Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə122/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   133

395 

Mikroqarışıqlar  standartda  yol  verilən  miqdardan  yüksək 

olarsa,  arağın  dad  və  keyfiyyəti  pisləşir.  Məsələn,  asetaldehidin 

miqdarı  çox  olduqda  araq  kəskin  tama  və  acılığa  malik  olur; 

mürəkkəb  efirlərin  çox  olmayan  miqdarında  arağın  dad  və  ətri 

yaxşılaşır,  lakin  onun  miqdarının  yüksəlməsi  ilə  araq  spesifik  – 

əsasən dadın çox hissəsində xoşagəlməyən çalarlar meydana çıxır; 

sivuş yağlarının miqdarının artıqlığı isə kəskin iy və yandırıcı dad 

əmələ gətirir. Belə ki, propil spirtinin 4 mq/l-dən artıqlığı arağın 

qeyri  yeyinti  xammalından  alındığını  göstərir;  metil  spirtinin  az 

miqdarında  (yəni,  0,02  h.%)  arağın  ətir  və  dadı  dəyişmir,  onun 

miqdarı  artdıqda  isə  metil  spirtinin  yüksək  toksikliyinə  görə 

təhlükəli olur. 

Arağın keyfiyyəti yalnız mikroqarışıqların miqdarından deyil, 

həm  də  tərkibindən  asılıdır.  Araq  o  vaxt  təhlükəli  olur  ki,  ya 

hazırlanmasında  texnologiya  pozulur,  ya  da  keyfiyyəti  olmayan 

xammaldan  (spirt,  su)  hazırlanmış  olur.  Su  düzgün  hazırlanma-

dıqda  onun  tərkibində  toksik  qarışıqlar  (ağır  metalların  duzları) 

arağa da keçir. 

Suda ionların qatılığının artması ilə tam yaxud iy əmələ gəlir. 

İy  eyni  zamanda  suyun  temperaturunun  dəyişməsinin  nəticəsi 

olaraq da əmələ gəlir. Kimyəvi təmiz su – destillə edilmiş su olub, 

dad  və  iyə  malik  olmur.  Suda  tam  və  iy  o  borulardan  hərəkət 

edəndə su hazırlayıcılarda, yaxud təbii suda ilk mənbədən yaran-

mış olur. Mütəxəssislər onlarla tipdə iylər fərqləndirirlər. Onlar-

dan: çürüntülü (bataqlıq, balıq) iyi və tamı - yosunlar və s. Çürü-

dükdə və s.; duzlu yaxud duzluvari tamı suda həll olan xörək duzu 

yaradır;  metalın  kəskin  tamı  manqan,  dəmir,  mis,  sinkin  korro-

ziyası nəticəsində; xlor iyi artıq xlorlaşdırmada meydana gəlir.  

Su hardasa qaldıqda yaxud qızdırıldıqda mikroorqanizmlərin 

(kiflər,  göbələklər)  çoxalması  baş  verir  və  bu  halda  çürümüş 

torpaq tamı və iyi əmələ gəlir. Aptek iyi (dərman, kimyəvi) axıntı 

sularda təsadüf olunur. Turş dad mineral sular; acı dad maqnezium 

sulfat;  qələvi  –  potaş,  soda,  qələvi  ilə  əlaqədardır.  Adətən  xoşa-

gəlməz iylərin kənar olunmasına onları əmələ gətirən birləşmələri 



396 

filtrləmə ilə, suya fəal kömür əlavə olunmaqla və alınan birləşmə-

lərin çökdürülməsi ilə nail olunur. Suyun tamının dəyişmə səbəbi-

ni  bilmək  üçün  suda  olan  qarışıqlar  laboratoriyada  təhlil 

olunmalıdır. 

Sulfatlar yaxud suyun balanslaşmamış duz tərkibi suya güclü 

acılıq verə bilir.  

Suda  dəmirin  yüksək  miqdarı  ona  büzüşdürücü  dad  verir. 

Texniki məqsədli su istifadə üçün az yararlı olur. Dəmirin yüksək 

miqdarı həmçinin borunun daxili səthində dəmir bakteriyalarının 

inkişafı  nəticəsində  olur  və  bu  da  korroziya  proseslərini 

sürətləndirmiş olur. Su rəng alır və bulanlıq olur. 

Filtrlər  dəmirin  miqdarından  asılı  olaraq  konkret  suya  görə 

seçilir. 

 

4.2.2.4. 

Qablaşdırma və

 markalanma 

 

Daxili  bazar  üçün  araq  0,75,  0,50;  0,25;  0,10;  0,05  dm

3

 

tutumlu şüşə butulkalara, vintli yivli qapaqla bağlanan 0,05-1,00 



dm

3

  tutumlu  şüşə,  billur,  çini  qablara  xüsusi  normativlə 



doldurulur.  

Doldurma “həcmə” və “səviyyə”yə görə aparılır. Butulkanın 

həcmi və doldurulma növündən asılı olaraq nominal tutumundan 

yol verilən kənara çıxmalar olur.  

“Həcmə”  görə  doldurmada  20±0,5

0

C  temperaturda  ayrı-ayrı 



butulkalarda  nominal  tutumdan  aşağıdakı  kənara  çıxmalara  yol 

verilir.  

±8,0 sm

3

 - tutumu 1,75 dm



3

 butulkalarda 

±5,0 sm

3

 - tutumu 0,75 dm



3

 butulkalarda 

±4,0 sm

3

 - tutumu 0,50 dm



3

 butulkalarda 

±2,5 sm

3

 - tutumu 0,25 dm



3

 butulkalarda 

±1,5 sm

3

 - tutumu 0,10 dm



3

 butulkalarda 

±1,0 sm

3

 - tutumu 0,05 dm



3

 butulkalarda. 

«Həcmə» görə doldurmada istehsalçı - hazırlayıcı müəssisədə 



397 

yoxlamada  20±0,5

0

C  temperaturda  20  butulka  üçün  kənara 



çıxmalar aşağıda göstərilən miqdardan çox olmamalıdır. 

±3,0 sm


3

 - tutumu 0,75 dm

3

 olan butulkalarda 



±2,0 sm

3

 - tutumu 0,50 dm



3

 olan butulkalarda 

±4,0 sm

3

 - tutumu 0,25 dm



3

 olan butulkalarda. 

Araq və xüsusi araq vintlə yivli boğazlı butulkaya «səviyyəyə 

görə»  doldurulmada  butulkanın  boğazının  yuxarı  hissəsindən 

boğazın yarısına və üçdə iki hissəsinə qədər doldurulur. 

Hazırlayıcı  -  istehsalçı  müəssisədə  «səviyyəyə  görə» 

20±0,5

0

C temperaturda 20 butulkada kənara çıxmalar orta hesabla 



aşağıdakı kimi olur.  

±6,0sm


3

 - tutumu 1,00 dm

3

 olan butulkalarda



 

±5,0sm


- tutumu 0,75-0,70 dm

3

 olan butulkalarda 



±4,0sm

- tutumu 0,50dm



3

-0,20 dm


3

 olan butulkalarda 

±1,5sm



- tutumu 0,10 dm



3

 olan butulkalarda

 

±1,0sm


- tutumu 0,05dm

3

 olan butulkalarda 



“Səviyyəyə  görə”  doldurmada  ayrı-ayrı  butulkalar  üçün 

20±0,5


0

C temperaturda nominal tutumdan kənara çıxmalar qəbul 

olunmuş təlimata uyğun qaydada təsdiq olunmuş sənədləşmələrə 

uyğun olmalıdır. 

Butulkalar tətbiqi Səhiyyə Nazirliyi tərəfindən razılaşdırılmış 

müxtəlif  növ  materiallardan  hazırlanmış  qalpaq  yaxud  tıxacla 

bağlanır.  Butulkalar  və  qrafinlər  –  mantar,  polietilen,  şüşə,  çini 

tıxaclarla bağlanır. Bağlanma möhkəm və sıx olmaqla butulka və 

qrafin çevrildikdə axıtmamalıdır.  

Araq  və  xüsusi  araq  butulkaları  çoxdəfəlik  ağac,  plasmas 

qutular,  büzməli  kardon  qutulara  qablanır.  “Alka”  tipli  qalpaqda 

(aliminium  qalpaq  nazik  divarla)  hazırlayıcı  -  müəssisənin  adı, 

arağın adına uyğun ştambovka edilir.  

Etiketdə aşağıdakı məlumatlar göstərilməlidir: 

 

Hazırlayıcı – müəssisənin daxil olduğu təşkilatın adı; 



 

Arağın adı; 



 

Tündlüyü, %; 



 

Butulkanın tutumu, dm



3




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə