Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə117/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   133

379 

- sortlaşdırmanın süzülməsi; 

- sortlaşdırmanın fəal kömürlə işlənməsi

- arağın süzülməsi; 

- arağın tündlüyünün yoxlanması və onun nizamlanması; 

- arağın butulkaya doldurulması və xarici tərtibatı. 

 

 

Şə



kil 4.4

. Araq istehsalının prinsipial texnoloji sxemi

 

 

Suyun hazırlanması. Su-arağın başlıca tərkib hissəsidir. Tər-

kibindəki qarışıqlardan asılı olaraq, arağın şəffaflığı, dadı və sax-

lanmağa davamlığı müəyyən olunur. Su, içilən suya verilən stan-

dartlara cavab verməli və ümumi codluğu 1 mq ekv/dm

3

-dən çox 



olmamalıdır. Suyun optimal duz tərkibi haqqında yekdil fikir yox-

dur. Lakin şübhə yoxdur ki, natrium və kalium hidrokarbonat və 

az  miqdarda  kalsium  hidrokarbonat,  natrium  və  kalium  xlorid 

müsbət  rol  oynayır.  Likor-araq  məmulatları  istehsalında  suyun 

yumşaldılması üçün daha çox natrium-kationit üsulundan istifadə 

olunur.  Emala  verilən  suyun  qələviliyi  100  sm

3

  suya  6sm



3

  0,1 



380 

mol/dm


3

 HCl-dan çox olmamalıdır. Daha qələvili su birgə H-Na-

kationlaşdırmaya verilir. Suyun duz tərkibini yaxşılaşdırmaq üçün 

codluğu 10-12 dəfə azaldan membran texnologiyasından istifadə 

edilməsi  məqsədəuyğundur.  Bu  halda  dəmir  ionları,  sulfatlar 

demək olar ki, tamamilə, üzvi birləşmələr 50-70%, kolloidlər 80-

90% kənarlaşdırılır. Araq istehsalına verilən yumşaldılmış suyun 

codluğu 0,2 mq ekv/dm

3

-dən çox olmamalıdır. 



İnqredientlərin  hazırlanması.  Buraxılan  arağın  reseptinə 

uyğun  olaraq  sortlaşmaya  (kupaja)  az  miqdarda  inqredientlər  - 

şəkər, bal, limon turşusu, qida sodası (natrium hidrokarbonat), ka-

lium permanqanat, quru süd, sirkə turşusu və s. vurulur. Məsələn, 

1000 dal «Stoliçnaya» arağının kupajına 20 kq rafinad şəkər-tozu; 

«Ekstra»  arağının  kupajına  25  kq  rafinad  şəkər-tozu  və  8-10  q 

KMnO

4

 əlavə olunur.  



Şəkər kupaja 65,8% qatılıqda şəkər şərbəti, yaxud invert şəkər 

şəklində vurulur. 

Bal əvvəlcədən araqla 1:10 nisbətində (1 kq bal 10 dal arağa 

qatılmaqla)  qarışdırılır,  azbest  selliloz  (kizelqur  yaxılmış-1  m

2

 

səthə 3 kq kizelqur təbəqəsi) təbəqəsindən süzülür. Bu balın həll 



olması  zamanı  əmələ  gələn  kolloid  maddələrin  kənar  edilməsi 

məqsədilə aparılır. Şəkər şərbəti və bal məhlulu kupaja onun fəal 

kömürlə  işlənməsindən  sonra  vurulur.  Kalium  permanqanat  isə 

sulu məhlul şəklində şəkər şərbətindən qabaq kupaja əlavə olunur. 

Bəzi araq növləri hazırlayarkən reseptə əsasən kupaja natrium 

asetat və natrium hidrokarbonat (qida sodası) əlavə olunur. 

Natrium  hidrokarbonat  qabaqcadan  paslanmayan  poladdan 

hazırlanmış  çəlləkdə  az  miqdar  kupaj  materialı  ilə  bircinsli  sus-

penziya  alınana  qədər  qarışdırılır.  Sonra  qarışıq  kupaj  çəninə 

keçirilir, su-spirt məhlulunun əsas kütləsi ilə 10 dəqiqə qarışdırılır. 

15  dəqiqə  sakit  buraxılır  və  yenidən  qarışdırılaraq  üzərinə  irəli-

cədən  hazırlanmış  natrium  asetat  məhlulu  əlavə  olunur.  Çəlləyə 

0,4 dm

3

 80%-li sirkə turşusu (1000 dal kupaja) tökülür, 2 dm



3

-a 


qədər yumşaldılmış su əlavə olunaraq duruldulur və alınan məhlul 

daimi  qarışdırılmaqla,  neytral  reaksiya  əmələ  gələnədək  üzərinə 




381 

az-az natrium hidrokarbonat əlavə olunur. 

«Posolskaya» arağına yağsızlaşdırılmış quru süd əlavə olunur. 

Bu, 1000 dal-a 6,2 kq hesabı ilə edilir. 

Quru  süd  əvvəlcədən  20  dal  suda  çalınır,  qarışdırılır  və  2-3 

saatdan sonra su-spirt qarışığına vurulur. Süd kupaja əlavə olun-

duqdan sonra qarışdırılır və 2-3 saat sakit buraxılır. Spirtin təsiri 

altında süd zülalının pıxtalaşması baş verir və bu, qabın dibində 

pambıqvari  çöküntü  əmələ  gəlməsi  ilə  nəticələnir.  Pambıqvari 

çöküntü öz səthi ilə su-spirt məhlulunda olan üzvi və rəng mad-

dələrini sorbsiya edərək çökdürür. Nəticədə araq kristall parlaqlıq 

və yüksək dad keyfiyyəti qazanmış olur. 

«Skazka»  adlı  xüsusi  araq  hazırlandıqda  1000  dal-a  sərbəst 

şəklində 20 kq şəkər tozu və 3,9 dm

ətirli spirt əlavə olunur. 



Su-spirt qarışığının hazırlanma üsulları. Su-spirt qarışıqları 

fasiləli və fasiləsiz üsullarla hazırlanır. 



Fasiləli üsul. Spirt və suyu xüsusi çəndə qarışdırırlar. 

Kupaj hazırlamaq üçün çən-qarışdırıcıya əvvəlcə hesablanmış 

miqdarda  spirt,  sonra  yumşaldılmış  su  əlavə  olunur.  Möhkəm 

qarışdırıldıqdan sonra tündlüyünü təyin etmək məqsədi ilə ondan 

nümunə  götürülür.  Əgər  kupajın  tündlüyü  lazım  olan  səviyyədə 

olmazsa, onu tənzimləyir və ikinci dəfə möhkəm qarışdırırlar. 

Çən-qarışdırıcıya  əvvəlcə  spirt,  sonra  suyun  ardıcıllıqla 

vurulması qarışma prosesini sürətləndirir.  Belə ki, spirtin sıxlığı 

suyun  sıxlığından  az  olduğundan  yuxarıya  qalxır  və  daha  yaxşı 

qarışmanı təmin edir.  

Spirt və suyu çənə eyni vaxtda da vurmaq olar. Bu halda spirt 

çən tam dolduqda su ilə qarışmış olur. Spirtin daha əvvəl vurul-

ması məqsədəuyğundur. Bu üsulla kupajın hazırlanması 1,5 saat 

davam edir. 



Fasiləsiz  üsul.  Bir  sıra  zavodlarda  su-spirt  qarışığını  hazır-

lamaq üçün fasiləsiz işləyən qarışdırıcıdan istifadə olunur. Spirt və 

yumşaldılmış su rezervuardan təzyiq bakına vurulur. Bakda səv-

viyə  nizamlayıcı  qoyulmuşdur.  Spirt  və  suyun  sərfi  rotametrlə 

nizamlanır. Spirt və su 1:(1,38-1,44) nisbətində təzyiq nizamlayıcı 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə