Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə131/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   133

425 

 



Nümunə götürülən spirt partiyasında spirtin miqdarı, dal; 

 



Sisternin nömrəsi; 

 



Spirtin keyfiyyəti haqqında sənədin nömrəsi; 

 



Göndərilmə aktının nömrəsi; 

 



Nümunənin götürülmə tarixi

 



Nümunə götürən şəxsin soyadı və imzası. 

Spirt  sınağa  göndərildikdə  müəyyən  olunmuş  qaydada 

nümunənin götürülməsinə dair akt tərtib olunur.  

5964-93  saylı  QOST-a  uyğun  olaraq  məhsulun  sınağında 

aşağıdakı analizlər yerinə yetirilir. 

Doldurmanın tamlığı. Butulkaya doldurulan içməli spirt üçün 

nəzərdə tutulur (QOST 5363).  

Orqanoleptik göstəricilər: rəng və şəffaflıq (təhlil olunan spirt 

keçən  işıqda  gözlə  baxılmaqla  destillə  edilmiş  su  ilə  müqayisə 

olunur); dad və iy (orqanoleptik qiymətləndirmə).  

Etil  spirtinin  qatılığı  –  standarta  uyğun  (QOST  3639)  təyin 

edilir.  



Spirtin  təmizliyi.  Metodun  əsasında  spirtdə  olan  kənar 

qarışıqlarla qatı sulfat turşusunun reaksiyaya girməsi durur.  



Furfurolun  mövcudluğu.  Təyin  olunan  furfurolun  anilinlə 

qarşılıqlı təsirindən rəngli məhlun əmələ gəlməsinə əsaslanır.  



Oksidləşmə. Metod spirtdəki kənar üzvi qarışıqların, kalium 

permanqanatla  oksidləşmə  reaksiyasına  və  sonra  fotoelektro-

kolorometrdə rəng intensivliyinin müəyyən olunmasına əsaslanır.  

Standartda  həmçinin  etalon  məhluldan  istifadə  edilməklə 

digər metod da nəzərdə tutulur ki, bu halda kalium permanqanatla 

reaksiyadan  sonra  alınan  məhlulun  rəng  intensivliyi  enalonla 

müqayisə edilir.  

Aldehidlərin  kütlə  qatılığı.  Təyin  olunmanın  əsasında 

aldehidlərin fuksinsulfid reaktivi ilə reaksiyası durur.  

Sivuş yağlarının kütlə qatılığı. Analiz sulfat turşusu iştirakı ilə 

ali spirtlərin salisil aldehidi ilə reaksiyasına əsaslanır.  

Turşuların  kütlə  payı.  Turşuların  titrlənməsinə  sərf  olunan 

natrium hidroksid məhlulunun miqdarı ilə müəyyən olunur.  




426 

Doymuş  efirlərin  kütlə  payı.  Metodun  əsasında  doymuş 

efirlərin  natrium  hidroksid  məhlulu  ilə  yuyulduqdan  sonra 

titrometrik metodla təyininə əsaslanır.  



Metil spirtinin həcm payı. Tədqiqat etalon məhlulun rəngi ilə 

metil-spirtinin  kalium  permanqanat  və  sulfat  turşusu  ilə 

oksidləşmə  reaksiyasında  əmələ  gələn  tədqiq  edilən  məhlulla 

müqayisəsi yolu ilə yerinə yetirilir.  

Etil  spirtinin  və  arağın  tərkibində  toksiki  mikroqarışıqları  – 

aldehidlər,  sivuş  yağları  mürəkkəb  efirlər  və  metil  spirtini  təyin 

etmək  üçün  qazxromatoqrafiya  analiz  metodunun  tətbiqinə 

əsaslanan 30536-97 saylı QOST-dan istifadə olunur.  

Spirtin  uçucu  qarşıqları  arasında  70-dən  çox  müxtəlif 

birləşmələr  tapılmışdır.  Kimyəvi  tərkibinə  görə  eyniləşdirmədə 

onlar  ali  spirtlər,  aldehidlər,  efirlər,  turşulara  bölünür.  Son 

zamanlar  həmçinin  spirtin  dad  və  ətrinə  əsaslı  şəkildə  təsir 

göstərən  azotlu  və  kükürdlü  birləşmələr  tapılmışdır.  Sivuş  yağı 

spirtləri  qıcqırma  prosesinin  əlavə  məhsulları  kimi  əmələ  gəlir. 

Onlara etil spirtinə nisbətən daha çox sayda karbon atomuna malik 

biratomlu spirtlər aiddir. Burada həm normal quruluşlu n – propil, 

n – butil, n – amil və s. olmaqla nonanola qədər, həm də zəncirvari 

quruluşlu  –  izopropil,  ikili  propil,  izobutil,  izoamil  və  b. 

tapılmışdır. Spirt istehsalatında ikidən çox karbon atomuna malik 

spirtləri  adətən  ali  spirtlər  adlandırırlar  ki,  bu  da  sırf  kimya 

nöqteyi-nəzərindən tam dəqiq sayıla bilməz. 

Sivuş  yağlarında  miqdarı  üstünlüyə  optik  fəal  və  qeyri-fəal 

izoamil spirtləri; nisbətən az n - amil spirti olur. Az miqdarda isə 

butil, propil və digər spirtlər olur. 

Aldehid  və  ketonlar  qıcqırmada  əmələ  gəlsə  də,  onların 

miqdarı  braqorektifikasiya  prosesində  spirtlərin  oksidləşməsi 

hesabına arta bilir. İsti işlənmədə dən və kartofda furfurol yaxud 

oksimetilfurfurol əmələ gələ bilir. 

Əgər qüsurlu xammalda (texnologiya buna yol verir) istifadə 

olunursa, o zaman əsas sirkə aldehidindən başqa formaldehid, yağ, 

propion,  izovalerian,  diasetil  və  b.  toplanır.  Braqa  kənar 



427 

mikroorqanizmlərlə  yoluxduqda,  həmçinin  melassadan  alınan 

spirtdə aldehidlərin nisbi miqdarı yüksəlir. 

Mürəkkəb efirlər qıcqıran şirədəki spirtlər və turşuların qarşı-

lıqlı  kimyəvi  çevrilmələrinin  məhsuludur.  Onların  toplanması 

həmçinin  braqorektifikasiya  mərhələsində  də  mümkündür.  Daha 

çox miqdarda sirkə etil efiri, az miqdarda propion, qarışqa, yağ və 

digər turşuların efirləri tapılır. 

Uçucu  turşular  mayaların  və  braqanı  yoluxduran  kənar 

mikroorqanizmlərin həyat fəaliyyəti məhsuludur. Daha çox sirkə 

turşusu rast gəlsə də, az miqdarda olsa da propion, yağ, izovalerian 

turşuları (xüsusilə də melassadan alınan spirtdə) təsadüf edilir. 

Azotlu  maddələrdən  daha  çox  səciyyəvi  olanları  ammonyak 

və aminlərdir. Onlar melassadan alınan spirtdə daha çox miqdarda 

tapılır.  Kükürdlü  birləşmələr  (kükürd  di  oksid,  hidrogen  sulfid, 

merkaptan) əsasən melassadan alınan spirtdə əmələ gəlirlər. 

Melassadan  alınan  spirti  polad  rezervuarlarda  uzun  müddət 

saxladıqda onda sulfoturşular və sulfat turşusu tapılır. Sonuncu iki 

qrup  birləşmə  spirtin  analizində  normalaşdırılmır  və  yalnız 

orqanoleptik göstəricilərə təsir göstərir. 

Bir sıra qarışıqlar müəyyən növ xammaldan alınan spirt üçün 

səciyyəvidir.  Məsələn,  terpenlər  yalnız  dənlilər  və  kartof 

xammalından  alınan  spirtdə  tapılır.  Bu  spirtlərdə  həm  də  çoxlu 

metil  spirti  toplanır.  Melassadan  alınan  spirt  üçün  ammonyak, 

sulfitli birləşmələr, dietil efiri səciyyəvidir. 

Spirtin hətta az qatılıqda qarışığı belə bu və ya digər dərəcədə 

spirtin  və  ondan  alınan  arağın  orqanoleptik  göstəricilərinə  təsir 

etməyə kifayət edir. 

Metil və propil spirtləri az miqdarda dadda hiss olunmasa da, 

onlar  etil  spirtindən  xeyli  zəhərli  olub,  insan  orqanizmində 

toplanaraq ciddi zəhərlənmələr törədə bilir. 

Furfurol çovdar çörəyinin xoşagələn iyinə malik olsa da, o da 

həmçinin toksiki və kansorogendir. Digər aldehidlər kəskin tam və 

yandırıcılıq  verir.  Xüsusilə  xoşagəlməyən  iyi  və  yandırıcı  dadı 

akrolein və kroton aldehidi verir. 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə