260
YÜZ BEŞİNCİ MƏKTUB
16 Rəbiüs-Sani 1330
Bəhsin yekunlaşdırılması tələbi.
Xahiş olunur ki, bizim bu faydalı bəhsimizi daha da təkmilləşdirərək İmam və Zəhradan (ə)
başqalarının dəlil gətirdiklərini nəql edəsiniz. Fəzl və üstünlük sizinlədir. Vəssalam.
“S”
261
YÜZ ALTINCI MƏKTUB
18 Rəbiüs-Sani 1330
1. İbn Abbasın dəlili.
2. Həsən (ə) və Hüseynin (ə) dəlilləri.
3. Səhabədən olan şiə böyüklərinin dəlilləri.
4. Onların Peyğəmbərin (s) vəsiyyətindən dəlil gətirmələrinə işarə.
1. Sizin nəzərinizi İbn Abbasla Ömər arasında olan uzun bir mübahisəyə cəlb edirəm:
“Ömər, İbn Abbasa dedi: İbn Abbas, heç bilirsənmi Məhəmməddən (s) sonra qohumlarınız
niyə sizi öz haqqınızdan məhrum etdilər? İbn Abbas deyir: Mən onun cavabını vermək
istəmirdim, ona görə də dedim: Əgər mən də bilməsəm, Əmirəl-möminin bilər. Ömər dedi:
Onlar həm nübüvvətin, həm də xilafətin hər ikisinin sizdən olmasını istəmirdilər və bundan
sevinmirdilər. Elə buna görə də Qüreyş xilafəti özünə götürdü və öz işində müvəffəq də oldu.
İbn Abbas deyir: Əgər mənə danışmağa icazə versən və mənə qəzəblənməsən, sənin cavabını
verərəm. Dedi: De görüm. Dedim: Sizin bu işi dediyiniz kimi, o vaxt müvəffəqiyyət
adlandırmaq olardı ki, Allah özü onlara vermiş olaydı və daha bundan sonra onu Qüreyşdən
almaq olmazdı. Amma onların nübüvvət və xilafətin hər ikisinin bizdən olmağını
istəməməkləri isə bu ayə ilə cavablandırılacaq:
احم اوُهمرحك ْمُهَّـنحأمب حكملحذ
ْمُحلَاحمْعحأ حطحبْححأحف ُهَّللا حلحزنحأ
“Onlar
Allahın nazil etdiyindən narahat idilər, elə buna görə də Allah onların əməllərini yox etdi.”
1
Ömər dedi: Heyhat, ey İbn Abbas, sənin barəndə mənə elə sözlər gəlib çatıb ki, istəmirəm
onları özün iqrar edəsən və beləliklə, məqamın mənim yanımda aradan getsin. Dedim: Nə
sözlər? Əgər haqq söz demişəmsə, məqamım sənin yanında aradan getməməlidir. Yox, əgər
batil sözlərdirsə, onları özümdən uzaqlaşdıraram. Ömər dedi: Mənə xəbər veriblər ki, sən
“xilafəti həsəd və zülmlə öz mərkəzindən uzaqlaşdırmışlar” – söyləmisən. Bu doğrudurmu?
Dedim: Bu ki, hər bir nadan və ağıllıya aydındır. Əgər həsəd deyirsənsə elə Adəmin özünə də
həsəd etdilər və indi bizə – onun balalarına həsəd edirlər. Ömər dedi: Heyhat! Heyhat! And
olsun Allaha, siz Bəni-Haşimin qəlbləri elə bir həsədlə doludur ki, bir daha aradan
getməyəcəkdir. İbn Abbas deyir ki, mən də dedim: O qəlbləri ki, Allah bütün pisliklərdən
silmiş və onları pak qərar vermişdirsə,
2
bu cür vəsfləndirmə.”
3
Yenə bir gün o ikisinin arasında mübahisə düşdükdə Ömər soruşdu: “Əmin oğlu necədir?
İbn Abbas deyir ki, elə bildim məqsədi Abdullah Cəfərdir. Dedim ki, o öz yoldaşları ilə
gününü keçirdir. Dedi: Məqsədim o deyil. Məqsədim siz Əhli-beytin böyüyüdür. Dedim: Su
quyusu qazır, arx salır və Quran oxumaqla məşğuldur. Dedi: Bütün qurban olmuş dəvələrin
qanı sənin boynunda qalsın (günahkarsan), əgər soruşacağım şeyi məndən gizlətsən. De
görüm, onun qəlbində yenə də xilafət arzusu vardırmı? Dedim: Bəli. Dedi: Yəni, belə güman
edir ki, Peyğəmbər (s) onun xəlifəliyinə aşkar surətdə işarə etmişdir? İbn Abbas deyir: Mən
atamdan bu barədə soruşarkən, atam belə demişdi: (Əli) düz deyir (yəni Peyğəmbər (s) aşkar
surətdə buyurub ki, Əli (ə) xəlifədir). Ömər dedi: Düzdür ki, Peyğəmbər danışıqda onun (Əli)
üçün çox böyük məqama qail idi (onu çox tərifləyirdi). Amma bu söhbətlər heç bir şeyi sabit
1
“Məhəmməd”, ayə 9.
2
“Əhzab”, ayə 33.
3
Bu hadisəni ibn Əsirin “Kamil” kitabından gətirdik. Onu 23-cü il hadisələri babında (səh. 24) Ömərin
tərcümeyi-halında nəql etmişdir. İbn Əbil-hədid də Ömərin tərcümeyi-halında (“Nəhcül-bəlağənin şərhi”, 3-
cü cild, səh.107) nəql etmişdir.
262
etmir, Peyğəmbər hərdən istəyirdi ki, ümməti onunla (Əli) və xilafəti ona tapşırmaqla
imtahana çəksin. Hətta xəstələndiyi zaman onun adını aşkar surətdə çəkmək də istəyirdi ki,
mən qoymadım.”
1
Bir dəfə də (üçüncü dəfə) onlar mübahisə etməyə başladılar. Bu zaman Ömər İbn Abbasa
dedi: “Sənin dostunu məzlum görürəm. İbn Abbas dedi: Belə isə, ondan zorla alınanı ona
qaytar. Bu vaxt Ömər əlini əlimdən çəkib, getdi. Bir saata yaxın hey, özü-özüylə deyinəndən
sonra dayandı. Mən ona çatdıqda dedi: İbn Abbas, mənə elə gəlir ki, onun öz haqqına
çatmamasının səbəbi qohumlarının onu kiçik bilməsi olmuşdur. Dedim: Amma Allaha and
olsun ki, Allah və rəsulu ona əmr etdikdə ki, “bəraət”i (Tövbə surəsinin ilk ayələri) sənin
dostundan (Əbu Bəkr) alıb, (məkkəlilərə) oxusun, (onda onu) kiçik saymırdılar. Ömər üzünü
məndən çevirib sürətlə uzaqlaşdıqda, mən də geri qayıtdım.”
2
Ümmətin alimi, haşimilərin dili və Peyğəmbərin əmisi oğlu olan Abdullah İbn Abbas üçün
belə mübahisələr çox qarşıya çıxmışdır ki, iyirmi altıncı məktubda onun Əliyə (ə) düşmən
olan bir qrupla mübahisəsini (İbn Abbas o həzrət üçün ondan çox gözəl xüsusiyyət saymışdı)
yada sal. O hədisdə deyilirdi ki, Peyğəmbər (s) öz əmisi oğullarına buyurdu: “Sizlərdən
hansınız bu dünya və axirətdə mənimlə həmkarlıq etməyə və yoldaş olmağa hazırsınız? Heç
kim müsbət cavab vermədikdə o zaman Əli (ə) dedi ki, mən həm bu dünyada, həm də axirətdə
səninlə yoldaş olmağa hazıram. O həzrət Əliyə (ə) buyurdu: Sən bu dünyada və axirətdə
mənim vəlimsən.” Sonra İbn Abbas deyir: “Peyğəmbər (s) Təbuk döyüşünə getmək üçün
Mədinədən çıxdıqda, camaat da o həzrətlə birgə xaric oldular. Əli (ə) ərz elədi: Mən də səninlə
birgə hərəkət edimmi? Peyğəmbər (s) buyurdu: Yox. Əlinin (ə) gözləri doldu. Peyğəmbər (s)
ona buyurdu: İstəmirsənmi sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun?
Yalnız bu fərqlə ki, məndən sonra bir daha peyğəmbər gəlməyəcəkdir. Mən gedən zaman sən
mənim xəlifəm və canişinim olacaqsan.”
İbn Abbas bunu da əlavə edir ki, Peyğəmbər (s) ona buyurdu: “Sən məndən sonra bütün
möminlərin vəlisi olacaqsan.” Eləcə də buyurdu: “Mən kimin mövlasıyamsa, həqiqətən, Əli
(ə) də onun mövlasıdır.”
2. O zaman Bəni-Haşimdən bir çoxları bu cür dəlillər gətirmişlər. Hətta bir dəfə Həsən ibn
Əli (ə) Əbu Bəkri Peyğəmbərin (s) minbərində oturarkən gördükdə, irəli gəlib dedi: “Atamın
yerindən qalx, düş aşağı.” Ömər də (xəlifə olduğu vaxt) minbərdə olarkən Hüseyn (ə) onunla
bu cür rəftar etmişdi.
3
3. Şiə kitablarında səhabə və tabeinlərdən olan haşimilər və onların dostlarının çoxlu dəlil-
sübut gətirmələri qeyd olunmuşdur ki, maraqlananlar onlara müraciət edə bilərlər. Amma
hələlik Təbərsinin “Ehticac” kitabında bu şəxslərin dilindən nəql olunmuşlar bizim üçün
kifayətdir; Xəlifə ibn Səid ibn As Əməvi,
4
Salman Farsi, Əbuzər Qəffari, Əmmar Yasir,
1
İmam Əbülfəzl Əhməd ibn Əbu Tahir “Bağdadın tarixi” kitabında bu hədisi mötəbər sənədlə İbn Abbasdan
nəql etmişdir. Həmçinin ibn Əlil-Hədid “Nəhcül-bəlağənin şərhi”nin 3 cildində Ömərin tərcümeyi-halında
(səh. 97) onu qeyd etmişdir.
2
“Nəhcül-Bəlağənin şərhi”, İbn Əbil-Hədid, 3-cü cild, 105-ci səh. və bir çox başqaları nəql etmişlər.
3
İbn Həcər hər iki qəziyyəni (hadisəni) “Səvaiq” kitabının, “əl-məvəddətə fil qurba” ayəsinin izahında nəql
etmişdir. 105-ci səhifəsinə müraciət olunsun. Darü-Qütni İmam Həsənin (ə) Əbu Bəkrlə olan cərəyanını, ibn
Səd də İmam Hüseynin (ə) Ömərlə olan cərəyanını yazmışlar.
4
Səid ibn As Əbu Bəkrin xilafətini qəbul etməyib ona üç aya kimi beyət etməyən şəxslərdən idi. Bu mətləbi
əhli-sünnənin böyüklərindən bəziləri qeyd etmişlər. Məsələn: İbn Səd “Təbəqat” kitabının 70-ci səhifəsində,
Xalidin şərhi-halında yazmışdır ki, Əbu Bəkr Şama qoşun yetirmək istədikdə Səid ibn As üçün (onun evinə)
bir bayraq göndərdi. Ömər Əbu Bəkrə dedi ki, Səidi sərkərdə etmisən, halbuki (sənin haqqında) o cür sözlər
demişdir. O qədər təkid etdi ki, axırda Əbu Bəkr Əbu Ürvə Dusini göndərərək xəbər verdi ki, Peyğəmbərin
(s) xəlifəsi buyurur: Bizim bayrağımızı qaytar. Səid də bayrağı ona qaytarıb dedi: Sizin vilayətiniz bizi
xoşhal etmədiyi kimi, çıxarmağınız da narahat etmədi. Sonra Əbu Bəkr Səidin evinə gələrək ondan üzrxahlıq
edib xahiş etdi ki, daha bu barədə Ömərlə heç bir şey danışmasın.
Dostları ilə paylaş: |