Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə113/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   133

366 

Cədvəl 4.9 

Məmulatın təminatlı saxlanma müddəti 

Məmulatın növləri 

Doldurulma 

günündən saxlanma 

müddəti, ay 

Tünd likorlar, kremlər 

Desert likorlar, nalivkalar, punşlar, acı cövhərlər, 



acı zəif alkoqollular, balzamlar  

Konyak və portveyn istifadəsi ilə acı cövhərlər 



Şirin cövhərlər, kəmşirin zəif alkoqollular, 

aperitivlər, emulsiyalı likorlar, kokteyllər, 

spirtləşdirilmiş şirədə nalivkalar, yüksək miqdarda 

aşı və rəng maddələrinə malik inqredientlər 

əsasında acı cövhərlər (qara, qırmızı bibər və b. ilə 

çörək suxarlisinin spirtdə cövhəri) 

 

 



Desert içkilər 

 

4.1.5



. Saxtalaşdırma

 

 

Likor-araq məmulatlarının saxtalaşdırılmasının ümumi vasitə 

və üsulları araq və konyaklar üçün də səciyyəvidir. Qida spirtinin 

bir qədər yaxud tamamilə texniki spirtlə əvəz olunması, spirtin su 

ilə  duruldulması  sintetik  rəngləyicilərin,  ətirləşdiricilərin  tətbiqi, 

resepturada  olan  natural  komponentlərin  surroqatlar  və  likor-

nalivka  məmulatlarının  orqanoleptik  xüsusiyyətləri  və  qida 

dəyərini  imitasiya  edən  digər  əvəzedicilərlə  dəyişdirilməsi, 

saxtalaşdırmanın fərdi vasitə və üsullarına aiddir. 

Istehlakçıları  sağlamlıq  və  həyatı  üçün  təhlükəli  olan 

saxtalaşdırılmış  məhsullardan  qorumaq  məqsədilə  ilk  növbədə 

qəti  dövlət  qərarları  qəbul  olunmalı,  nəzarət  ciddiləşdirilməlidir. 

Məmulatın  keyfiyyətsizliyinin  müəyyən  olunması  ilə  bağlı 

məlumatlar hər bir istehlakçı üçün əlçatan olmalıdır. 

Saxtalaşdırma  əlamətlərini  oqranoleptik, fiziki  yaxud  fiziki-

kimyəvi analiz metodları ilə aşkar etmək olar. 

Sadə  və  əlçatan  orqaoleptik  metod  xüsusilə  də  az  miqdarda 



367 

toksiki maddəlr olduqda yüksək dəqiqliyi ilə fərqlənmir.  

İstehlakçı içki aldıqda belə qiymət vermək iqtidarında olmur, 

çünki metodun özü yüksək peşəkarlıq tələb edir.  

Saxtalaşdırmanın yüksək dəqiqliklə təyin edilməsi və zərərli 

qarışıqların  aşkar  edilməsi  müasir  analiz  metodlarından  istifadə 

edilməklə mümkün olur. Bunlara maye xromatoqrafiya, xromato-

kütlə-spektrometriya,  kompyuter  sistemi  ilə  məlumat  bankı  ilə 

təchiz olunmaqla və s. aiddir. 

Lakin  bu  metodların  real  istifadəsi  yalnız  ixtisasdırılmış 

laboratoriyalarda  uyğun  avadanlıqlar  və  yüksək  ixtisaslı  heyətin 

mövcudluğu ilə mümkündür.  

İstehlakçılara məhsulun xarici görünüşünə görə keyfiyyətinin 

təyin  olunması  ilə  bağlı  bəzi  tövsiyələr  vermək  olar.  Alkoqollu 

içkini satın almazdan  əvvəl onun həqiqiliyinə əmin olmaq məq-

sədilə satıcıdan uyğunluq sertifikatı yaxud onun surəti tələb edilə 

bilər.  Sertifikat  uyğun  idarə  tərəfindən  təsdiq  olunmalıdır. 

Sənəddə içki haqqında verilən məlumatla (adı, hazırlayan zavod, 

partiyanın buraxılma tarixi və s.) etiket, əks etiket və butulkanın 

tıxacındakı  markalanma  tam  uyğun  olmalıdır.  Bundan  başqa 

qalpaq və etiketə diqqət yetirmək lazımdır. Bunlara dair məlumat-

lar  tamamilə  uyğun  gəlməlidir.  Qalpaq  özü  “vint  altında” 

fırlanmamalı, hətta belə olduğu halda belə butulkadakı məhsulda 

axma olmamalıdır. Əgər axıdarsa belə məhsul hazırlayıcı-zavodda 

çıxdaş hesab edilir.  

Etiketə daxili hissədən baxıldıqda bir neçə bərabər yapışqan 

zolağı, yaxud başdan-başa nazik səliqəli qat nəzərə çarpır ki, bu da 

istehsalat şəraitində maşınla yapışqanlanmanı göstərir. Əgər əllə 

yapışdırılarsa,  yayma  bərabər  səviyyədə  olmur,  axıntılı  olur.  Bu 

isə primitiv hazırlanma üçün səciyyəvidir.  

Bundan başqa etiket, əks etiket və boyunbağı əyri yapışdırıl-

mamalı təmiz olmalı, onlarda olan məlumatlar normativ sənədlərin 

tələblərinə uyğun olmalıdır.  

Likor-araq  məmulatlarının  saxtalaşdırılmasının  aşkar  edil-




368 

məsinin bir sıra sadə kimyəvi metodları vardır. Çox vaxt cövhər-

lərdə  natural  xammalı  (meyvələr,  giləmeyvələr,  köklər,  otlar) 

sintetik  rəngləyicilər,  qliserin  və  sair  ilə  dəyişməklə  saxtalaşdı-

rırlar. Sintetik rəngləyicilər məhsula istənilən qələvi məhlulu əlavə 

edilməklə  müəyyən  olunur  (ammonyak,  soda  içkinin  həcmini 

artıran miqdarda). Mühitin pH-nın kəskin dəyişməsi təbii rəngləyi-

cilərin  rənginin  dəyişməsinə  səbəb  olur:  qırmızılar-çirkli-göy, 

bənövşəyilər-qırmızı və qonur rəng alır.  

Əgər  likor-araq  məmulatları  sarı,  narıncı  yaxud  yaşıl  rəngə 

malik  olarsa,  o  halda  qələvi  əlavə  edildikdən  sonra  onları  qız-

dırmaq lazım gəlir. Nəticədə təbii rəngləyici maddələr – karotin, 

karatinoidlər  və  xlorofil  parçalanır,  içkinin  sarı  və  narıncı  rəngi 

itərək yaşıl-qonur yaxud tünd-yaşıl rəngə çevrilir. Sintetik rənglə-

yicilərin rəngi isə bu şəraitdə dəyişmir.  

 

4.1.6



. Müxtəlif ölkə

l

ə

rd

ə

 

buraxılan l

ikor-araq 

m

əmulatları

 

 

 

Likor  və  kremlər.  Likorların  vətəni  Fransadır.  Dünyanın 

daha  məşhur  likorları  “Benedektin”  və  “Şartrez”-dir.  Onlardan 

birincisi  Le-Mausa  sahillərində  -  Fekame  şəhərində  yerləşən 

müqəddəs  Benedikt  monastırının  adı  ilə  bağlıdır.  Likor  ilk  dəfə 

burada  monarx  Dom  Bernarda  Vintsellinin  resepti  əsasında 

hazırlanmış  və  hələ  XVI  əsrdə  “Benedikt  eliksir”i 

adlandırılmışdır.  Macarıstanda  “Brendikt”ə  oxşar  “xubertus” 

likoru istehsal olunmuşdur. “Şartrez” likoru isə 1605-ci ildə Şartre 

monastırında  hazırlanmış  və  onun  resepti  ciddi  şəkildə  gizli 

saxlanılmışdır.  Buna  oxşar  likor  Ruminiyada  “Bonitak”  adı  ilə 

buraxılır.  

“Kyursko” likoru da çox məşhurdur. Öz adını məlum adanın 

adından götürmüşdür. Digər ölkələrdə “Kyuraso” likoru az şəkər 

və spirtlikdə buraxılır. Polşada giləmeyvə likoru “Rotafiya” məş-

hur olub, qaragilə, böyürtkən, moruq, albalı, itburnu şirələrindən 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə