363
İxrac üçün olan butulkalar alüminium qalpaqla ağ kardondan
arakəsmə ilə bağlana bilər.
Digər növ qapaqlardan da istifadə oluna bilər ki, bu da
sifarişçinin və xarici iqtisadi təşkilatın tələblərindən asılı olaraq
müəyyənləşdirilir.
Bağlamaq üçün istifadə olunan bütün materiallar texniki
sənədləşdirmənin tələblərinə cavab verməli və Səhiyyə
Nazirliyinin icazəsini almalıdır.
Butulkalar müxtəlif növ qutulara qablanır: texniki
sənədləşməyə uyğun çox qat istifadə olunan ağac; polimer,
büzməli kardon; çox qat istifadə olunan metal.
Fiqurlu butulkalar və qrafinlər ağac qutulara arakəsməsiz
yığılsa da metal yaxud büzməli kardon arakəsməli qutulara
qabların qırılmaması üçün əvvəlcədən zərif kağızla bükülməklə
qablanır. Keramik qrafinlər istisna təşkil edib, büzməli kardon
qutulara kağıza bükülmədən qablanır.
Fərdi qablamada (butulka, qrafin) etiket, əks etiket və
boyunbağı yapışqanlanır və orada standarta uyğun qaydada
istehlakçı haqqında məlumat əksini tapır. Həmin yazının şüşə
üzərinə oda davamlı, yuyulmayan rənglə yazılmasına da icazə
verilir. Qrafinə etiketi boğaz hissəyə rəngli şnur yaxud lentlə
bağlamaq da olar.
Etiketdə aşağıdakı məlumatlar göstərilməlidir:
Məhsulun adı;
Ticarət markası;
Hazırlayanın adı, yerləşmə yeri (ünvanı) (qablayan,
ixracatçı, idxalçı), ölkənin adı və yerləşdiyi yer. Hazırlayıcı
ımüəssisənin adı əlavə olaraq alüminium qalpaq üzərində hərflərlə
göstərilir;
Hazırlayıcının əmtəə nişanı (əgər beləsi varsa);
Tündlüyü (etil spirtinin həcmdə payı), %;
Həcmi, dm
3
;
Məhsulun tərkibi;
Ətirləşdiricilərin, rəngləyicilərin (onlar tətbiq olunduqda)
364
olması;
Şəkərin kütlə qatılığı (əgər şəkər resepturada nəzərdə
tutulmuşsa), q/100sm
3
;
Doldurulma tarixi. Etiketin üz yaxud arxa tərəfində
göstərilir. Qalpaq, əks etiket yaxud birbaşa istehlakçı qablarında
oxumaq üçün əlverişli olan yerdə yazılmasına da icazə verilir.
Doldurma tarixi və briqadanın nömrəsi etiketin əks tərəfinə
ştampla yaxud kompesterlə vurula bilər.
Yetişdirilən likorlar üçün «Yetişdirilmişdir» sözü
butulkanın çiynində əlavə etiket kimi yerləşdirilən boyunbağıda
əks etdilirilir.
Məhsulun hazırlandığı və ola bilər ki, eyniləşdirildiyi
normativ yaxud texniki sənədin adı;
Sertifikatlaşdırmaya dair məlumat.
Əlavə olaraq– resepturanı işləyib hazırlayan təşkilatın adı,
digər reklam və informasiya səciyyəli yazılar verilə bilər.
İxrac olunan məhsulların markalanması ana dilində, yaxud
xarici dillərdə aparıla bilər.
Xarici iqtisadi təşkilatların tələblərinə əsasən yazılar etiket,
əks etiket, boyun bağıda da əks oluna bilər. Etiketin əks tərəfində
xüsusi rənglə 7 rəqəmli şifr yazılır: birinci iki şifr – zavodun
indeksi, üçüncü – xarici iqtisadi təşkilatın indeksi; son iki –
doldurulduğu ay; sonuncu iki rəqəm isə likor-araq məmulatlarının
hazırlanmai lidir.
Nəql etdirmə markalanması 14192-96 saylı QOST-a uyğun
həyata keçirilir. Suvenir və hədiyyə məmulatları yığılmış qutuların
birtərəfinə aşağıdakılar əks olunmuş etiket yapışdırılır:
Məmulatın adı;
Butulkaların sayı və tutumu.
Hər bir qutunun daxilinə büzməli kardondan aşağıdakılar əks
olunmuş bükücü vərəq yerləşdirilir:
Məmulatın adı;
Butulkaların, qrafinlərin sayı və onların tutumu.
Qablama tarixi, qablayanın soyadı yaxud nömrəsi.
365
Büzməli kardondan olan qutulara «Ehtiyatlı olun - qırılandır»
xəbardar edici ifadəsi yazılır.
14-192-77 saylı QOST-a və xarici iqtisadi təşkilatların
tələblərinə uyğun olaraq qutu, çəllək, avtosistern, konteynerlərə
ixrac olunan məhsulun nəqliyyat markalanması vurulur. Bundan
başqa, hər qutuya likor-araq məmulatlarının fərdi qablanması
etiketi vurulur.
4.1.4. N
ə
ql etm
ə
v
ə
saxlanma
Likor-araq məmulatları bütün nəqliyyat növləri ilə 23285-78
saylı QOST-un tələbləri çərçivəsində nəql etdirilir. Bütün
nəqliyyat əməliyyatları yerinə yetirildikdə məhsul atmosfer
çöküntülərindən və çirklənmələrdən qorunmalıdır.
Məhsul müəssisələrdə, ticarət köşklərində anbar binalarında
10-20
0
C temperaturda, 85%-ə yaxın nisbi rütubətdə saxlanır.
Rəngli likor-araq məmulatları saxlandıqda birbaşa düşən günəş
şüalarından qorunmalıdır. Məmulatın təminatlı saxlanma müddəti
onun bu və ya digər qrupa aid edilməsindən asılıdır (cədvəl 4.9).
Istehsalçı məmulatın göstərilən müddətdə nəql olunma və
saxlanma qaydalarına əməl edilməklə saxlanmasına təminat verir.
Butulkada ixrac olunan məhsullar üçün doldurmadan sonra
aşağıdakı təminat müddəti müəyyən olunur:
Ətirli spirtlərin tətbiqi ilə
acı cövhərlər - ən azı 5 il;
balzamlar- ən azı 1 il;
Şirə, çövhərlər əlavə etməklə hazırlanan likorlar, kremlər, acı
cövhərlər - ən azı 12 ay;
Cövhərlər – 12 ay;
Nalivkalar, punşlar – 6 ay;
Şirin cövhrlər - ən azı 4 ay.
Dostları ilə paylaş: |