|
![](/i/favi32.png) Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]İnsanların havadakı zərərli və zəhərli qarışıqlardan mühafizəsi
|
səhifə | 10/66 | tarix | 24.03.2023 | ölçüsü | 4,53 Mb. | | #103110 |
| lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars nİnsanların havadakı zərərli və zəhərli qarışıqlardan mühafizəsi. İnsanları zərərli qarışıqlardan qorumaq, onları zəhərli qazlardan zəhərlənməsinin xəbərdarlığı üçün aşağıdakı tədbirlər həyata keçirilir:
Hava mühitinin çirklənməsinin xəbərdarlığına, insan orqanizmi üçün təhlükəli olan həddə zərərli və toksik maddələrin yığılmasına yol verməməsinə istiqamətlənmiş kompleks təşkilati və texniki tədbirlərin həyata keçirilməsi.
Yeraltı mədən yerlərində, istehsalat binalarında, kimyəvi laboratoriyalarda, iş yerlərində və digər ərazilərdə atmosferin tərkibi üzərində sistematik nəzarətin aparılması.
Müvafiq fərdi mühafizə vasitələrinin tətbiq edilməsi.
Atmosfer havasının nəqliyyat vasitələri ilə çirklənməsinin səviyyəsini azaltmaq üçün nəzərdə tutulmuş tədbirlər növbəti fəsillərdə onların hər birinin növü üzrə daha detallaşdşrılmış formada veriləcəkdir.
Səs-küyün insanlara təsirinin azaldılması tədbirlərini 4 qrupa bölmək olar.
1. Qanunverici xarakter daşıyan tədbirlər. Bunlara aiddir:
-səs-küyün normalaşdırılması;
-daha yüksək səs-küy şəraitində yerinə yetirilən işə qəbul zamanı yaş həddinin müəyyənləşdirilməsi; işçilərin ilkin və dövri tibbi müayinədən keçməsinin təşkili;
-səs-küylü maşın və mexanizmlərlə iş müddətinin qısaldılması.
2. Səs-küyün yaranmasının və yayılmasının qarşısının alınması. Bu işlər aşağıdakı istiqamətdə aparılır:
-maşın və avadanlıqların avtomatlaşdırılmış və məsafədən idarəedilmə formalarının tətbiqi;
-iş otaqlarının səmərəli planlaşdırılması;
-avadanlıqların dəyişdirilməsi ilə texnologiyaların daha az səs-küylü texnologiyalarla əvəzlənməsi;
-detalların hazırlanmasının dəqiqliyinin və fırlanan detalların balansının yüksəldilməsi;
-ekranlaşdırma və ya səsizolə edici örtüklərin tətbiqi;
-səs-küyün istiqamətinin dəyişdirilməsi;
-iş otaqlarının divarlarının səsuducu materiallarla örtülməsi.
3. Yuxarıda göstərilən tədbirlərin köməyi ilə səs-küyün səviyyəsinin normativ qiymətlərə qədər azaldılması mümkün olmadıqda, fərdi mühafizə vasitələrinin tətbiqi. Təcrübədə səs-küyün xarakteristikasından və istifadə olunan vasitələrdən asılı olaraq səsin intensivlik səviyyəsini 5...45 dB azaltmaq mümkün olmuşdur.
4. Bioloji profilaktika tədbirləri səs-küyün insan orqanizminə zərərli təsirinin fəsadlarının azaldılmasına kömək edir və orqanizmin dözümlülüyünü yüksəldir. Belə tədbirlərə əmək və istirahət rejimlərinin səmərələşdirilməsi, xüsusi qidalanmanın təyini və müalicəvi-profilatik prosedurlar aiddir.
Elektromaqnit sahələrinin istehsalat təsirlərinə tələblər müvafiq sanitar qayda və normalarla təyin edilir. Bu norma və qaydalara elektromaqnit sahələrinin mənbələri olan istehsalat obyektlərinin layihələndirilməsində, onların yenidən qurulmasında və tikintisində əməl olunmalıdır. Belə istehsalat obyektlərində işləyən işçilərin və əhalinin mühafizəsi məqsədi ilə əhali üçün müəyynələşdirilmiş normativlərdən istifadə olunur.
Elektromaqnit sahələrinin və şüalanmasının təsirlərindən mühifizə istiqamətində iş təşkilati, mühəndis-texniki və müalicə-profilaktik tədbirlərin həyata keçirilməsi yolu ilə və fərdi mühafizə vasitələrindən istifadə etməklə həyata keçirilir. Şəkil 3.2-də mühafizə üsullarının və vasitələrinin təsnifatı verilmişdir.
Dostları ilə paylaş: |
|
|