Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə124/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   133

401 

əlavə edilir, qarışdırılır, 10 damla rəngsiz anilin də əlavə olunur. 

Əgər furfurol varsa, onda nümunə moruq şərbətinə bənzər parlaq 

qırmızı  rəngə  çevrilir.  Arağın  duruldulmasını  aşkar  etmək  üçün 

onun  tündlüyünü  20

0

C-də  spirtometrlə  ölçürlər.  Ev  şəraitində 



məişət spirtomerindən istifadə olunur. 

 

4.2.4. 



Dünyada

 

araq istehsalı

 

 

4.2.4.1. Az



ərbaycanda araq istehsalı

 

 

Ölkəmizin qabaqcıl müəssisələrində araq hazırlanmasının qısa 

texnoloji ardıcıllığı belədir: 

 



Araq  -  spirt,  yumşaldılmış  su,  dad  və  digər  əlavələrdən 

istifadə olunmaqla hazırlanır. Fəallaşdırılmış kömürdən süzülür.  

 

Su əks osmosla hazırlanır.  



 

Dəmirin  artıqlığını  kənar  etmək  üçün  kvars  filtrdən,  duz 



tərkibini  balanslaşdırmaq  üçün  iondəyişdirici  metoddan  istifadə 

olunur. 


 

Optimal  turşu-qələvi  balanslı  su  almaq  üçün  avtomat 



rejimdə  membran  filtrasiya  aparılır.  Sonra  su  avtomat  rejimdə 

sortlaşdırmaya daxil edilir. 

 

Alınan  su-spirt  sortlaşması  öz  axını  ilə  kvars  filtrdən 



keçirilərək  mümkün  mikroqarışıqlardan  təmizlənir  və  sonra 

kömür  kalonkaya  verilir.  Daha  yaxşı  orqanoleptik  göstəricilərə 

nail olmaq üçün filtrasiyanın sabit sürətinə və temperatur rejiminə 

riayət edilməlidir.  

Müəssisələrdə  kömür  kalonkalarda  üçqat  fasiləsiz  filtrasiya 

yerinə yetirilir və bu zaman əsasən platin filtrdən istifadə olunur. 

Gün ərzində filtrasiya sürəti və temperatur rejiminə daim nəzarət 

olunur.  

 

Alınan  su-spirt  məhlulu  kömür  kalonkadan  keçdikdən 



sonra kupaj tutumuna daxil edilir, burada ona reseptə uyğun olaraq 


402 

dad, ətir yaradan əlavələr və s. vurulur.  

 

Yetişdirildikdən  sonra  «blesk»  filtrasiya  sistemindən 



keçirilən araq bir növ «cilalanır» (mümkün mikroqarışıq qalıqla-

rından təmizlənir ki, bu da mayeyə xüsusi parlaqlıq və şüşəvarilik 

verir) və sonra təzyiq çəninə verilir. 

 



Məhsul  doldurmadan  əvvəl  dequstasiya  komissiyası  tərə-

findən qiymətləndirilir. «lüks» spirtindən alınanlar- 9,5, «ekstra» 

spirtindən alınanlar- azı 9,2 bal alarsa hazır məhsul doldurulmaya 

verilir.  Aşağı  qiymət  alan  kupaj  çıxdaş  edilir  və  bu  fövqəladə 

vəziyyət (FV) sayılaraq dərhal tədbir görülür.  

 



Doldurma bütün mərhələlər (butulkaya doldurma, ağzının 

bağlanması, çıxdaş, etiket vurma, qablama) üzrə avtomat xətlərdə 

yerinə yetirilir.  

Ölkəmizdə bir sıra milli araqlar da buraxılır. Onların hazırlan-

masının əsas mərhələləri aşağıdakı kimidir. 

Tut arağı. Tutun əzilərək qıcqırdılması və alınan kütlənin des-

tilləsi yolu ilə alınır. Alınan içki sarı-qızılı çalarlarla səciyyəvi ətrə 

malik olur. Zoğal arağı Azərbaycana məxsus milli araq olub, zoğal 

meyvəsindən  alınan  kütlənin  qıcqırdılması  və  destilləsi  yolu  ilə 

alınır. 


Araq istehsalı prosesinə aşağıdakı ardıcıllıqla nəzarət edilir: 

-

 



Təhlillər  məhsulun  3  əsas  komponentinə:  spirt,  su  və  dad 

əlavələrinə görə aparılır. Buraya ilkin xammalın və hazır məhsu-

lun da təhlilləri daxildir.  

-

 



Orqanoleptik təhlil dequstasiya yolu ilə aparılır. 

-

 



Tərkibin əsas göstəricilərinin təhlili qaz xromatoqrafiyası ilə 

yerinə  yetirilir.  Qaz  xromatoqrafiyasının  köməyi  ilə  metanol, 

asetaldehid  və  ali  spirtlərin  cüzi miqdarını  təyin  etmək mümkün 

olur.  


-

 

Əks osmosla hazırlanan su orqanoleptik testdən və 20-yə qə-



dər kimyəvi və mikrobioloji təhlillərdən keçməlidir. Suda həll olan 

mineral  maddələr  suyun  və  ondan  alınan  arağın  dadına  təsir 

göstərir.  



403 

-

 



Dad, ətir və digər əlavələr araq hazırlanmasının son mərhə-

ləsində  reseptə  uyğun  qaydada  əlavə  edilir.  Əlavələr  xüsusi  ətir 

verir,  dadı  yumşaldır,  həmçinin  intoksikasiyanı  (paxmel  sindro-

munu) aradan qaldırır. 

İstehsalın  bütün  mərhələlərində  sutkalıq  nəzarət  (avtomat 

qaydada  və  laboratoriya  əməkdaşları  tərəfindən)  yerinə  yetirilir. 

Bunlara ilk növbədə texnoloji rejimə nəzarət (mayenin sabit opti-

mal  axın  sürəti  və  onun  temperaturu,  qabda  mayenin  miqdarı, 

təzyiqi və s.) aiddir. 

Qaz  xromatoqrafiya  və  orqanoleptik  üsullarla  su-spirt 

məhluluna aşağıdakı mərhələlər üzrə nəzarət olunur: araq istehsalı 

üçün  alınan  əsas  üzərində;  doldurmadan  əvvəl  hazır  kupaj 

üzərində;  doldurma  xəttinə  verilən  hazır  məhsula  və  daxil  olan 

köməkçi materiallara (butulka, etiket, tıxac və s.). 

Əlavə olaraq ayda azı bir dəfə mərkəzi dequstasiya komissi-

yası  tərəfindən  qapalı  dequstasiya  keçirilir  və  burada  qiymət-

ləndirmə müqayisəli şəkildə yerinə yetirilir. 

Azərbaycan  zavodlarında  istehsal  olunan  araq  çeşidləri 

durmadan artmaqdadır (şəkil 4.6).  

 

 



 

 

 



 

 



404 

 

 



 

Şə

kil 4.6. Az

ərbaycanda (müxtə

lif qablamalarda) 

buraxılan

 

araq nümunə

l

ə

ri  

4.2.4.2. Xarici 

ölkə

l

ə

rin 

araqları

 

 

Rusiya  araqları.  Rusiyanın  iri  likor-araq  müəssisələrinə 

«Kristal»  Moskva  zavodu,  «Rodnik»  Samara  spirt  və  likor-araq 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə