Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Quruda hidroloji təhlükəli hadisələrin nəqliyyat növləri üçün yaratdığı təhlükələr



Yüklə 4,53 Mb.
səhifə3/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   2   3   4   5   6   7   8   9   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Quruda hidroloji təhlükəli hadisələrin nəqliyyat növləri üçün yaratdığı təhlükələr. Hidroloji təhlükəli hadisələrə aiddir: -çaylarda suyun yük­sək səviyyəsi; -buzlar əriyəndə çay sularının gur vaxtı; -yağış daşqınları; -çaylarda suyun çox aşağı səviyyəsi; -qurunt suyu­nun səviyyəsinin artması (torpaq altından subasma). Onların ikisi barədə aşağıda məlumat verilmişdir.
Subasma – təbiət qüvvələrinin təsiri altında əhəmiy­yətli ərazilərin müvəqqəti su altında qalaraq örtülməsidir. Digər bir tərifə gö­rə, subasma dedikdə çayın, gölün, su anbarınının daş­ması, dağılması nəticəsində yaxın ərazilərin su altında qalması (şəkil 3 və 4) və bunun nəticəsində maddi itkilərin ya­ran­ması, nəqliyyat infrastrukturunun pozulması və dağılması, əhalinin sağlamlığına təsir göstərməsi və ya insanların tə­ləf ol­masına gətirib çıxarması başa düşülür. Nə indiki za­manda, nə də gələcəkdə subasmaların föv­qəladə hal kimi qar­şısının alın­­ması tam mümkün olmayacaq. Onları ya zəiflətmək, ya da lo­kallaşdırmaq olar.
Onlar cəmiyyətə vur­duğu ziyana və qurbanlarının sayına görə təbii fəlakətlər ara­sın­da birinci yeri tutur. Subasmaların nəqliyyat cəhətdən fəsadlarının əsas xarak­teristikalarına aid­dir: -subasma zonasında qalan dəmir və avtomobil yolları; -subasma nəticəsində pozulan və zədələnən körpülərin və tunellərin sayı.







Şəkil 3.Sahilyanı subasma hadisəsi

Şəkil 4. İri şəhərdə subasma

Sel” sözü türk və ərəb mənşəli hesab olunur və müxtəlif dillərdə fərqli səslənir. O, adə­tən “palçıqlı”, “palçıqlı-daşlı axın” mənasına uyğun anlayışlarla ifadə olu­nur. Sel çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk material (qum, çınqıl) gətirən və sıxlığı suyun sıxlığından 1.5- 2 dəfə çox olan axındır və ya maye və bərk kütlə ara­sında orta bir haldır. Şəkil 5-də sel axını və onun fəsadları təsvir olunub.









Şəkil 5. Sel hadisəsi və onun fəsadları

Sel kimi təhlükəli fəlakətlərin əsas zədələyici amillərinə hə­rəkət edən dağ süxurlarının zərbələri, həmçinin, onlar tərə­findən əvvəlcə sərbəst məkanın doldurulması və ya subasma aiddir. Nəticədə, nəqliyyat yollar da dağılır. Dəmir yolu qatar­la­rının hərəkətlərində fasilələr yaranır, körpülərin dayaqları, dəmir yolları, avtomobil yollarının örtükləri, elektrik və rabitə dirək­ləri, neft və qaz kəmərləri, hidroelektrostan­siya­lar və di­gər sənaye müəssisələri zədələnir.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə