Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə120/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   133

388 

 



Arağın adı; 

 



Hazırlayıcı-müəssisənin və tabe olduğu təşkilatın (şirkətin) 

adı; 


 

Doldurulma tarixi; 



 

Nümunə götürülən araq partiyasında olan arağın sayı; 



 

Partiyanın keyfiyyətinə dair sənədin nömrəsi (sayı); 



 

Götürülmə tarixi; 



 

Nümunə götürən şəxsin soyadı və imzası.  



Heç olmasa bir göstəricisinə görə qeyri-kafi nəticə alınan araq 

partiyası çıxdaş edilir. 

Məhsulun  sınağı  aşağıdakı  təhlillərin  aparılmasını  nəzərdə 

tutur.  


Doldurulma  tamlığı  –  ölçülü  laborator  qablarından  istifadə 

edilməklə arağın butulkadakı həcmi müəyyən olunur.  

Orqanoleptik göstəricilər (rəng, şəffaflıq, iy və dad) – rəng və 

şəffaflıq  işıq  qarşısında  tədqiq  olunan  maye  ilə  destillə  edilmiş 

suyun  baxaraq  gözlə  müqayisə  edilməsi  ilə,  dad  və  iy  isə 

orqanoleptik yolla müəyyən olunur.  

Tündlük – arağın əvvəlcədən destillə edilməsi ilə alınan su-

spirt məhlulunda etil spirtinin qatılığının areomertlə ölçülməsi ilə 

təyin edilir.  

Qələvilik – (0,1 mol/dm

qatılıqda xlorid turşusunun 100 sm



3

 

arağın  titrlənməsinə  sərf  olunan  miqdarı)  –  kimyəvi  metodla 



müəyyən  olunur.  Yəni  0,1  mol/dm

3

  qatılıqda  xlorid  turşusunun 



100 sm

3

 arağın titrlənməsinə sərf olunan miqdarı ilə təyin edilir. 



Eyni zamanda patensiometrik üsul da tətbiq oluna bilər. Bu halda 

zəif  xlorid  turşusu  məhlulundan  istifadə olunmaqla  təhlil  olunan 

arağın neytrallaşma nöqtəsi müəyyən olunur.  

Aldehidlərin kütlə qatılığı – fuksinsulfit reaktivi reaksiyası ilə 

təyin olunur.  

Sivuş yağlarının kütlə qatılığı sulfat turşulu şəraitdə ali spirt-

lərin salisil aldehidi iştirakı ilə reaksiyasında müəyyən olunur.  

Mürəkkəb efirlərin kütlə qatılığı. Mürəkkəb efirlər araqda olan 




389 

turşuların  əvvəlcədən  neytrallaşdırılması  sonra  qələvi  ilə  yuyul-

ması ilə titrometrik yolla müəyyən edilir.  

Metil  spirtinin  həcmdə  payı.  Analiz  metil  spirtinin  kalium 

permanqanat  və  sulfat  turşusu  ilə  formaldehid  əmələ  gəlməsinə 

səbəb olan oksidləşmə reaksiyasına  və fuksinsulfit  II reaktivi ilə 

qarşılıqlı təsirindən rənglənməsinə əsaslanır. 

Hazırda  toksiki  mikroqarışıqların  -  aldehidlər,  sivuş  yağları, 

mürəkkəb efirlər və metil spirtinin təyinində qazoxromatoqrafiya 

metodundan istifadə olunur (QOST 30536-97).  

Turşuların kütlə qatılığı limon turşusuna çevrilməklə Dövlət 

Standartına görə təyin olunur.  

 

4.2.2.2. Orqanoleptik t

ə

hlil 

 

Orqanoleptik qiymətləndirmə 10 bal sistemində həyata keçi-

rilir. Arağın ümumi qiymətləndirmə sistemi cədvəl 4.12-də verilir. 

Dequstasiyanın  əvvəlində  içkilər  otaq  temperaturu  şəraitinə 

gətirilməlidir. “Ekstra” tipli araqlar (“Ekstra spirtindən”) soyudul-

muş şəkildə dequstasiya ounmurlar.  

İçkilər  dequstasiya  qədəhinə  onun  həcminin  təqribən  1/3-i 

(40-50  sm

3

)  qədər  tökülür.  Qədəh  ayağından  tutularaq  qaldırılır, 



çalxalanır və işıqda baxılmaqla şəffaflıq və rəngi təyin edilir.  

Rəngdən  və  şəffaflıqdan  müxtəlif  kənara  çıxmaları  arağın 

destillə  edilmiş  su  ilə  müqayisəsi  ilə  təyin  edirlər.  Bu  məqsədlə 

onlardan eyni sınaq şüşələrinə 10 sm

3

 miqdarında tökərək işıqda 



baxırlar. 

Sonra  iy  və  ətir  qiymətləndirilir.  Bunun  üçün  qədəhin  altı 

ovucun içində saxlanaraq, qədəh üfüqi müstəvi üzrə fırladılır ki, 

ətirli maddələrin buxarlanması daha yaxşı getsin. 

Ətirdən sonra dad təyin edilir. Ağıza bir qədər içki alınaraq 

ağızın ön hissəsində saxlanır. Sonra başı yüngülcə arxaya qaldırır, 

dilin bütün üstü yaxalanır, daddakı kənara çıxmalar aşkar edilir. 

 

 




390 

Cədvəl 4.12 

Arağın balla qiymətləndirilməsi  

Göstərici 

Orqanoleptiki səciyyə 

Qiymət, balla 

Şəffaflıq və 

rəng 


Rəngsiz, şəffaf parlaqlıqla kənar 

qarışıqsız və çöküntüsüz maye 

2,0 («əla», 

«yaxşı») 

Rəngsiz, şəffaf, yalnız parlaq 

olmayan maye 

1,5 («kafi») 

Bulanlıq yaxud rənglənmiş maye 

1,5-dən az («qeyri-

kafi») 


Ətir 

Parlaq tərənnüm olunmuş kənar 

ətirsiz, həmin növ üçün səviyyəvi 

3,6-4,0 («əla») 

Həmin növ üçün səviyyəvi, yaxşı 

3,0-3,5 («yaxşı») 

Həmin növ üçün səviyyəvi, zəif 

ifadə olunmuş 

2,5-2,9 («kafi») 

Həmin növ üçün səviyyəvi olmayan, 

kənar kobud ətirli 

2,5-dən az («qeyri-

kafi») 

Dad 


Həmin növ üçün səviyyəvi, təmiz, 

yumşaq, kənar tamsız 

3,6-4,0 («əla») 

Həmin növ üçün səviyyəvi, yalnız 

bir qədər kəskin təhər 

3,0-3,5 («yaxşı») 

Növə xas səciyyəvi, yalnız kəskin, 

yandırıcı 

2,5-2,9 («kafi») 

Növə xas olmayan, kobud kənar 

tamlarla 

2,5-dən az («qeyri-

kafi») 

 

Dad və ətir harmonik, xoşagələn spirtin, yandırıcı dad və iy 



olmadan,  kənar  tam  və  rezin,  kerosin  iyi,  metal  tamı,  arağın  pis 

emal  olunan  avadanlıqlarda  istehsalı  nəticəsində  yaranan  kənar 

dad və iysiz olmalıdır. 

Arağın ümümi qiymətləndirmə balları cədvəldə verilir (cədvəl 

4.13). 

Arağın  eyni  vaxtda  beşdən  çox  olmamaqla  nümunəsini 



dequstasiya  etməyə  icazə  verilir.  Bu  halda  əvvəlcə  daha  yaxşı 

keyfiyyətli hesab olunan nümunələr təhlil olunur. Hər nümunənin 

qiymətləndirilməsindən sonra fasilə edilir. 

 

 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə