Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə118/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   133

382 

və  paylayıcıdan  keçərək  axım  tipli  iki  mərhələli  həlqəvi  qarış-

dırıcıya  daxil  olur.  Axımların  belə  nisbəti  kupajın  tündlüyünün 

0,5-1,5  h.%  yüksək  alınmasını  təmin  edir.  Kupaj  qarışdırıcıdan 

çıxışda əlavə olaraq nasosla qarışdırılır. 

Tündlüyün nominaldan yüksəkliyi sonrakı mərhələdə avtomat 

cihazlarla nəzarət olunmaqla vurulan su ilə tənzimlənir. 

Köməkçi  xammal  məhlullarının  vurulması  xüsusi  merniklər 

vasitəsilə dozalaşdırılır. Hazırlanan kupajı qabaqcadan süzülmək 

və fəal kömürlə təmizləmək üçün yönəldirlər. 



Su-spirt  qarışığının  injeksiya  üsulu  ilə  axında  hazırlan-

ması. Poltava likor-araq zovodunun təcrübəsi əsasında araq hazır-

lanma üsuludur. Texniki həll və xidməti baxımından daha sadədir. 

Kupaj  hazırlanmasını  intensivləşdirmək  məqsədilə  injektor 

adlanan cihazdan istifadə olunur. 

Qurğunun işinin əsasında injeksiya prinsipi durur. 

Su spirt qarışığının və arağın süzülməsi. Su-spirt məhlulun-

da həmişə az miqdarda zərif dispres asılqan hissəcikləri olur. Bu 

asılqanlar suyun spirt ilə qarışdırılması zamanı əmələ gələn qalıq 

codluqda  mineral  duzlardır.  Qarışığın  fəal  kömürlə  işlənməsi 

zamanı kömür tədricən parçalanır, kolloid ölçülərdə əmələ gələn 

xırda  hissəciklər  məhlula  keçir.  Başlanğıc  kupajda  olan  asılqan 

hissəciklər kömürün məsamələrini tutur və onun fəallığını azaldır. 

Bu  yolla  işlənən  su-spirt  qarışığı  (araq)  isə  tamamilə  şəffaf 

olmalıdır.  Süzülmə  iki  dəfə-kömürlə  işlənmədən  əvvəl  və  sonra 

aparılır. 



Süzgəcdən  keçirmə  -  mayenin  məsaməli  təbəqədən  keçiri-

lərək,  bərk  hissəciklərin  onun  üzərində  saxlanılması  və  süzün-

tünün keçirilməsidir.  

Kupajın və arağın süzülməsi fasiləli və fasiləsiz işləyən qumlu 

süzgəclərdə aparılır. Süzücü material kimi müxtəlif səviyyələrdə 

dənəvərləşdirilmiş kvars qumundan, təsadüfi hallarda isə (arağın 

süzülməsində)  yüksək  məsaməli  keramik  təbəqələrdən  istifadə 

olunur. 



383 

Zavoda daxil olan kvars qumu dənələrinin iriliyinə görə sort-

laşdırılır,  su  ilə  yuyulur  və  2-3%-li  xlorid  turşusu  məhlulu  ilə 

işlənir. 

Qumun  dənələrinin  yaratdığı  süzücü  kanalların  ölçüləri  asıl-

qan  hissəciklərin  əsas  kütləsinin  ölçülərindən  kiçikdir.  Odur  ki, 

sonuncu  qum  təbəqəsinin  səthində  toplanaraq,  çöküntünün  zərif 

məsaməli təbəqəsini yaratmış olur. Süzülmənin başlanğıcında hə-

min təbəqə yaranmadığından süzgəcdən xırda çöküntü hissəcikləri 

də  keçir  və  ilk  süzüntü  bulanıq  alınır.  Sonra  süzücü  materialda 

asılqan hissəciklərin təbəqəsi formalaşır və ondan süzülən su-spirt 

məhlulu tam şəffaflığa qədər durulur. 

Süzcəgdən qumu su-spirt məhlulunun və arağın əks axımını 

yaratmaqla təmizləmək mümkündür. 

Bəzi zavodlarda süzgəcdən keçirmək üçün əsasında məsaməli 

keramik  təbəqələr  olan,  diametri  175  mm  və  qalınlığı  20  mm 

təbəqələrdən istifadə olunur. Təbəqələr şamot (75%) və bentonit 

(25%) qarışığının 1300

0

C temperaturda yandırılmasından (bişiril-



məsindən) alınır. Məsamələrin diametri 40 mm-dir. 

Süzgəcin məhsuldarlığı saatda 30 dal-a yaxındır. 

Süzgəcləri  tez-tez  (ən  azı  həftədə  1  dəfə)  təmizləmək  üçün 

dayandırırlar. Ona görə də onları paralel yerləşdirirlər. Təbəqələri 

15-20 dəqiqə müddətində su ilə yumaqla bərpa edirlər. Sonra axar 

suda  korpusu  yuyurlar.  Bu  halda  suyun  təzyiqi  0,1  Mpa-dan  az 

olmamalıdır. 20 dəqiqədən sonra təbəqələr 5%-li xlorid turşusunda 

10-15 dəqiqə saxlanır. Sonra təbəqələr yenidən yerinə yerləşdirilir, 

10 dəqiqə axar suda yuyulur, quruducu şkafda 105-110

0

C tempe-



aturda 2 saat qurudulur və mufel peçində 500-600

0

C temperaturda 



30 dəqiqə saxlanır. Təbəqələr peçlə birgə soyudulur (otaq tempe-

raturuna  qədər).  Hər  təbəqə  10-15  dəfə  bərpa  oluna  bilər.  Sonra 

onlarda çatlar əmələ gəlir və onlar istifadəyə yararsız olurlar.  

Keramik  süzgəclər  arağı,  qum  süzgəclərinə  nisbətən  pis 

duruldur. Belə ki, təbəqələrin məsamələri qeyri-bərabər ölçülərdə 

olduğundan,  zərif  dispres  asılqan  hissəciklərin  ondan  keçməsi 

mümkün olur. 



384 

Süzülmüş  araq  hazır  məhsul  çəninə  keçirilir.  Burada  onu 

qarışdırır və tündlüyünü yoxlayırlar. Əgər tündlük standarta uyğun 

gəlməzsə  onu  nizamlayır  və  çəni  yenidən  qarışdırırlar.  Arağı  bu 

çəndən dolurmaya göndərirlər. 

Su-spirt  qarışığının  işlənməsi.  Su-spirt  qarışığı  adından 

məlum  olduğu  kimi  su  ilə  spirtin  qarışdırılmasından  alınır  və 

istehsalın  aralıq  məhsuludur.  Yalnız  fəal  kömürlə  işləndikdən 

sonra, o, araq üçün səciyyəvi olan dad və ətir qazanmış olur. 



Sortlaşmanın  fəal  kömürlə  işlənmə  üsulları.  Likor-araq 

zavodlarında  uzun  müddət  müxtəlif  sadələşdirilmiş  fasiləli 

işlənmə üsullarından istifadə edilirdi ki, bu halda kömür su-spirt 

qarışığı ilə qarışdırılırdı. Proses ya təzyiq çənində qarışdırılmaqla 

və  ya  təzyiq  çəninə  qoyulmuş  fəal  kömürlü  patrondan  (şamdan) 

məhlulu  keçirməklə  aparılırdı.  Bu  metodların  əsas  çatışmazlığı 

prosesin fasiləliyi, aşağı məhsuldarlığı, kömürdən istifadənin cüzi 

səmərəliliyi,  kömürün  ayrılması  və  bərpası  ilə  bağlı  əməliyyatın 

ağır zəhmətli olmasıdır. 

Hazırda  sortlaşmanın  kömürlə  işlənməsi  fasiləsiz  iki  üsulla 

həyata keçirilir: dinamik və kömürün asılqan təbəqəsində. 

Dinamik üsulda qarışıq ardıcıl birləşdirilmiş bir, iki yaxud üç 

kömür kolonkasından buraxılır. 

Müxtəlif xırdalanma dərəcəli fəal kömür yüksəkliyi 4,2 m və 

diametri  0,7  m  olan  kalonkanın  daxilinə  doldurulur  və  ondan 

keçməklə aşağıdan yuxarıya su-spirt məhlulu buraxılır. 

Sortlaşmanın  fəal  kömürlə  işlənməsi  üçün  qurğu  iki  qum-

forfiltrdən,  bir-biri  ilə  ardıcıllıqla  birləşmiş  bir,  iki,  yaxud  üç 

kömür kolonkasından və bundan sonra arağı sonuncu dəfə süzən 

iki keramik süzgəcdən ibarətdir. 

Su-spirt  qarışığının  təmizlənməsi  aşağıdakı  qaydada  gedir. 

Qarışıq  təzyiq  çənindən  özbaşına axımla ilkin  süzülməyə  (qum-

forfiltr)  daxil  olur.  Bu  işdə  məqsəd  su  ilə  və  təzyiq  bakından 

mexaniki  şəkidə  su-spirt  qarışığına  düşən  kənar  qarışıqlarla 

kömürün  çirklənməsinin  qarışısını  almaqdır.  For  süzgəci  keçən 

qarışıq kömür kolonkasına qalxır. Sonra isə sonuncu süzülmə üçün 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə