Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Nəqliyyat sisteminin insanların sağlamlığına təsirinin ümumi səciyyəsi



Yüklə 4,53 Mb.
səhifə7/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   2   3   4   5   6   7   8   9   10   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Nəqliyyat sisteminin insanların sağlamlığına təsirinin ümumi səciyyəsi. Texnosferı yaradan insan yaşayış mühitinin rahatlığını yük­səltmək, ünsiyyət bacarıqlarını artırmaq, təbii mənfi təsir­lər­dən qorunmağı təmin etmək üçün cəhdlər göstərmiş və gös­tərməkdədir. Nəqliyyat vasitələri bu sahədə əhəmiy­yətli rol oy­nayırlar. Lakin, yeni yaradılan nəqliyyat vasitləri digər tex­nosfer sistemləri kimi bir çox cəhətdən insanların gözlənti­lə­rinə cavab vermədi. İnsansın həyat fəaliyyəti üçün yeni təhlükə mənbələrinə çevrildi. Məsələn, daxili yanma mühərriklərinin yaradılması bir çox nəqliyyat problemini həll etdi, eyni zaman­da yollarda xəsarətlərin artmasına səbəb oldu, insanları və ətraf mühitin avtomobillərdən zəhərli tullantılardan (işlənmiş qazlar, yağlar, aşınma məhsulları və s.) mühafizə etmək üçün çətin bir problem yaratdı. Məsələn, böyük şəhərlərin nəqliyyatla həd­din­dən artıq yüksək səviyyədə yüklənməsi onların çirklənmə­sinə çox böyük töhfə verir. Havanın çirklənməsində nəqliyyat vasi­tələrinin tullantılarının payı, bir qayda olaraq, 40 ... 50% və daha çox, Moskva şəhəri kimi iri meqapolislərdə isə 80% -ə yaxındır. Son illərdə avtomobilləşmənin sürətli inkişafı ilə əla­qədar olaraq havanın çirklənməsi problemi daha da kəs­kinləşir. Yol şəbəkəsinin təkmil olmaması və avtomobil hə­rəkətinin həd­dindən artıq sıxlığı və intensivliyi ilə əlaqədar olaraq avto­mobil emissiyalarının əsas komponentləri olan azot oksidləri, benzopiren ilə çirklənmənin artmasını şərt­ləndirir. Şəhərlərdə səs-küyün çirklənməsi nəqliyyatın mənfi təsiri ilə də əlaqə­dar­dır. Böyük şəhərlərin əhalisinin təxmi­nən 40 ... 50% -i akustik narahatlıq şəraitində yaşayır. Ən işlək şəhər avtomobil yolla­rında, dəmir yolları boyunca və hava limanlarının təsir zona­larında səs-küyün icazə verilən səviyyəsi 30 ... 40 dB-dən çox olur, bu da insanların sağlam­lığı üçün təhlükə yaradır. Əksər şəhərlərdə əhəmiyyətli antropogen təsirlər nəticəsində bitki ör­tüyünün daha da po­zulması baş verir, bu da şəhər mühitinin və­ziyyətini pis­ləşdirir.
Texnosferin digər sahələrində olduğu kimi, nəqliyyat vasi­tə­lərinin mənfi amillərinin insanın həyat fəaliyyətinə əlverişsiz və ya təhlükəli təsirinin fəsadlarının qiymətləndi­ril­məsi bəşə­riy­yətin kobud səhvinin təzahürləridir, bu da böyük itkiyə və biosfer böhranına səbəb olmuşdur. Belə vəziyyətdən çıxış yolu - həyat təhlükəsizliyi problemlərinin həlli elmi əsaslarla aparıl­malıdır.
Nqəliyyat təhlükələri aləmindəki insanların səriştəsi və on­lardan necə qorunmaları həyat fəaliyyətinin təhlükəsiz­liyinə nail olmaq üçün vacib şərtdir.
Nəqliyyat təhlükələrinin geniş və böyüməkdə olan bir dia­pazonu, onlara qarşı təbii müdafiə mexanizmlərinin ol­ma­ması insandan təhlükələrin aşkarlanması və mühafizə va­sitələrindən istifadə etmə bacarığını tələb edir. Buna isə yalnız insanın təhsilinin və əməli fəaliyyətinin bütün mərhə­lələrində öyrən­mək və təcrübə qazanmaq nəticəsində nail ol­maq mümkündür. Həyat təhlükəsizliyi məsələlərinin öyrə­dil­məsinin ilkin mərhə­ləsi məktəbəqədər təhsil dövrünə, son mərhələ isə iqtisa­diyyatın bütün sahələrində ixtisaslı kadr­ların hazırlanmasına, ixtisasartırma və yenidən hazırlıq dö­vrünə təsadüf etməlidir. Bunlardan görünür ki, nəqliyyat təhlükələri kifayət qədər ta­nınandır və insanın bu mühafizəsi üçün kifayət qədər vasitə və üsulları vardır. Prinsipcə, zərərli nəqliyyat amillərinin təsiri insan tərəfindən tamamilə aradan qaldırıla bilər.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə