Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə132/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   133

428 

Bütün  ali  spirtlər  istənilən  duruldulmada  yandırıcı  dad  və 

kəskin sivuş iyini saxlamış olur. Heksil spirti sivuş yağının iy və 

tamını verir. 

Üzvi  turşular  spirtin  orqanoleptik  keyfiyyətinə  əks  təsir 

göstərir: qarışqa turşusu ona kəskin tam, propion yandırıcılıq; yağ, 

valerian  -  xoşagəlməz  iy  və  yandırıcılıq  verir.  Sirkə  turşusu 

istisnalıq təşkil edib, spirtin dadını yumşaldır. Çoxlu sayda karbon 

atomlu  efirlər  spirtə  ona  xas  olmayan  çiçək  -  meyvə  tamı  və  iyi 

verir.  Az  miqdarda  dietil  efiri  spirtin  iyini  gücləndirir,  bilinən 

qatılıqda isə şirintəhər tamla hiss olunan qalıq yandırıcılığı verir. 

Qarışqa və sirkəetil efiri spirtin dadını yumşaldır, ümumən efirlər 

spirtə ona xas olmayan meyvə-çiçək dadı və ətri verir. Aminlər və 

sulfidli  birləşmələr  spirtin  dad  və  iyini  pisləşdirir.  Belə  ki, 

trimetilamin  balıq  yağı  iyinə  malik  olur.  Spirtə  terpenlər  və 

terpenhidratlar yandırıcı dad verir. 

Bir  sıra  qarışıqlar  az  miqdarda  spirtin  dadını  yaxşılaşdırır, 

yumşaldır. Məsələn, butilenqlikol, diasetil, asetoin, ammonnyakı 

qeyd etmək olar. 

Qarışıqların  spirtin  orqanoleptiki  göstəricilərinə  təsiri  yalnız 

onların qatılığı ilə deyil, həm də onların təbiəti ilə müəyyən olunur. 

Məsələn,  propil  spirti  nisbətən  az  qatılıqda  (susuz  spirtdə  4 

mq/dm

3

-a  qədər  miqdarda)  spirtin  orqanoleptik  xüsusiyyətlərinə 



mənfi təsir göstərir. İzoamil spirtinin isə həmin qatılıqda miqdarı 

müsbət qiymətləndirilir. 

Bəzi  qarışıqlar  analitik  yolla  təyin  olunmur,  lakin  onlar 

oksidləşmə göstəricisinə təsir göstərir. 

 

5.3.2. Orqanoleptik t

ə

hlil 

 

Orqanoleptik  təhlil  dequstasiya  komissiyası  tərəfindən  apa-

rılır. Dequstasiya qiymətinin ümumi vəziyyəti təlimatla müəyyən 

olunur.  Orqanoleptik  göstəricilərinə  görə  bütün  növ  spirtlər 

cədvəldə (cədvəl 5.1) göstərilən tələblərə uyğun olmalıdır.  

 

 




429 

Cədvəl 5.1  

Göstərici 

Səciyyəsi 

Xarici görünüşü 

Kənar hissəciklərsiz şəffaf maye 

Rəngi 

Rəngsiz maye 



Dad və iyi 

Uyğun xammaldan emal olunan hər bir spirt 

üçün səciyyəvi, tamsız və kanar maddələrin iyi 

olmadan 


 

Spirtin  orqanoleptik  qiymətləndirilməsi  araq  və  likor-araq 

məmulatlarında  olduğu  kimi  10  ballıq  şkala  ilə  aparılır:  rəng  və 

şəffaflıq- 2 bal, ətir-4, dad-4.  

10  bal  yüksək  qiymətlə  aşağıdakı  göstəriciləri  olan  spirtlər 

qiymətləndirilir: rəngsiz və şəffaf - 2 bal, normal, təmiz spirt ətirli, 

hər  hansı  kənar  iy  olmadan  -  4  bal,  spirtin  normal  dadı,  kəskin 

yangırıcılıq olmadan, şirintəhər tamla - 4 bal. 

Rəng  və  şəffaflıq  işıq  qarşısında  gözlə  baxmaqla  müəyyən 

olunur. Bu məqsədlə böyüklüyünə və şüşənin bircinsliliyinə görə 

eyni  olan  sınaq  şüşələri  götürülür.  Onların  birinə  10  sm

3

  analiz 



olunan  spirt,  digərinə  eyni  miqdar  destillə  edilmiş  su  tökülərək 

rəngdən  kənara  çıxmalar  və  mexaniki  qarışıqların  mövcudluğu 

müəyyənləşdirilir. 

Dad və iy. Tədqiq olunan spirt  əvvəlcədən  yumşaldılmış su 

ilə  20


0

C-də  40  h.%-ə  qədər  duruldulur  və  tutumu  500  sm

3

  olan 


qaba yerləşdirilir, qarışdırılır və dequstasiya qədəhlərinə paylanır. 

İyə  və  ətrə  görə  spirtin  keyfiyyətinin  yoxlanmasında 

qədəhlərdə  nümunələrin  yoxlanması  ilə  yanaşı  digər  üsuldan  da 

istifadə  edilə  bilir.  Bu  məqsədlə  ovucun  içinə  bir  qədər  spirt 

tökülür, əli bir-birinə sürtərək isidir və əmələ gələn buğ iylənir. 

Spirtin iy və ətri təyin olunduqdan sonra dadı yoxlanır. Belə 

ki,  spirtin  emal  olunduğu  ilkin  xammalın  növündən  və  keyfiy-

yətindən  asılı  olaraq  spirtin  normal  yandırıcı  spirt  dadı,  yaxud 

kəskin yandırıcı acıtəhər və ya şirintəhər olduğu müəyyən edilir. 

Yeyinti  xammalından  alınan  etil  spirtinin  bal  qiymətləri 

aşağıdakı cədvəllərdə verilir (cədvəl 5.2, 5.3).  



430 

 

Cədvəl 5.2  



Göstərici 

Orqanoleptik səciyyə 

Balla qiymətləndirmə 

Xarici görünüş (rəng 

və şəffaflıq) 

Rəngsiz şəffaf maye 

Rəngsiz maye yüngül 

lopalarla (keçən işıqda 

görünən zəif bulanıqlıq) 

Qeyri şəffaf, bulanıq 

maye 

2,0 (əla, yaxşı) 



 

1,5 (kafi) 

1,5-dən az (qeyri kafi) 

İy 


 

Emal olunduğu xammala 

uyğun spirt növü üçün 

səciyyəvi, kənar iysiz 

Emal olunduğu xammala 

uyğun spirt növü üçün sə-

ciyyəvi, lakin kifayət 

qədər ifadə olunmayan 

Həmin növə uyğun 

səciyyəvi, lakin zəif ifadə 

olunan 

Kənar, qeyri səciyyəvi 



iylə 

 

3,6-4,0 (əla) 



 

 

3,0-3.5 (yaxşı) 



 

2,5-2.9 (kafi) 

2,5-dən az (qeyri-kafi) 

Dad 


Həmin növ üçün 

səciyyəvi, yumşaq 

Həmin növ üçün 

səciyyəvi, lakin bir qədər 

kəskin 

Həmin növ üçün 



səciyyəvi, lakin kəskin 

yandırıcı 

Həmin növ üçün 

səciyyəvi olmayan, 

kobud, uyğun olmayan 

tamla 


3,6-4,0 (əla) 

 

3,0-3,5 (yaxşı) 



 

2,5-2,9 (kafi) 

 

2,5-dən az (qeyri-kafi) 



 

Sulfat  turşusu  ilə  sınaq  nümunəsində,  məsələn  kroton 

aldehidinin  və  akroleimin  iştirakı  ilə  0,0005%  miqdarda  spirti 

qeyri-standart  edir  və  sulfat  turşusu  ilə  nümunədə  oksidləşmə 

sınağını aşağı salır. Diasetil isə sulfitli birləşmələrdə özünü oxşar 

aparır. 1 kq canlı çəkiyə letal doza təşkil edir: furfurol  - 0,19 q, 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə