ölkənin  adı  və  yerləşdiyi  yer.  Hazırlayıcı 

ımüəssisənin adı əlavə olaraq alüminium qalpaq üzərində hərflərlə 

göstərilir; 

 



Hazırlayıcının əmtəə nişanı (əgər beləsi varsa); 

 



Tündlüyü (etil spirtinin həcmdə payı), %; 

 



Həcmi, dm

3



 

Məhsulun tərkibi; 



 

Ətirləşdiricilərin, rəngləyicilərin (onlar tətbiq olunduqda) 




364 

olması; 


 

Şəkərin  kütlə  qatılığı  (əgər  şəkər  resepturada  nəzərdə 



tutulmuşsa), q/100sm

3



 

Doldurulma  tarixi.  Etiketin  üz  yaxud  arxa  tərəfində 



göstərilir. Qalpaq, əks etiket yaxud birbaşa istehlakçı qablarında 

oxumaq  üçün  əlverişli  olan  yerdə  yazılmasına  da  icazə  verilir. 

Doldurma  tarixi  və  briqadanın  nömrəsi  etiketin  əks  tərəfinə 

ştampla yaxud kompesterlə vurula bilər. 

 

Yetişdirilən  likorlar  üçün  «Yetişdirilmişdir»  sözü 



butulkanın  çiynində  əlavə  etiket  kimi  yerləşdirilən  boyunbağıda 

əks etdilirilir. 

 

Məhsulun  hazırlandığı  və  ola  bilər  ki,  eyniləşdirildiyi 



normativ yaxud texniki sənədin adı; 

 



Sertifikatlaşdırmaya dair məlumat. 

Əlavə  olaraq–  resepturanı  işləyib  hazırlayan  təşkilatın  adı, 

digər reklam və informasiya səciyyəli yazılar verilə bilər. 

İxrac  olunan  məhsulların  markalanması  ana  dilində,  yaxud 

xarici dillərdə aparıla bilər. 

Xarici  iqtisadi  təşkilatların  tələblərinə  əsasən  yazılar  etiket, 

əks etiket, boyun bağıda da əks oluna bilər. Etiketin əks tərəfində 

xüsusi  rənglə  7  rəqəmli  şifr  yazılır:  birinci  iki  şifr  –  zavodun 

indeksi,  üçüncü  –  xarici  iqtisadi  təşkilatın  indeksi;  son  iki  – 

doldurulduğu ay; sonuncu iki rəqəm isə likor-araq məmulatlarının 

hazırlanmai lidir. 

Nəql  etdirmə  markalanması  14192-96  saylı  QOST-a  uyğun 

həyata keçirilir. Suvenir və hədiyyə məmulatları yığılmış qutuların 

birtərəfinə aşağıdakılar əks olunmuş etiket yapışdırılır: 

 

Məmulatın adı; 



 

Butulkaların sayı və tutumu.  



Hər bir qutunun daxilinə büzməli kardondan aşağıdakılar əks 

olunmuş bükücü vərəq yerləşdirilir: 

 

Məmulatın adı; 



 

Butulkaların, qrafinlərin sayı və onların tutumu.  



 

Qablama tarixi, qablayanın soyadı yaxud nömrəsi. 




365 

Büzməli kardondan olan qutulara «Ehtiyatlı olun - qırılandır» 

xəbardar edici ifadəsi yazılır. 

14-192-77  saylı  QOST-a  və  xarici  iqtisadi  təşkilatların 

tələblərinə  uyğun  olaraq  qutu,  çəllək,  avtosistern,  konteynerlərə 

ixrac  olunan  məhsulun  nəqliyyat  markalanması  vurulur.  Bundan 

başqa,  hər  qutuya  likor-araq  məmulatlarının  fərdi  qablanması 

etiketi vurulur. 

 

4.1.4. N

ə

ql etm

ə

 v

ə

 saxlanma 

 

Likor-araq məmulatları bütün nəqliyyat növləri ilə 23285-78 

saylı  QOST-un  tələbləri  çərçivəsində  nəql  etdirilir.  Bütün 

nəqliyyat  əməliyyatları  yerinə  yetirildikdə  məhsul  atmosfer 

çöküntülərindən və çirklənmələrdən qorunmalıdır. 

Məhsul  müəssisələrdə,  ticarət  köşklərində  anbar  binalarında 

10-20

0

C  temperaturda,  85%-ə  yaxın  nisbi  rütubətdə  saxlanır. 



Rəngli  likor-araq  məmulatları  saxlandıqda  birbaşa  düşən  günəş 

şüalarından qorunmalıdır. Məmulatın təminatlı saxlanma müddəti 

onun bu və ya digər qrupa aid edilməsindən asılıdır (cədvəl 4.9). 

Istehsalçı  məmulatın  göstərilən  müddətdə  nəql  olunma  və 

saxlanma qaydalarına əməl edilməklə saxlanmasına təminat verir. 

Butulkada  ixrac  olunan  məhsullar  üçün  doldurmadan  sonra 

aşağıdakı təminat müddəti müəyyən olunur: 

Ətirli spirtlərin tətbiqi ilə  

acı cövhərlər - ən azı 5 il; 

balzamlar- ən azı 1 il; 

Şirə, çövhərlər əlavə etməklə hazırlanan likorlar, kremlər, acı 

cövhərlər - ən azı 12 ay; 

Cövhərlər – 12 ay; 

Nalivkalar, punşlar – 6 ay; 

Şirin cövhrlər - ən azı 4 ay.  

 

 



 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə