Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə126/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   133

408 

araq markasını (klassik və ətirləşdirilmiş sortlar), həmçinin Medjik 

– 37,5 h.% tündlükdə, Prestij – 40 və 70 h.% tündlükdə istehsal 

edir. 


Almaniyada  bütövlükdə  60-a  yaxın  markada,  o  cümlədən 

Moskviç,  Nikolay,  Prezident,  Knyaz  İqor,  Petrov,  Stolipin, 

Tolstoy, Rossiya, Puşkin və s. buraxılır. 

Alman  milli  arağı  Şnaps  (brantveyn)  olub,  kartof  və 

çuğundurdan hazırlanan aşağı tündlükdə spirtdən hazırlanır. 

ABŞ  araqları.  Ən  məşhuru  tündlüyü  50  h.%  olan  Smirnoff 

arağıdır.  Bu  marka  ailəsi  yüz  ildən  artıq  müddət  bundan  əvvəl 

arağın reseptini müəyyən edən Pyotr Smirnovun adı ilə bağlıdır. 

1933-cü  ildə  Rusiyadan  gələn  emiqrant  Rudolf  Kunet  bu  arağın 

istehsalını Smirnovun oğlu Vladimirdən satın alır. 1939-cu ildən 

Smirnoff arağını Xyublayn şirkəti istehsal edir. O, məşhurluğuna 

görə  dünyada  araqlar  arasında  birinci,  tünd  alkoqollu  içkilər 

arasında isə ikinci yeri («Bakardi» romundan sonra) tutur. Hər il 

15 mln qutu Smirnoff arağı, 4,5 mln qutu Absolyut arağı (məşhur-

luğuna görə ikinci olan) satılır. 

Amerikada Bayt İql (tündlüyü 40 h.%), Blek İql (tündlüyü 40 

h.%),  həmçinin  Volf  Smidt  (tündlüyü  40  h.%)  araqları  məşhur 

olub, ən tanınmış şirkətlərdən olan Ceym Bimdə istehsal olunur. 

Hollandiya araqları. Xidxond şirkəti 1888-ci ildən Roylti adlı 

buğda  arağı  buraxır.  Bu  arağın  aşkarlayıcı  xüsusiyyəti  mavi 

butulkası və onda kral sarayının embleminin olmasıdır. 

Du Xurn şirkəti Ursus adlı araq istehsal edir. Onun resepti XX 

əsrin  əvvəllərində  İslandiya  butlegeri  tərəfindən  işlənilmişdir. 

Hazırda  onun  ətirləşdirilmiş  variantları  olan  limonlu  və  qara 

qarağatlı araqlar buraxılır.  

Jenever – arpa səmənisindən, buğda dənindən alınan spirtdən 

istifadə  olunur  və  ardıc  giləmeyvəsi  ilə  ətirləşdirilir.  Ona  bəzən 

ardıc arağı da deyirlər. 

İtaliya araqları. Ən məşhur markaları Keqlevis Stok  şirkəti 

tərəfindən limonlu və ərikli variantlarda və qovun ətrilə (tündlüyü 

38 h.%), həmçinin Eristov vodkadır (tündlüyü 40 h.%). 



409 

İngiltərə araqları. İngilis araqları yalnız ölkə daxili bazarda 

satılmaqla, xaricdə demək olar ki, tanınmır. 

Daha çox tələbat olanlar – Cossac (tündlüyü 38,5 h.%), Selekct 

(tündlüyü  40  h.%),  Virgin  (tündlüyü  37,5;  40  və  50  h.%), 

Borzoidir (tündlüyü 37,5 h.%). 

Meksika  araqları.  Meskal  –  bu  içkini almaq  üçün aqavanın 

qıcqırdılmış şirəsindən alınan spirtdən istifadə olunur. Qeyd etmək 

lazımdır ki, spirtə qovulma yalnız bir dəfə aparılır. 

Pulke. Kaktus arağı olub, tündlüyü 32-34 h.%-dir. 

Tekila. Aqavanın qıcqırdılmış şirəsinin çoxqat qovulmasından 

alınan spirtin bir neçə il palıd çəlləklərdə yetişdirilməsi ilə alınan 

spirtdən istifadə olunur. Tündlüyü 45 h.%-dir. 

Jose  Cuervo  tekilasının  iri  istehsalçısı  200  ildir  bu  markanı 

hazırlayan Jose Cuervo şirkətidir. 

Çin  arağı.  Maotay  –  daha  çox  tanınan  düyü  arağıdır.  Onun 

hazırlanmasının  bir  neçə  variantı  mövcuddur.  Primitiv  şəraitdə 

qovulmaqla  düyü  spirti  alınır,  onun  əsasında  müxtəlif  müalicəvi 

otlar  saxlanır,  60  h.%  tündlüyə  qədər  su  ilə  duruldulur,  ağzı 

bağlanaraq realizədən əvvəl bir qədər yetişdirilir. 

Sənaye şəraitinə daha yaxın vəziyyətdə Maotay arağının başqa 

sortu – 60 h.%-li orqotou hazırlanır. Onun fərqli xüsusiyyətləri sarı 

rəngi və səciyyəvi düyü arağı iyinə malik olmasıdır. 

Rakı. Türkiyədə müxtəlif ot və köklərdən istifadə olunmaqla 

istehsal edilir. Tündlüyü 40-50 h.% olur. 

Araki.  Türkiyədə  istehsal  olunan  Xurma  arağıdır.  Xurmadan 

alınan spirtdə hazırlanır. 

Bambuze. İndoneziyanın bambuk arağıdır. Bambuk dənlərin-

dən  alınan  spirtdən  xammal  kimi  istifadə  olunur.  Tətbiq  olunan 

texnologiya  arağın  zərərli  qarışıqlardan  təmizlənməsini  təmin 

etmir. Əsasən dini rituallarda istehlak olunur. 

Sake.  Geniş  məlum  olan  Yapon  düyü  arağıdır.  Spirtin 

texnologiyasının xüsusiyyəti onun üçün düyünün buğla işlənməsi 

və xüsusi mikroorqanizm kulturları ilə şəkərləşdirilməsidir. Hazır 

içki rəngsiz və şəffaf olub, 16-18 h.% tündlüyə malikdir. İsti halda 




410 

istifadə olunur.  

Çaça.  Gürcü  üzüm  arağıdır.  Spirt  istehsalı  üçün  yetişməmiş 

qeyri sort üzüm daraqla birgə istifadə olunur. Tündlüyü 45 h.%-ə 

yaxındır. 

Arrak.  Asiya  ölkələrində  çox tanınmaqla onun  istehsalı  üçün 

müxtəlif  yerli  xammaldan  istifadə  edilir.  Spirti  Yava  adasında 

qıcqırdılmış düyü və şəkər qamışı patkası şirəsinin destilləsindən, 

Şri-Lanka,  Banqladeş və Hindistanda isə şəkər palmasının şirəsi 

əlavə olunmaqla alırlar. Bir sıra ölkələrdə arrak palma, xurma və 

digər karbonata malik meyvə və bitkilərdən hazırlanır. 

Qızılı-sarı rəngə və 58 h.% tündlüyə malikdir. 

Anis arağı (Anisovka). Bu araq qrupuna çoxlu sayda müxtəlif 

resept  və  tündlükdə  milli  araqlar  aiddir.  Anis  dadlı  araqların 

eramızdan 1500 il əvvəl qədim Misirdə məlum olduğu göstərilir. 

Onu müalicəvi hesab edirdilər. 

Anis del mono. İspaniyanın milli qüruru hesab olunan içkidir. 

Aşkarlayıcı xüsusiyyəti orijinal formalı butulkası, etiketində insan 

sifəti ilə əks olunmuş şimpanze təsviridir. Onun bir əlində butulka, 

digərində bu sözlərlə tütək vardır: «Bunun ən yaxşı anis olmasını 

elm  sübut  etmişdir».  Bu  arağın  iki  növ  müxtəlifliyi  buraxılır: 

«Anis qorilla» və «Pələng anis». 

Yunan buzası. Şirin dadı ilə fərqlənməklə 40-50 h.% tündlüyə 

malikdir. 

ACC araqlar. Anis kimi olduqca çoxlu sayda bir-birinə yaxın 

olan  texnologiyalarla  hazırlanan  içkiləri  əhatə  edir.  Bu  araqlar 

tropik  və  subtropik  bitkilərin  yarpağı,  zoğu,  kökündən  və  otla-

rından alınan ekstraktlar əsasında hazırlanır. İstifadə olunan xam-

mala  görə  içki  tünd  rəngli  alınmaqla,  mədə-bağırsaq  sisteminə 

müsbət təsir göstərir. Acı araqların tipik nümunələri Anqostura və 

Bunekampdır. 

 

 



 

 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə