Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Nəqliyyat növlərinin və onların infrastrukturlarının ətraf təbii mühitin çirklənməsində rolunun xüsusiyyətləri



Yüklə 4,53 Mb.
səhifə6/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   2   3   4   5   6   7   8   9   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Nəqliyyat növlərinin və onların infrastrukturlarının ətraf təbii mühitin çirklənməsində rolunun xüsusiyyətləri. Nəqliyyatın müxtəlıif növləri həm də atmosferin, hidrosferin, litosferin və biosferin ən əsas çirkləndiricilərindən biridir (şəkil 7).



Şəkil 7. Müxtəlif nəqliyyat növlərinin ətraf münitin çirklənməsində payı

Beləliklə, nəqliyyatın ekosistemlərə təsiri atmosferin, su hövzələrinin, torpaqların və biosferin çirklənməsində, hava, su, torpaq, flora və faunanın kimyəvi tərkibindəki dəyişikliklər lə ifadə olunur. Nəqliyyatın ətraf mühitə təsirinin xarakteri texnogen amillərin tərkibi, təsirinin intensivliyi, təbiət elementlərinə təsirinin ekoloji çəkisi ilə müəyyən edilir. Texnogen təsir bir amildən asılı olaraq lokal və ya təsir növündən, təbiətindən və təsir obyektindən asılı olan ekoloji ağırlıq əmsalı ilə xarakterizə olunan müxtəlif amillər qrupundan asılı olan kompleks xarakter daşıya bilər.


Yer planetinin ətraf mühiti üçün 500 milyondan çox avtomobilin ətrafa atdığı mühərrikin yanma məhsulları böyük bir təhlükədir. Bu tullantılar, avtomobil qalıqları və onların zibillədiyi yerlər, avtomobil nəqliyyatındakı fövqəladə hallar torpağı, suyu, havanı çirkləndirir, daha sonra torpaqdan və sudan bitkilərə və nəticədə qida ilə insan bədəninə keçir.
Hal-hazırda dünyanın bir çox sənaye zonaları kəskin oksigen çatışmazlığı problemi ilə qarşılaşır. Fotosintez zamanı bitki örtüyünün sərbəst buraxdığı oksigen sənaye, nəqliyyat, insan və heyvanların tələbatlarını Şəhərlərin havasında oksigen çatışmazlığı əhali arasında ağciyər və ürək-damar xəstəliklərinin yayılmasına səbəb olur.
Ozon, Günəşin ultrabənövşəyi radiasiyasını güclü şəkildə mənimsəmə qabiliyyətinə malik olduğu üçün, onun yerdəki canlı orqanizmlərə zərərli təsirlərindən qoruyur. Bununla birlikdə, atmosferdəki miqdarı böyük deyil və qeyri-sabitliyini, yəni hidrogen, azot və xlor birləşmələrinin təsiri altında asanlıqla məhv olmasını da qeyd etmək vacibdir.
Nəqliyyatın bütün növləri bu və ya digər dərəcədə su hövzəsinin çirklənməsinə səbəb olur. Nəqliyyat vasitəsilə hidrosferə daxil edilən ən geniş yayılmış çirkləndiricilər neft və neft məhsullarıdır. Məsələn, 1970-ci illərdə dünyanın bir çox iri çayları və gölləri bu və ya digər dərəcədə çirklənmiş vəziyyətdə olmuşlar. Bir çox dənizlərin suyu, xüsusi ilə də Aralıq dənizi hövzəsində, o cümlədən Neapol, Venesiya, Genuya (hər üçü İtaliya şəhərləridir), Marsel (Fransa) rayonlarında neftlə çirkənmişlər. Zərərli təsir mexanizminə nümunə kimi göstərmək olar ki, neft plyonkası 35-40% ultrabənövşəyi şüalanmanın qarşısını alır və bununla da fotosintezi və okeanlarda biokütlənin yaranmasını azaldır, hidrosferlə atmosfer arasında oksigen mübadiləsini çətinləşdirir, suda olan 1 ton neft 400 min ton suda olan bütün oksigeni demək olar ki, tamamilə udur. Neft su üzərində üzməklə bərabər, suda batır və dərinlik su kütlələrini də zəhərləyir. Artıq bu günkü vəziyyətə görə bu səbəblərdən insanların istifadə etdiyi dəniz məhsullarının həcminə dəyən ziyan ildə 20 mln. ton və təxminən 25% təşkil edir.
Atmosfer havasının, suyun, torpağın radioaktiv maddələrlə çirklənməsi insanı əhatə edən bütün təbii mühit üçün çox və ya ölümcül təhlükəlidir. Bu problemin nə qədər real olduğunu göstərmək üçün Rusiyadakı müvafiq vəziyyət nümunə kimi göstərilir. Belə ki, hal-hazırda Rusiya dünyanın ən radioaktiv şəkildə çirklənmiş ölkəsidir. Bunun səbəbi, əlbəttə ki, bir sıra böyük fəlakətlər (Çernobıl AES, PA “Mayak” istehsalat birliyi, Tomsk-7 və s.-də baş vermiş qəzalar), radioaktiv tullantıların ətraf mühitə atılması və ölkədə radioaktiv tullantı zibilxanalarının yaradılması olmuşdur. Son 40 ildə, Novaya Zemlya yaxınlığında Barents dənizinin açıq ərazilərində və Kara dənizinin dayaz körfəzlərində radioaktiv tullantıların olduğu 11 min konteyner, nüvə sualtı qayıqlarından 15 qəzalı nüvə reaktor (məsələn, 12 avqust 2000-ci ildə batan Kursk və özü ilə nüvə reaktorunu dənizin dibinə aparmışdır) suyun dibində özünə yer tapmışdır.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə