Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Nəqliyyat sistemlərinin mənfi təsirlərdən mühafizə məsələləri



Yüklə 4,53 Mb.
səhifə8/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   4   5   6   7   8   9   10   11   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Nəqliyyat sistemlərinin mənfi təsirlərdən mühafizə məsələləri.
Çirklənmə - su mühitinə daxil edilmiş və ya burada əmələ gələn istənilən çirkləndiricidir. Çirkləndirici – su mühitinə daxil olan və orada müəyyən normadan artıq əmələ gələn istənilən təbiət və ya antropogen fiziki, kim­yəvi, bioloji maddədir müasir dövrdə sututarları çirklən­dirən 2000-dən artıq maddə məlumdur. Çirkləndiricilər su mühitinə ya konsentrasiya olunmuş tullantılar, ya da diffuziya nəticəsində daxil olur. Çirklən­mə mənbələri kimi elə obyektlər qəbul olunur ki, onlar tərəfindən səth sularının keyfiyyətini pisləşdirən, onların istifadə imkanlarını məhdudlaşdıran, həmçinin sututarın dibinə və sahilinə mənfi təsir göstərən atılmış zərərli mad­dələr mənbələridir.
Mənşəyinə görə fərqlənən suların çirkləndiricilərinin iki növü mövcuddur:
-təbii və ya təbiət – bu, maddələrin dövranının ayrıl­maz hissəsi olan suyun dövranı ilə şərtləndirilir. Su bir faza vəziyyətindən digərinə keçərək, çox böyük miqdarda kimyəvi birləşmələri, küləklə sovrulmuş dağ süxurlarını, vulkan külünü, bakteriyanı və s. əridir, toplayır və daşıyır. Təbii çirklənmə mənbələrinə güclü minerallaşmış (duzlu və şor) yeraltı və dəniz suları da aiddir. Onlar sugötürücü tikililərin istismarı vaxtı və ya quyulardan suyun çıxarılma­sı vaxtı şirin çirklənməmiş suların tərkibinə daxil ola bilərlər.
-antropogen – belə çirklənmə mənbələrinə yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı müəssisələri aid­dir. Hidrosferə əsas birbaşa təsir göstərən obyektlərə aiddir: iri su anbarlarının, suvarma kanallarının, suyun digər yerlərə verilməsi sistemlərinin tikintisi; sənaye ehti­yacları, torpaqların suvarılması, kommunal təsərrüfat üçün yerüstü və yeraltı suların götürülməsi; tərkibində çirk­ləndirici maddələr olan çirkab sularının çaylara, dəniz və okeanlara axıdılması.
Ətraf mühitin mühafizəsi dedikdə canlı (bitki və heyvanat aləmi) və cansız (su, torpaq, hava, iqlim və s.) təbiətin saxlanılmasına, səmərəli istifadəsinə və bərpasına, insanın təsərrüfat fəaliyyətinin onun sağlamlığına və ətraf mühitə birbaşa və dolayı təsirinin xəbərdarlığına yönəlmiş tədbirlər sistemi başa düşülür.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə