Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə115/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   133

372 

Visenka,  Vişneviy,  Zolotistiy,  letniş  desert,  povnik  və  s.  adda 

desert içkilər buraxılır. 

“Vesna”-nın  tündlüyü  12h%,  şəkərliyi  8  q∕100sm

3

,  tuşuluğu 



0,4 q∕100sm

3

, “Vişenka”da isə tündlük 14h%, şəkər 18 q∕100sm



3

turşuluq 0,5 q∕100sm



3

 olmaqla hazırlandıqları xammala görə bir-

birindən fərqlənirlər. 

Aperitivlər.  Aperitivlər  iştah  yaradan  spirtli  içkilərdir.  Belə 

içkilərin diapazonu geniş olub, buraya vermut, araq, konyak, cin, 

viski və b. içkilər aid ola bilər. Spirtə malik olmayan bəzi içkilər 

də aperativ funksiyası yerinə yetirə bilər.  

Fransa,  İtaliya,  Belçika,  Polşa  və  bir  sıra  digər  ölkələrdə  acı 

nastoykaları  aperitiv  adlandırırlar  (“Qorkiy  pikan,  Qollanskiy 

qorkiy və s.). 

MDB  məkanında  aperitivlər  likor-nalivka  məmulatlarının  bir 

qrupu olub, onların tərkibinə müxtəlif otların cövhərləri (acı dada 

malik olanlar) daxil olur. Belə bitkilərə yovşan, darçın mayaotu və 

s. aid olub, onlar həzm prosesini fəallaşdırırlar. 

Aperitivlərin  tərkibinə  şəkər  şərbəti  və  içkiyə  lazım  olan 

turşuluğu yaratmaq üçün limon turşusu daxil olur. 

Bu tip içkilərə Aqnes, Aroniya, Baltiyokaya, İrtış, Klaret və b. 

göstərmək olar. 

Aqnes  25  h.%  spirtliyə,  20  q∕100sm

3

  şəkərliyə,  0,2  q∕100sm



3

 

turşuluğa, Anoniya 22 h.% spirtliyə, 16 q∕100sm



3

 şəkərliyə, 0,75 

q∕100sm

3

 turşuluğa malik olmaqla, hazırlandıqları  xammala görə 



fərqlənirlər. 

Balzamlar.  Balzamlar  digər  qrup  içkilərdən  tərkibinə  daha 

geniş  yığımda  bitki  xammalının  daxil  olması  ilə  fərqlənir. 

Onlardan bir çoxu qədimdən məlumdur. Məsələn, “Ruskiy çerniy” 

balzamı hələ XVIII əsrin ortalarından hazırlanırdı. 

Balzamların  kupajı  otlar,  köklər,  tumurcuq,  qoz  və  digər 

xammal  qarışığının  saxlanmasından  alınan  balzam  cövhərləri 

əsasında hazırlanır. Balzam cövhərlərindən başqa spirtləşdirilmiş 

şirələr, morslar, efir yağları, bal, şəkər şərbəti, koler, essenslər əlvə 

olunur.  Bir  çox  məşhur  balzamların  resepturuna  görə  peman 



373 

balzam yağı daxildir. Təbii bioloji fəal maddələrin olduqca geniş 

yığımı  bu  içkilərin  bir  sıra  xəstəliklərin  profilaktika  və 

müalicəsində  tətbiqinə  imkan  verməklə,  onlara  tonuslaşdırıcı 

xüsusiyyət bəxş edir. Balzamlardan kokteyllər və qarışıq içkilərin 

ətirləşdiriciləri kimi geniş istifadə edilir.  

Balzamların  bizə  məlum  olan  xarici  bitter  tipli  içkilərdir 

(bitter-acı  sözündəndir).  Məsələn,  “Angostura  Bitter”,  “Reyxuas 

Bitter”,  “Abbote  Bitter”,  “Fernet-Branka  Bitter”,  “Underburq 

Bitter”, “Oranj Bitter”. 



Kokteyllər. Kokteyllər spirtli və spirtsiz olmaqla qruplaşdırı-

lır. Onlar isə öz növbəsində komponentlərin yığımından və hazır-

lanma  xüsusiyyətlərindən  asılı  olaraq  müxtəlif  qruplara  bölünür: 

kokteyllər,  punşlar,  kremlər,  fliplər,  fizlər,  sandi,  eq-noq,  ays-

krimlər,  koblerlər,  şərbətlər,  culeplər,  bonlər  və  s.  QOST-a  görə 

alkoqollu kokteyllər - tündlüyü, 20-40 h.%, şəkərin kütlə payı 0-

24 q∕100sm

3

 arasında dəyişən likor-araq məmulatlarıdır.  



Kokteyllər  yarımfabrikatlar  və  inqredientlərin  qarışdırılma-

sından alınır: koyak, rom, likor, araq, üzüm şərabı, şirə, qaymaq, 

süd və s. giləmeyvə, meyvə, bal, ədviyyə, digər inqredientlər əlavə 

edilməklə alınır.  

Kokteyllər tünd və desert ola bilir. Hər kokteylə öz qarniri – 

özünə  məxsus  dad  kompozisiyaları  və  bəzəkləri  olan  material 

vurulur. 

Ərik kokteyli almaq üçün qədəhdə 20 sm

3

 ərik likoru, 20 sm



ağ desert şərab, 30sm

3

 süfrə şərabı, bir çay qaşığı Myatniy likoru 



qarışdırılır (Qarnir №7). 

Mujskoy  kokteyl-  60  sm

3

  araq  və  20  sm



3

  ağ  vermutun 

qarışdırılmasından alınır (Qarnir №1). 

Kobler. Desert kokteyllərin geniş yayılmış içki qrupu olub, adı 

tərcümədə “davam edən qurtum” deməkdir. Istənilən kobler üçün 

vacib komponent əzilmiş qida buzu olub, qədəhin üçdə bir hissəsi 

yaxud yarısına qədər doldurulur. Başqa komponentlər kimi desert 

şərab, likör, şampan və digər içkilərlə qarışdırılan təbii şirə, şərbət 

və meyvələr istifadə oluna bilər. Kobler hündür şəffaf qədəhlərdə 




374 

samanla  birlikdə  verilir.  Əgər  meyvə  olarsa  qədəhə  uzun  qollu 

qaşıq yaxud çəngəl qoyulur. 

 

4.1.7. 



Şərab içkilə

ri  

 

Şərab  içkiləri  –  alkoqollu  içkilər  qrupu  olub  likor-araq 

məmulatları  siyahısına  daxil  deyildir.  Bununla  yanaşı  həmin 

içkilər  əhali  arasında  şöhrət  qazanmaqla  onların  istehsalının 

təşkilində çoxlu likor-araq müəssisələri fəaliyyət göstərir.  

Rusiya standartına görə (QOSTR 51159-98) şərab içkisi adı 

altında o alkoqollu içkilər anlaşılır ki, onlar üzüm və meyvə şərab 

materialından  rektifikasiya  olunmuş  etil  spirti,  konyak,  üzüm, 

meyvə spirtləri, şərab konsentrantları, su, şəkər tozu, palıd ekstrak-

tı,  qida  dad-ətirli  əlavəsi,  rəngləyicilər  və  digər  komponentlər 

vurulmaqla alınır (şəkil 4.3).  

İçkidə şərab yaxud şərab materialının payı ən azı 30% təşkil 

etməlidir. 

Ümumi  texniki  şərtlərlə  yanaşı  hər  içki  adı  üçün  texnoloji 

təhmat və reseptura işlənib hazırlanmalıdır ki, burada da müəyyən 

olunur: 


 

Komponentlərin tərkib və nisbəti



 

Rəng, dad və ətir



 

Etil  spirtinin  həcmdə  payı,  şəkərlərin  kütlə  payı,  titrləşən 



turşuluq. 

 



Orqanoleptik  göstəricilərinə  görə  -  şəffaf,  çöküntüsüz, 

kənar qarışıqsız, rəng, dad və ətri texnoloji təlimatlara uyğun; 

 

Fiziki-kimyəvi göstəricilərinə görə cədvələ uyğun (cədvəl 



4.10). 

 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə