Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə109/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   133

354 

süzgəclər  və  təzyiq  altında  işləyən  azbest  sellüloza  arakəsməli 

sıxıcı-süzgəclər tətbiq olunur.  

 

4.1.3. Eynil



əşdirmə

 v

ə

 ekspertiza 

 

4.1.3.1. M

ə

hsulun q

ə

bulu

, nümunənin götürülmə

si 

v

ə

 

sınaq metodları

 

 

Likor-araq  məmulatlarının  qəbulu,  nümunə  götürülməsi  və 

keyfiyyət göstəricilərinin təhlili standarta uyğun aparılır.  

Məhsul partiyalarla qəbul olunur. Partiya eyni adlı məhsulun 

istənilən miqdarı olub, bir müəssisə tərəfindən buraxılmaqla eyni 

kupaj  və  keyfiyyəti  əks  etdirən  vahid  sənədlə  rəsmiləşdirilən 

məhsul hesab olunur.  

Keyfiyyət  haqqında  sənəd  standartla  müəyyən  olunan  və 

lazım  olan  məlumatlara  malik  olmaqla,  məsul  şəxsin  imzası  ilə 

təsdiq olunmalıdır. Bükülmə və markalanmanın düzgünlüyü 4827-

70saylı QOST-un tələblərinə uyğun yerinə yetirilir.  

Likor-araq  məmulatlarının  keyfiyyətini  yoxlamaq  üçün 

götürülən butulkanın miqdarı partiyanın miqdarından asılı olaraq 

təsadüfi götürülmə metodu ilə müəyyən olunur (cədvəl 4.1). 

Cədvəl 4.1 

Partiyanın həcmindən asılı olaraq götürülən nümunə 

hissəciklərinin miqdarı 

Likor-araq məmulat-

larının həcmi, butulka 

Nümunə hissəciklərinin 

sayı, butulka 

Qəbul edilən ədəd, 

butulka 

501-1200 

20 



1201-10000 



32 

10001-35000 



50 

35001-50000 



80 

50001-dn çox 



125 

10 


 

Əgər  likor-araq  məmulatları  partiyasında  qüsurlu  butulkalar 

(deformasiyalı, etiketdə cırılma, yaxud etiket əyriliyi) nümunədə 



355 

qəbul  edilən  ədədə  bərabər  yaxud  az  olarsa  partiya  qəbul  edilir, 

əks halda çıxdaş edilir.  

Cədvələ  uyğun  olaraq  ağzının  bağlanmasında  səhvə  yol 

verilməmiş 4 butulka götürülərək orqanoleptik və fiziki-kimyəvi 

göstəricilər;  20  butulka  isə  doldurulma  səviyyəsini  müəyyən 

etmək  üçün  götürülür.  Müəyyən  olunmuş  qaydada  əsas  nümu-

nənin götürülməsi haqda 4 nüsxədən ibarət akt tərtib olunur.  

Butulkanın  boğazı  parça  qırığı  yaxud  kağızla  bükülür, 

kəndirlə  sarınır,  kardon  yaxud  ağac  birkada  şnurlanmış  etiketlə 

plomblanır yaxud sulğuc möhürlə möhürlənir. Etiketdə aşağıdakı 

məlumatlar göstərilməlidir: 

 

Hazırlayan,  qablayan,  ixracatçının  (göndərənin)  adı  və 



ünvanı; 

 



Likor-araq malumatlarının adı; 

 



Doldurulma tarixi; 

 



Nümunə  götürülən  partiyada  olan  butulkaların  sayı  və 

miqdarı və tutumu,dm

3





 

Nümunənin götürülmə tarixi

 

Keyfiyyətə dair sənədin adı və sayı; 



 

Nümunənin gütürülməsində iştirak edən şəxsin soyadı və 



imzası. 

Analiz aparılması üçün birləşdirilmiş əsas nümunənin 4 butul-

kasından  2-si  götürülür.  Qalan  2-i  hazırlayıcıda  2  ay  müddtində 

(fikir ayrılığı yaranma ehtimalına görə) saxlanır.  

 

4.1.3.2. Orqanoleptik t

ə

hlil  

 

Orqanoleptik təhlil aşağıdakı göstəricilərə görə aparılır: 

Şəffaflıq. Baxılmaqla, yaxud işıq ekranında təyin olunur. 

Rəng.  Baxmaqla  yaxud  fotoelektrokolorometrin  köməyilə 

təyin olunur. 

Ətir  və  dad.  Təhlil  olunan  məmulatlardan  50  sm

3

-a  yaxın 



miqdarda  dequstasiya  qədəhinə  tökülərək,  normativ  sənədlərdə 


356 

ona verilən tələblərə uyğun qaydada ətir və dadı təyin edilir.  

Doldurulma  səviyyəsi.  Təhlil  üçün  ölçülü  laboratoriya 

qablarından  istifadə  edilir.  Likor-araq  məmulatları  pipetkanın 

köməyilə hər 20 butulkadan bir olmaqla ölçülü kolbaya keçirilir. 

Doluluğun çatışmazlığı yaxud artıqlığı müəyyən edilir. Aparılan 

təhlillərdən orta qiymət çıxarılır.  

Tündlük. Təhlil olunan nümunədən qovulma yolu ilə destilyat 

alınır və areometrlə onun spirtliyi təyin olunur. Ölçmələrin xətası 

həcmə görə 0,1%-dir. 

Ümumi ekstraktın kütlə payı. Analiz üçün piknometrik yaxud 

refraktometrik metod istifadə olunur.  

Şəkərin kütlə qatılığı. Fellinq məhlulu ilə birbaşa titrləməklə 

təyin olunur. Bu metod daha dəqiq olub, fikir ayrılıqları yarananda 

istifadə olunması tövsiyə olunur.  

Alternativ  metod  kimi  fotoelektrometrik  metodlarından  biri 

(pikrin turşusu yaxud antron reagenti ilə) tətbiq olunur. 

Turşuların  kütlə  qatılığı.  Asidometrik  (bromtimolblau  indi-

qatoru ilə yaxud fenolftalienlə) yaxud elektrometrik titrləməkdən 

istifadə olunur. 

Məmulatda  turşuların  kütlə  qatılığı  limon  turşusuna  çevir-

məklə q∕100

3

-la ifadə olunur.  



Normativ sənədlərə əsasən likor-araq məmulatları şəffaf, kə-

nar qarışıqsız olmalıdır. Özünü kənar qarışıqlarsız bircinsli qeyri-

şəffaf maye kimi göstərən emulsiya likorları istisanalıq təşkil edir.  

Butulkanı çevirdikdə müşahidə edilən və çalxalandıqda  yox 

olan bulanlıq damla əmələ gəlməsi yol veriləndir.  

Orqanoleptik təhlil 10 bal sistemi ilə aparılır (cədvəl 4.2). 

İçki  nümunəsinin  optimal  yoxlanılan  miqdarı  5  sm

3

,  ağızda 



saxlanma  müddəti  10-15  saniyədir.  Içki  nümunəsi  udulmayıb, 

ağızdan kənar edilir. 

Sonra ağızı destillə edilmiş su ilə, qədəhi isə - zəif etil spirti 

məhlulu  ilə  yaxalayırlar.  Bir  neçə  nümunənin  dequstasiyasında 

əvvəlcə  az  ətirlilər,  sonra  ətir  və  dadı  daha  ifadəli  olanlar 

qiymətləndirilir.  




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə