|
![](/i/favi32.png) Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]Gübrələrin və pestisidlərin su obyektlərinə daxil olmasının qarşısının alınması
|
səhifə | 12/66 | tarix | 24.03.2023 | ölçüsü | 4,53 Mb. | | #103110 |
| lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars nGübrələrin və pestisidlərin su obyektlərinə daxil olmasının qarşısının alınması..
Pestisidlərin su obyektlərinə düşməsini məhdudlaşdırmaq.
Sahilyanı su mühafizəsi zonaları.
Süni aerasiya.
Çayların dibdəki çöküntülərindən təmizlənməsi.
Yeraltı suların çirklənmədən mühafizəsinin əsas tədbirləri. Yeraltı suların çirklənmədən mühafizəsinin əsas tədbirləri aşağıdakılardır:
1)Yeraltı su yataqlarının sanitar mühafizəsi üç növ qadağan zonasından ibarətdir.
Birinci zona – su çıxışları yerindən maksimum 0,5km radiuslu sahəni əhatə edərək ciddi rejimli qadağan zonası adlanır. Bu zonada yeraltı suları tədqiq və istismar obyektlərindən başqa heç bir təsərrüfat işlərinin aparılmasına icazə verilmir.
İkinci zona - su çıxışlarının yerləşdiyi mənbədən yerin geoloji və geomorfoloji quruluşu ilə əlaqədar olaraq 0,5-2,0km radiuslu sahəni əhatə edən məhdudlaşdırılan sahə adlanır. Bu zonada kurort-sanatoriya obyektlərindən başqa heç bir təsərrüfat işlərinin aparılmasına icazə verilmir.
Üçüncü zona - su çıxışları yerindən 2,0-5,0km radiuslu sahəni əhatə edərək müşahidə zonası adlanır. Buradakı binaların su və kanalizasiya sistemləri etibarlı olmalıdır. Heyvandarlığın inkişaf etdirilməsi və qəbristanlıq salınmasına icazə verilmir. Qeyd olunan zonalar xəritələşdirilərək müvafiq dövlət qurumları tərəfindən təsdiq olunur.
2) Profilaktik tədbirlər: yeraltı suların keyfiyyətinə nəzarət və onun üzərində müşahidə, sanitar nöqteyi-nəzərdən yeraltı suların götürülməsinin etibarlı qurğuları.
3) Lokal: çirklənmə zonasından sudaşıyıcı laya qədər çirklənmələrin hərəkətinin məhdudlaşdırılması.
4) Bərpaedici: sudaşıyıcı layın çirklənməsinin aradan qaldırılması və yeraltı suların təbii keyfiyyətinin bərpa edilməsi məqsədi güdür.
Çirkab suların təmizlənməsi. Çirkab suların təmizlənməsi dedikdə, onların tərkibindən zərərli maddələrin dağıdılması və ya yox edilməsi məqsədi ilə emalı başa düşülür.
Çirkab suların təmizlənməsi üsulları iki qrupa bölünü: 1)Destruktiv üsullar – bu üsulların tətbiqi vaxtı çirkab suları çirkləndirən maddələri oksidləşmə, kimyəvi və fiziki-kimyəvi yollarla dağıdılır. 2) Regenerasion üsullar – onlar aşağıdakılara imkan verir: - işlənilmiş maye qalıqlarını texnoloji dövriyyəyə qaytarmaq; - digər istehsal sahəsində istifadə etmək; - onlardan qiymətli maddələri ayıraraq çıxarmaq.
Çirkab suların təmizlənməsinin prinsipial sxemi şəkil 3.11-də verilmişdir.
Şəkil 3.11. Çirkab suların təmizlənməsinin prinsipial sxemi
Dostları ilə paylaş: |
|
|