Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə125/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   133

405 

sənayesi  kombinatı,  «Kedr»  İrkutsk  istehsalat  birliyi,  Yekate-

rinburq, Marin, Barnaul likor-araq zavodlarını göstərmək olar. 

İstehsal olunan bir sıra ənənəvi araqların səciyyəsini veririk. 

Moskovskaya. «Extra» spirtindən natrium bikarbonat və sirkə 

turşusu əlavə edilməklə hazırlanır. Tündlüyü 40 h.%-dir.  

Posolskaya. «Extra» spirtindən və sudan hazırlanır. Sortlaşma 

yağsızlaşdırılmış  quru  südlə  işlənir.  Koaqulyasiya  və  çökmədən 

sonra filtr-presdə ayrılır. Tündlüyü 40 h.% olur. 

Pişeniçnaya.  «Extra»  spirtindən  və  yumşaldılmış  sudan  fəal 

kömürlə əlavə işlənmə keçməklə hazırlanır. Tündlüyü 40 h.%-dir. 

Sibirskaya.  «Extra»  spirti  ilə  yumşaldılmış  suyun  45  h.% 

tündlüyə qədər qarışdırılması ilə alınır. 

Stoliçnaya. «Extra» spirti ilə yumşaldılmış sudan şəkər əlavə 

olunmaqla hazırlanır. Tündlüyü 40 h.%-dir. 

Extra.  Əla  təmizlikdə  spirt,  tənzimlənmiş  sudan  şəkər  və 

kalium  permanqanat  əlavə  olunmaqla  hazırlanır.  Tündlüyü  40 

h.%-dir. 



Xüsusi araqlar. Viru-Valqe. Əla təmizlikdə spirtlə yumşal-

dılmış sudan şəkər əlavə olunmaqla hazırlanır. Tündlüyü 45 h.%-

dir. 

Kristal  dztdrays.  Əla  təmizlikdə  spirt  əsasında  tmin  və  acı 



badam  yağı,  qliserin  və  şəkər  əlavə  olunmaqla  hazırlanır.  Tünd-

lüyü 40 h.%-dir. 

Novaya.  Əla  təmizlikdə  spirt  və  tənzimlənmiş  sudan  ətirli 

spirt, tmin və şəkər əlavə olunmaqla hazırlanır. Tündlüyü 40 h.%-

dir. 

Ukrainskaya qorilka. Əla təmizlikdə spirt əsasında bal əlavə 



edilməklə 45 h.% tündlükdə hazırlanır.  

Dünya  ölkələrində  buraxılan  bir  sıra  milli  araq  nümunələri 

verilir (cədvəl 4.17). 

Polşa araqları. İstehsal olunan araqların çeşidinə və həcminə 

görə  Polşa  lider  ölkədir.  1973-cü  ildən  ölkədə  araq  istehsalı 

«Polmos»  dövlət  təşkilatı  çərçivəsində  mərkəzləşdirilmişdir  ki, 

buraya da 25 araq zavodu daxildir. 




406 

Cədvəl 4.17 

Dünyada istehsal olunan milli araq növləri 

Ölkə 


Arağın adı 

Spirt alınması üçün 

əsas xammal 

Azərbaycan 

Tut arağı, limon 

arağı, zoğal arağı 

Tut limon zoğal 

Gürcüstan 

Çaça (üzümü) 

Üzüm 


Macarıstan, Sloveniya, 

Ruminiya, Yuqoslaviya 

Banbuze 

(bambuk) 

Bambuk dəni 

İndoneziya 

Slivavitsa 

(gavalı) 

Bambuk dəni 

Çin 


Mayotay (düyü) 

Düyü, düyü 

səmənisi, əzilmiş 

dən 


Meksika 

Tekilla (kaktus) 

Pulke (kaktus) 

Kaktuslar 

Türkiyə 

Araki (finik) 

Finik 

Yaponiya 



Sake (düyü) 

Düyü, düyü səmənisi 

 

İstehsal olunan arağın ümumi miqdarı 100% spirtə çevrilməklə 



150 mln litr təşkil edir ki, bu da 160 addan çox çeşidi əhatə edir. 

Polşada araqlar ənənəvi olaraq təmiz və yüksək sortlu olmaqla 

təsnifata  bölünür.  Təmiz  araqlar  tərkibinə  görə  rus  araqlarına 

yaxın  olsalar  da,  onlar  ifadə  olunan  ətir  və  dada  malik  olmur; 

yüksək  sortlu  araqlar  isə  özlərini  müxtəlif  yönlü  ətirləşdirilmiş 

içkilər kimi göstərir – nalivkadan likora qədər. 

Viborova  (Wyborowа).  Daxili  və  xarici bazarda  ən  populyar 

olub, onun payı ölkədə istehlak olunan arağın 25%-nə bərabərdir. 

Əla  təmizlikdə  çovdar  spirtindən  yumşaldılaraq  bir  qədər 

şirinləşdirilmiş dadla minerallaşdırılmış sudan emal olunur. 

21-Ek  Selend  Vodka  (21-Excellent  Vodka)  hazırlanmasında 

«Lüks» çovdar spirtindən və quyu suyundan istifadə olunur. İlkin 

komponentlərin yüksək dərəcədə təmizliyi son məhsulda yüksək 

dad keyfiyyətləri təmin edir. Tündlüyü 40 h.%-dir. 

Baltik.  Kartofdan  alınan  spirtdən  40  h.%  tündlükdə  emal 



407 

olunur. Əlavə variasiyası Spesial Baltik olub, çovdar spirti əlavə 

edilməklə və palıd çəlləklərdə iki illik yetişdirilməklə hazırlanır. 

Viktorı.  Seçilmiş  çovdar  spirti  və  minerallaşdırılmış  su 

əsasında emal olunur. Tündlüyü 39 h.% olur. 

Viborna Ziytnia. Dən və kartof spirtlərinin qarışığından hazır-

lanır ki, bu da arağa özünəməxsus tam verir. Tündlüyü 40 h.%-dir. 

İdeal. Lüks çovdar spirti əsasında 38, 40 və 45 h.% tündlükdə 

hazırlanır. 

İsveç arağı. Ən məşhuru «Absolyut» (Absolut Rent Branvin - 

başqa sözlə, mütləq təmiz spirtli içki) arağıdır. Arağın resept və 

texnologiyası  1879-cu  ildə  Lars  Olsson  Smit  tərəfindən  işlənil-

mişdir. Arağın istehsalı əsasən İsveçin cənubunda Axuse zavodun-

da mərkəzləşmiş və burada klassik sortlar (tündlüyü 40 və 45 h.%), 

ətirləşdirilmiş  variantlar  40  h.%  tündlükdə  –  Absolyut  sitron, 

Absolyut pepe, Absolyut kyurant buraxılır. 

Finlandiya arağı. 1952-ci ildən Koskenkorva adlı milli marka 

emal  olunmaqdadır.  Tündlüyü  40  və  60  h.%,  həmçinin  müxtəlif 

ətirləşdiricilər əlavə olunmaqla aşağı tündlükdə, yəni 21-25 h.% 

olmaqla emal olunur.  

1970-ci  ildən  Finlandiya  adlı  yeni  marka  istehsal  olunur. 

Tündlüyü  40  və  50  h.%  olan  bu  araqlar  ətirləşdiricilər  əlavə 

edilməklə hazırlanır. 

Danimarka  araqları.  Dənlilərdən  Danzka  adlı  40  h.% 

(qırmızı etiket) və 50 h.% (mavi), ətirləşdirilmiş variantlar – limon 

və qara qarağatdan 40 h.% tündlükdə istehsal olunur. Aliminium 

tutumlara doldurulur. 

Almaniya  araqları.  Yüksək  keyfiyyətli  araqlar  hazırlanması 

üzrə SPS şirkəti lider olub, burada buraxılan «Romanov», «İmpe-

rial», «Troyka», «Kutuzov», «Faberje» nüfuz qazanmışlar. 

1921-ci ildən Berlində rus emiqrantı Qorboçov tərəfindən əsası 

qoyulmuş  zavodda  «Qorboçov»  markalı  araq  buraxılır.  Alman 

bazarının 40%-i bu arağın payına düşür. Tündlüyü 37,5; 40; 50 və 

60 h.% olan araqlar istehsal olunur. 

1738-ci  ildə  yaradılan  Dettefsin  şirkəti  Rasputin  adlı  məşhur 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə