MEHRALI BƏY
99
Bir az da gözlədi yaxına gəlsin,
Sözünü söyləsin Musa Çavuşa.
Bəlkə də anlayar dediklərini,
İstədi davadan qansız sovuşa:
Sizlə işim yoxdu mənim,
Çəkil Musa, çəkil geri!
Dərdi-sərim çoxdu mənim,
Çəkil, Musa, çəkil geri!
Uymusan dövlətə, vara,
Qoşuldun hər sitəmkara,
Xain çıxdın dosta, yara,
Çəkil Musa, çəkil geri!
Unutma imanı, dini,
Get daha arama məni,
Meylim yox öldürəm səni,
Çəkil Musa, çəkil geri!
Musa fürsət düşüb əlinə sandı,
Hay verdi qoşuna, – keçin hücuma!
Sıyırıb qılıncı elə bu anda,
İstədi rəqibin üstünə cuma.
Mehralı bir nərə çəkdi yerindən,
Qoşunun içinə vəlvələ saldı.
99
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
100
Polad qılıncını oynadan kimi,
Gör neçə kazakı əngələ saldı.
Musanı vurmağa gəlmədi əli,
Səyirdib atını çıxmaq istədi.
Amma bir Musanın höcətinə bax,
Qılıncı arxadan çaxmaq istədi.
Mehralı əlacsız çəkdi yüyəni,
Döndərdi Qəmərin başını geri.
Qılıncı bir dəfə qalxıb enəndə,
Musanın qanıyla islatdı yeri.
Dərhal cilovunu boşladı atın,
Kazaklar dalınca düşdülər onun.
Mehralı haləti belə görüncə,
Yarğana tuşladı Qəmərin yönün.
Süzdü uçurumun üstündən Qəmər,
Torpağa o tayda dəydi ayağı.
Atlarıyla birgə yuvarlandılar,
Öndəki kazaklar üzüaşağı.
Mehralı kədərlə dönüb soylədi:
– Özündə arasın Musa günahı,
Zərbəni arxadan vuran kəsdələr,
Tanrıdan ummasın gərək pənahı.
100
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
101
Bir az vaysındısa bundan nə hasil,
Çapdı Qəmərini dərədən, düzdən.
Mehralı üfüqdə kölgəyə dönüb,
Get-gedə kiçilib itirdi gözdən...
Musanın yasını tutdu Maraslı,
Söyləndi bu xəbər bütün hər yanda.
Qanlı qəziyyədə Mehralı bəyi
Qınayan da oldu, qınamayan da...
101
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
102
Mehralı bəylə iki gürcü
Enişlə, yoxuşla gedirdi Qəmər,
Bir azca ehmallı, bir az sayğılı.
Mehralı yapışıb onun yalından,
Dayanıb fikirli, qəmli-qayğılı.
Sonuncu hadisə sarsıtdı onu,
Bir qədər özündə aradı suçu.
“Yox, qaçsam vurardı” deyə düşünüb,
Öz qətiyyətində tapırdı gücü.
– Mansur, Qərib ağa gəlsə, bəs onda,
Nə olar, – düşündü, – qərarım mənim?
Dərdim bir olsaydı çəkməyə nə var,
Kazaklar deyil ki, təkcə düşmənim.
Meşəyə girməmiş saxladı atı,
Enib dirsəkləndi göy çəmənliyə.
Fikirlər beynini didirdi onun,
Əsarət sığmırdı əsla mənliyə.
– Baharın da qalıb gözləri yolda,
Nə qədər sürəcək bu həsrət, kədər?
Bəlkə, sevgimizin başqa üzünə,
İntizar yazılıb məhşərə qədər?
102
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
103
Yəqin anamın da qurumur yaşı,
Yatıb dincəlmək də gəlmir eyninə.
Hər xörək bişirib, çay dəmləyəndə,
Dərələr, təpələr düşür beyninə.
Mehralı səslərə ayıldı birdən,
Keçən gürcülərdi, bildi dilindən.
Biri qoltuğunda tutub dəyənək,
Birinin sallanır kəklik əlindən.
Gürcülər ədəblə salam verdilər,
Mehralı duydu ki, çəkinir onlar.
– Yaxın gəlin görüm, ov neçə keçdi,
Gözə dəymədimi, – sordu, – dovşanlar?
Gəlib Mehralıya əl uzatdılar,
– Mən Malxaz,
– Mən isə Arsenəm, ay bəy!
Hərdən bir gəlirik meşəliklərə,
Çox vaxt əlimizə keçməyir bir şey.
Mehralı dilləndi dodağıqaçmış:
– Türklərdən dostunuz varmı sizin də? –
Özü də bilmədi nədən soruşdu,
Başqa bir sorğumu vardı sözündə?
103
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
104
– Türkün səxavəti bəllidir, ay bəy,
Az qalır qəlbini versin dostuna.
Amma arzumuzdur kaş ki, bir dəfə,
Qaçaq Mehralının çıxaq rastına.
– Nədir Mehralıya çəkən sizləri?
– Deyirlər nəhəngdir, sanki lay divar,
Nərəsi dağları ikiyə bölür,
Hələ, atının da qanadları var.
Bir dəli qəh-qəhə çəkdi Mehralı:
– Nağılmı danışdı nənəniz sizə?
“Mehralı” deyilən o, mənəm, bilin,
Bir də uydurmayın belə möcüzə!
Gürcülər əvvəlcə inanmadılar,
Durdular ayağa getsinlər birdən.
Mehralı əlini salıb cibinə,
Verdi hərəsinə on-on beş tümən.
Bir-birinə baxıb durdu gürcülər,
Heyran qalmışdılar bir belə işə.
Mehralı qəflətən aldı tüfəngi.
Gürcülər düşdülər indi təşvişə.
Bir dovşan dəyibmiş demə gözünə,
Mehralı gördü ki, dırmaşır dağa.
104
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
105
Üzünü tüfəngə söykəyən kimi,
Dovşan yumalanıb düşdü otluğa.
– Tez gedib, götürün dovşanı ordan,
Bu gün əməyiniz getmədi hədər.
Gürcülər baş əyib dedilər ona:
– Sənə minnətdarıq ölənə qədər!
Yenə tənha qalıb uzandı burda,
Xəyallar yetişdi yenə dadına.
Gözündə özünün körpə vaxtları,
Atası Məmlini saldı yadına.
...Bir axşam yığışıb oturmuşdular,
İlham alırdılar şam işığından.
Süfrə arxasında bir nağıl kimi,
Ata danışmışdı uşaqlığından:
– Yaylaqda babanız kabab çəkirdi,
Hərdən tikələrdən verirdi mənə.
Belində qılıncı, çiynində tüfəng,
Bir gürcü qonağı gəlmişdi yenə.
Uca boyu vardı, enli kürəyi,
Bədöy bir at ilə gəzərdi o da,
Bizim tərəflərə yönü düşəndə,
Mütləq babanızı salardı yada.
105
MEHRALI BƏY
Dostları ilə paylaş: |