Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə123/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   133

398 

 



Məhsula uyğun standartın adı.  

Etiketin  əks  tərəfində  müəssisənin  daxil  olduğu  təşkilatın 

yerinə hazırlayıcı – müəssisənin indeksi göstərilir. İstehlakçı üçün 

məlumat  51074-97  saylı  QOST-a  uyğun  gəlməlidir.  Qabların 

markalanması da 14192 saylı QOST-a uyğun aparılır. 

Nəql olunma və saxlanma. Araq və xüsusi araqlar qutularda

konteynerlərdə,  paketlərdə  bütün  növ  nəqliyyat  vasitələrində 

mövcud  yük  daşınma  qaydalarına  uyğun  daşınır.  Daşınmada  və 

yüklənmə-boşalma  əməliyyatlarında  məhsul  çirklənmədən  və 

atmosfer təsirlərindən qorunmalıdır. 

Araq  və  xüsusi  araqlar  anbar  binalarında  -5+25

0

C  tempera-



turda, ixrac üçün olan araqlar isə -15+30

0

C temperaturda və 85%-



ə qədər havanın nisbi rütubətində saxlanır.  

Təminatlı saxlanma müddəti: araqda -12 ay, xüsusi araqda – 6 

ay, ixrac üçün doldurmadan sonra 5 ildir. Nəzərə almaq lazımdır 

ki, 40%-li araq üçün donma temperaturu -28,9

0

C, 56%-li üçün isə 



36

0

C təşkil edir. 



 

4.2.3

. Saxtalaşdırma 

 

 

Araq  daha  çox  saxtalaşdırılan  alkoqollu  içkilər  qrupuna 



aiddir.  Çünki  onun  hazırlanması  nisbətən  sadədir  və  içki  əhali 

arasında  populyardır.  Arağın  saxtalaşdırılmasının  ən  geniş 

yayılmış vasitə və üsullarına aiddir: 

İçilən  spirtin  bir  qədər  və  ya  tamamilə  ucuz  texniki  spirtlə 

əvəz  olunması,  texnologiyaya  cavab  verməyən  suyun  tətbiqi, 

durultma və ya su ilə spirti tamamilə əvəz etmək. 

Saxtalaşdırmanın  xüsusi  vasitə  və  üsullarına  lazım  olan 

maddələrin  əlavə  olunmaması,  yaxud  digərləri  ilə  əvəz  edilməsi 

aiddir. Buna misal olaraq reseptdə nəzərdə tutulan şəkər, mis və b. 

olmamasıdır. 

“Alka”  qalpağında  istehsalçı  zavodun  adından  başqa  arağın 



399 

adı  baş  hərflərlə  konkret  göstərilməlidir  (məsələn,  P  -  “pişeniç-

naya”, R - “russkaya”, MO -“moskovskaya osobaya” və s.).  

Yivli  vintlə  qalpaqlar  öz  oxu  ətrafında  fırlanmamalıdır. 

İstehsalçı zavodda belə butulkalar çıxdaş edilir. “Alka” aliminium 

“dilcikli  qalpaqlar”a  baxıldıqda  istehlakçı  aşağıdakılara  diqqət 

yetirməlidir: 

saxtalaşdırılmış  araqlarda  belə  qalpaqların 

qurtaracağı  sıx  olmadan  sürüşmüş  və  xırda  “dalğalarla”  olur. 

İstehsalat şəraitində bağlanan qalpaqda aşağı hissə hamar və başa 

qaçmış olur.  

Arağın həqiqiliyinin əlaməti kimi butulkanın dibində bilinən 

qara xalın olmasıdır ki, bu da butulkanın nəql etdirici lent üzərində 

hərəkəti nəticəsində əmələ gəlir. Bu isə yalnız istehsalat şəraitində 

məhsul buraxışında meydana gəlir.  

Etiketin əks tərəfinə baxmaq məqəsdəuyğundur: zavod etike-

tində  bir  neçə  bərabər  yapışqan  qatı,  yaxud  bərabər  səviyyədə 

bütöv örtük əmələ gətirmiş yapışqan olur. Qeyri-istehsal şəraitində 

etiketə  yapışqan  adətən  fırça  ilə  yaxıldığından,  yaxma  qeyri-

bərabər olacaqdır.  

Zavod etiketində rəqəmsal şifr 7-10 rəqəmlərdən ibarət olma-

lıdır. Butulka etiketində «vint altı» sonuncu iki rəqəm şəhərin adını 

ifadə edir (01 - Moskva, 02 - Sankt-Peterburq və s.). 

Bir  çox  müəssisələr  öz  məhsullarını  saxtalaşdırmadan 

qorumaq üçün qalpaq yaxud butulkaya  yazı və  ya rəqəmlə suda 

həll olmayan rənglə püskürdülməklə işarələr həkk edirlər. 

Ekspert saxtanı aksiz markasındakı məlumatla müəyyən edə 

bilir. 


Arağın kifayət qədər şəffaf olmaması araq istehsalında yum-

şaldılmamış  yaxud  pis  süzülmüş  sudan  istifadə  olunması,  kənar 

qarışıqlar düşməsi, qeyri-kafi filtrasiya, arağın şəkli dəyişdirilmiş 

nişasta,  yağsızlaşdırılmış  südlə  işlənmə  texnologiyasında  kənara 

çıxmalarla əlaqədardır. 

Lakin  sənaye  istehsalında  texnologiyanın  pozulması  ilə 

əlaqədar  olaraq  araqda  asılqan  hissəciklərin  olmasına  təsadüfi 

hallarda rast gəlinir.  




400 

Butulkanın  daxili  səthində  asılqan  hissəciklərin  «codluq 

həlqəsi»nin  olması  arağın  saxtalaşdırılmasına  sübutdur  və  qeyri 

istehsalat  şəraitində  arağın  isti  halda  hazırlanması  zamanı  adi 

sudan istifadə olunması ilə əlaqədardır. 

Arağa  uyğun  olmayan  ətir  və  dad,  kənar  kobud  ton  və  tam 

sortlaşmanın  fəal  kömürlə  keyfiyyətsiz  işlənməsi,  keyfiyyətsiz 

spirtdən və onun surroqatlarından istifadə olunması ilə əlaqələn-

dirilir. 

Bir  sıra  kənar  qarışıqların  olması  qeyri-yeyinti  spirtindən 

istifadə olunması ilə əlaqədardır: aseton iyi sintetik spirtin əlaməti 

sayılır. Texniki hidroliz spirtindən hazırlanmış araqda yüksək miq-

darda efirlər, kroton aldehidi, sulfitli birləşmələr müşahidə olunur. 

Bu  dadda  yandırıcı  ton,  kəskin  xoşagəlməz  iyin  varlığı  ilə 

meydana gəlir. 

Bütün  sayılan  eyniləşdirmə  və  ekspertiza  üsullarını  yalnız 

mütəxəssis  deyil,  adi  istehlakçı  da  bilməlidir.  Yeyinti  spirtinin 

texniki spirtlə yaxud su ilə xeyli dərəcədə əvəz olunması ilə arağın 

saxtalaşdırılmasını  orqanoleptik  yolla  təyin  etmək  olur.  Araqda 

sivuş  yağlarının  miqdarı  (həcmdə  payı)  0,1%-dən  artıq  olduqda 

onu ovucda sürtməklə xüsusi iy meydana gəlir. Təmiz arağın belə 

iyi olmur. Əhəmiyyətsiz miqdarda belə maddələrin olması zamanı 

həddindən yüksək peşəkarlıq tələb olunduğundan, etibarlı fiziki və 

kimyəvi sınaq metodlarına üstünlük verilir. 

Toksiki birləşmələrin, o cümlədən sivuş yağları və furfurolun 

keyfiyyət  tərkibinin  müəyyən  olunmasının  sadə  və  etibarlı 

ekspress-metodları vardır. 

Sivuş yağlarının mövcudluğunu Qotfur metodu ilə müəyyən 

etmək olar. Bu məqsədlə istiliyə davamlı boruya 10-15 sm

3

 araq 



tökülərək  üzərinə  2-3  damla  qatılaşdırılmış  sulfat  turşusu  və  o 

qədər də benzol əlavə olunur. Alınan kütlə qarışdırılaraq ehtiyatla 

qızdırılır və tədricən soyudulur. Sivuş yağlarının mövcudluğunda 

məhlul yaşılvari çalarlarla tünd-qonur rəng alır. 

Furfurolun olmasını aşağıdakı kimi müəyyən edirlər: qədəhə 

20 sm


3

 araq tökülür, üzərinə 3 damla qatılaşdırılmış xlorid turşusu 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə