Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə26/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   133

84 

 



açıq – yarımtünd, tünd, spirtsiz; spirtli; original – açıq sona 

qədər qıcqırma müddəti uzadılmaqla və əlavə olunan mayaotunun 

norması yüksəldilməklə; 

 



pasterizə olunmuş – bioloji dayanıqlığı yüksəldilməklə isti 

işlənmə ilə alınmış; 

 

xüsusi – dad, yaxud ətirli əlavələr tətbiqi ilə hazırlanmış. 



Açıq sort pivələr xüsusilə çox buraxılır. Hər bir sort müəyyən 

ətir, dad, rəng, quru maddələrin kütlə payı və spirtin miqdarı ilə 

xarakterizə olunur. 

İlkin şirədə quru maddələrin kütlə payından asılı olaraq pivə 

aşağakı əsas qruplara bölünür: 

 

8%-li açıq 



10%-li açıq 

11%-li açıq 

12%-li açıq 

13%-li açıq 

14%-li açıq 

15%-li açıq 

16%-li açıq 

17%-li açıq 

18%-li açıq 

20%-li açıq 

12%-li tünd 

 

13%-li tünd 



 

14%-li tünd 

 

15%-li tünd 



 

16%-li tünd 

17%-li tünd 

18%-li tünd 

20%-li tünd 

21%-li tünd 

 

Quru maddələrin kütlə payı faizlə yaxud Ballinq dərəcəsi ilə 



göstərilir. Az miqdar spirtə malik pivə 5%-ə qədər, orta – 12%-ə 

qədər, tünd (spirt baxımından)  – 14%-dən çox ilkin şirənin quru 

maddələrinin kütlə payına malik olur. 

Açıq  pivə  istehsal  etmək  üçün  açıq  yaxud  orta  rəngə  malik 

səmənidən istifadə edilir. Tünd sortlar (rənginə görə) tünd yaxud 

karamel və qovrulmuş səməni əlavə edilməklə istehsal olunur. 

Emal  üsuluna  görə  pivələr  pasterizə  olunmuş  və  olunmamış 

(QOST 3473-78) kimi fərqləndirilir. 

Pivə  az  spirtli  içkilər  qrupuna  (spirtliyi  8  h.%-ə  qədər)  aid 



85 

edilsə  də,  tündlüyü  bu  həddən  xeyli  yüksək  olan  çeşidlərə  də 

təsadüf olunmaqdadır. Qeyd olunanlar bu bölgünün bir qədər şərti 

olmasına dəlalət edir. 

 

1.3.2. Piv

ə

nin qida d

ə

y

ə

ri 

 

Pivənin insan orqanizminə faydalılığı ilkin xammalın kimyəvi 

tərkibindən asılıdır. Pivə bir sıra vacib komponentlərə malik olub

ondan vitaminlər, mineral maddələr və üzvi turşular daha vacib yer 

tutur.  Az  miqdarda  karbonatlar  və  azotlu  maddələr  də  olur.  Bu, 

digər alkoqollu içkilərlə müqayisədə pivənin olduqca yüksək qida 

və enerji dəyərini müəyyən edir. 

B  qrup  vitaminləri  pivədə  əsaslı  yerə  malik  olub,  1  dm

3

-da 


miqdarı  yaşlı  insanın  gündəlik  tələbatının  10-35%-i  təşkil  edir. 

Belə ki, ilkin şirəsinin ekstraktlığı 10% olan 1 dm

3

 pivə 20-50 mkq 



tiaminə, 340-560 mkq riboflavinə, 800-900 mkq nikotin turşusuna 

malik olur. Mineral maddələrdən pivədə 0,4-1,0 q/dm

3

 miqdarında 



olan fosfatları qeyd etmək olar. 

Beləliklə, pivə kifayət qədər yaxşı enerji mənbəyi olub, digər 

alkoqollu içkilərdən, o cümlədən araqdan fərqli olaraq onda olan 

kalori «boş» deyildir. 

Mayaotununu  acı  maddələri  öd  ifrazını  artırır  və  həzm 

prosesini  yaxşılaşdırır.  Pivənin  kolloidləri  həzm  aparatında 

emulqator  və  disperqator  rolu  oynayaraq  qidanın  həzmə 

gediciliyini  yaxşılaşdırır.  Bu  hər  şeydən  əvvəl  dekstranlara, 

yüksək molekullu zülallara və şimin maddələrinə aiddir. 

Çox  saylı  tədqiqat  və  müşahidələr  pivənin  tərkibində  olan 

vitaminlər,  mineral  maddələr,  üzvi  turşular,  azotlu  maddələr  və 

onların  komplekslərinin  sağlam  və  xəstə  orqanizmin  mübadilə 

proseslərinə yaxşı təsir etdiyini sübut edir. 

Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  pivə  –  alkoqollu  içki 

olub, faydalı və ya faydasız olmasını onun içilən miqdarı müəyyən 

edir. Pivənin normadan artıq içilməsi orqanizmdə zərərli fəsadlar 




86 

və  alkoqolizm  yarada  bilər.  Elmi-tədqiqat  məlumatlarının  təhlili 

göstərir  ki,  ayrı-ayrı  fərdlər  üçün  zərərsiz  və  müəyyən  insanlar 

üçün faydalı istehlak dozası günə 330 q (13,2 q spirt) pivədir.  

Pivədə  bu  və  ya  digər  qida  maddələrinin  miqdarı  məhsulda 

onların 100 sm

3

-da kütlə payı ilə (q, mq, mkq və s.), enerji dəyəri 



isə – 100 sm

3

 məhsulda kilokalorii ilə ifadə olunur. 



 

1.3.3. 

İstehsal texnologiyası

 

 

1.3.3.1. Piv

ə

 

istehsalının qısa tarixi

 

 

Pivə insan cəmiyyəti tarixində hazırlanan ən qədim alkoqollu 

içkidir. Pivə hazırlanmasına dair ilk məlumatlar bizə şümerlərdən 

gəlir.  Onlar  təqribən  9  min  il  bundan  əvvəl  arpa  səmənisindən 

istifadə  etməklə  içki  hazırlamağı  bacarmış  və  onun  reseptini 

daşlarda  əks  etdirmişlər.  5  min  il  bundan  əvvəl  pivəbişirmə 

prosesinin bütün xırdalıqları mixi qrafikalı mətnlərdə yazılmışdır. 

Qədim xalqlara pivənin çoxlu sortları, o cümlədən arpadan acı və 

bal əlavə olunmaqla hazırlanan yumşaq dadlı pivələr məlum idi. 

Mesopotomiyada yaşayan şumerlər və digər xalqlardan pivə 

bişirmək bacarığı qədim Misirə də yayılmışdı. Burada kasıbların 

əsas qidası pivə, həmçinin soğan və çörək idi.  

Slavyan  xalqlarında  pivənin  mövcudluğuna  dair  ilk 

məlumatlar  448-ci  ilə  aiddir.  Həmin  məlumata  görə  Xəzərlər 

Yunan səfirini pivəyə qonaq etmişlər. IX əsrdə pivəbişirmə artıq 

Kiyev və Novqorod torpaqlarında da yayılmışdı. 

Rusiyada  pivəbişirmənin  tarixi  XX  əsrin  əvvəllərindən 

başlamış və bir çox kataklizmlərlə müşayət olunmuşdur. 1910-cu 

ildə  sərxoşluqla  mübarizəyə  dair  birinci  ümumrusiya  qurultayı 

keçirildi.  Onun  nəticəsi  olaraq  kütləvi  şəkildə  pivə  köşkləri 

bağlandı və pivə istehsalı dayandırıldı. 1914-cü ildə Birinci Dünya 

müharibəsinin  başlanması  ilə  əlaqədar  olaraq,  nəinki  araq  hətta 

pivə  satışının  qadağan  olunmasına  dair  fərman  verildi.  Məhsul 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə