Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Geoloji təhlükəli hadi­sələrin nəqliyyatın fəaliyyətinə mənfi təsirləri



Yüklə 4,53 Mb.
səhifə4/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   2   3   4   5   6   7   8   9   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Geoloji təhlükəli hadi­sələrin nəqliyyatın fəaliyyətinə mənfi təsirləri. Geoloji təhlükəli hadisələrə aiddir: -uçqunlar, yığıntı tö­küntüləri; -qar uçqunları; -yamac yuyulmaları; -karst nəticəsin­də yer səthinin çökməsi; -torpaq sürüşmələri: -abraziya; -eroziya. Bu hadisələrədən bir neçəsi barədə aşağıda qısa məlumat verilmişdir.
Torpaq sürüşməsi. Torpaq sürüşmələri müxtəlif süxurlar­da onların tarazlığı­nın pozulması və möhkəmliyinin zəifləməsi nəticəsində əmələ gəlir. Onun yaranmasına təbii və süni (an­tropogen) amillər tə­sir edir. Beləliklə, torpaq sürüşmələri (şəkil 6)– dağ süxurları kütləsinin yamac boyu ağır­lıq qüvvəsinin və öz kütləsinin təsiri və yamacın aşağı hissə­si­nin yuyulması, izafi rütubətlənməsi, seysmik təkanlar və digər proseslər səbəbindən aşağıya doğru yerini dəyişməsi prosesidir Bəzi hallarda isə səthi dağ süxurlarının sürətli hərəkətini şərtləndirən proses yamacın ətəyinin dəniz dalğaları və ya çay suları ilə yuyulmasıdır.





Şəkil 6. Avtomobil yollarında torpaq sürüşmələri



Təhlükəli geofiziki hadisələrin nəqliyyatın fəaliyyətinə təhlükələri. Təhlükəli geofiziki hadisələrə zəlzələlər və vulkan püs­kürmələri aiddir.
Zəlzələ -ən təhlü­kə­li geofiziki hadisədir və özünün gözlə­nil­məzliyi ilə dəhşət­lidir. Zəlzələ ən çox dağıdıcı qüvvəyə malik, ağılasığmaz dərəcədə idarə olunmaz təbii fəlakətdir. Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və yaxud mantiyanın üst qa­­tı­nın sürüşməsi və parça­lanması nəticəsində böyük məsafə­lərə elastik dalğavari ötür­mələr başa düşülür. Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır. Bu dalğalar bütün yer kürəsinə yayılır və seysmoloqlar tərə­findən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst qatında baş verən dağıntılara səbəb olur.
Zəlzələlərin təhlükəli fəsadlarını təbii və insan fəaliyyəti ilə əlaqəli olan hissələrə bölmək olar. Təbii fəsadlara torpağın (süxurun) vəziyyətinin pozulması (çatlar və yerdəyişmələr), sü­rüşmələr, uçqunlar, sellər, süxurların yumşalması, çökmələr, su­­nami və s. aiddir. İnsan fəaliy­yəti ilə əlaqəli olan fəsadlara isə binaların, körpülərin və digər qurğuların da­ğıl­ması və uç­ması, bəndlərin və su kəmərlərinin dağılması vaxtı su­­basmalar, neft anbarlarının zədələnməsi və qaz kəmərlərinin dağılması vaxtı yanğınlar, nəqliyyat vasitələrinin, kommu­ni­kasiya sis­tem­lə­rinin, elektrik və su təminatı xətlərinin, həm­çi­nin kana­liza­siya borularının zədələnməsi, nüvə reak­torlarının zədələn­məsi vaxtı ətrafa radioaktiv maddələrin tullantısı aiddir.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə