Elbəyi Cəlaloğlu
112
Elə ki, bərkidi kəmərin altı,
Hüsniyyə anayla durdu üz-üzə.
– Gedirəm Baharı qaçırmaq üçün,
Nə deyirsən, – dedi, – ana, bu sözə?
– Ay oğul, gəl daşı tök ətəyindən,
Pələsəng olmusan dərədə, düzdə.
Nə cür qonaqlıqdı, bir özün düşün,
“Xoca bizdə qalsın, xurcunu sizdə”.
– Ana, çox sərtləşib vəziyyət indi,
Çıxıb getməliyik biz bu “bazar”dan.
Bəlkə bu yerlərə qayıdammadım,
Yaşaya bilmərəm ayrı Bahardan.
Anası çox dedi, o az eşitdi,
Bir şey qoyammadı könül qabına.
Ayaq üzəngidə, diz qabırğada
Düşdü həmin gecə yol girdabına.
Özünə çəkirdi Keşəli onun
Sevgiylə çırpınan cüt qanadını.
Orda bir ömürlük xatirəsi var,
Sındıra bilməzlər bu inadını.
Hava ağardıqca daşlara dəyib,
“Nəğmə oxuyurdu” atın ayağı.
112
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
113
Baharmı sayrışır üfüqdə yoxsa,
Çəkib buludlara əlvan boyağı.
Keşəli kəndinə yetişəndə o,
Narın damcılarla yağış yağırdı.
Kənddə mal-qaranın qatılan vaxtı,
Mehriban həyətdə inək sağırdı.
Gümüşü dolçanı südlə doldurub,
Mehralıya doğru uzatdı Əhməd.
Zillənmiş gözləri qonşu eyvana,
Elə bil yuxudan oyatdı Əhməd.
Üfürdü dolçadan qabarcıqları,
Südü bir nəfəsə başına çəkdi.
Mehralı mənalı baxışlarını,
Mehriban bibinin üzünə dikdi.
Bir bəhanə ilə durub Mehriban,
Baharın yanına tələsdi dərhal.
Əhmədlə Mehralı üz-üzə durub,
Tutdular ellərdən xeyli hal-əhval.
Bir azdan qayıtdı Mehriban bibi,
Pıçıltı başlandı qulağa sarı:
– Ay oğul, xəlvətcə çıx get buradan,
Bulağın üstündə gözlə Baharı.
113
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
114
Eşitcək Mehralı bu xoş xəbəri,
Təbəssüm qonmuşdu dodaqlarına.
Ürəkdə məmnunluq, üzdə utancdan,
Qızartı qonmuşdu qulaqlarına.
İçində sevinclə hicranın sonu,
Çayla dəniz kimi qucaqlaşırdı.
Mehriban bibinin öpüb əlindən,
Qəmər yedəyində uzaqlaşırdı.
Bulağın üstünə çatan kimi o,
Ovcunu doldurub başına çəkdi.
Əlini sevgilər şahidi olmuş,
Yosununa sürtdü, daşına çəkdi.
Gözünün üstünə qoyub əlini,
Baxdı cığırlara, boylandı yola.
Hər anın içində neçə-neçə il,
Durub gözlərində verdi qol-qola.
Təpənin dalından göründü Bahar,
Sanki Günəş gəlir Ayla görüşə.
Hərdən ürkək-ürkək baxırdı dala,
Yamanca düşmüşdü o gün təşvişə.
Qırmızı donunda sayrışırdı o,
Güllərin min cürə çaları kimi.
114
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
115
Mehralının qəlbi aydınlaşırdı,
Bulağın dumduru suları kimi.
Nəhayət, üz-üzə dayanmışdılar,
Ürəklər çırpındı sinələrində.
Elə bil kollar da onları güdür,
Pıçıltısı gəldi sərçələrin də.
Əl ələ toxundu, göz gözə baxdı,
Dodağı təpidi hər iki gəncin.
Cəsarət tapmırdı heç kəs özündə,
Birinci dillənib söz demək üçün.
Mehralı udqunub dilləndi birdən:
– Hazırsan,
Qoşulub gedək buradan?
– Necə?..
Söz tutmadı Baharın dili.
– Bəs necə qurtaraq bu intizardan?
Bahar əl üzündə fikrə gedibdi,
Söz tapa bilməyir söyləsin nəsə.
Mehralı bir kəlmə söz danışmadan
Aydınlıq gətirdi bu təşəbbüsə.
Götürüb quş kimi yerindən onu,
Qaldırıb atının tərkinə qoydu.
115
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
116
Qəmər sahibinin bu hərəkətindən,
Onun ürəyindən keçəni duydu.
Qəmər bir şövq ilə qopdu yerindən,
Sevgi qanad açdı yəhərin üstə.
Keşəli get-gedə itirdi gözdən,
Sanki yox olurdu dumanda, sisdə.
116
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
117
Hüsniyyə ananın gəlini
Baharın gözünə hər gün görünən,
Qayalar, meşələr qaldı uzaqda.
Qəmər bu yolları yorğa gedirdi,
Üzlərə nur çəkir əsən sazaq da.
Dağlar silkələnib qovdu dumanı,
Çəməndə açılan güllər sevindi.
Məsafə uzundu, söhbətlər şirin,
Sevgidən doğurdu fikirlər indi.
Dayanıb endilər atın belindən,
Kölgəsini gərmiş ağac dibində.
Kim ala bilərdi belə səhnəni,
Xəzinələr versə milyon da, min də?!
Gözlər bir-birini çəkdi özünə,
Dodaq dediyini dodaq qanırdı.
Nəfəslər vursa da bircə nöqtəyə,
Yenə də həsrətdən ürək yanırdı.
Günah-zad deyil ki, sevmək dünyada,
Dağ da əriyərdi bu qıza baxsa.
Uzatmaq olmazdı belə səhnəni,
Şeytan qoltuğundan girərdi yoxsa.
117
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
118
Əl atıb Mehralı aldı heybəni,
Açıb su qabını çıxardı ordan.
Susuz qalmışdılar üç gün elə bil,
Hardandı bu yanğı ürəkdə, hardan?
Çırpıb üst-başını durdular onlar,
Tərkləşib yəhərin üstündə yenə.
Şövqlə döyəclədi yolları Qəmər,
Pay düşüb sevgidən elə bil ona.
Çatdılar Darvaza bu həvəsdəcə,
Gün əyilən zaman axşama sarı.
Ehtiram olaraq ata ruhuna,
Ziyarət etdilər öncə məzarı.
Bahar ləçəyini açıb boynundan,
Başına bağlayıb çəkdi yaşmağı.
Ruhun qidasıydı burda ədəbdən
Qayınata önündə sərgi açmağı.
Məzarı üstündə dayanmışdılar,
Məmlinin ər oğlu, dilbər gəlini.
Öpüb torpağını hər iki cavan,
Çəkdi başdaşına sonra əlini.
Mənəvi dünyası bəylə gəlinin,
Məmlinin ruhuyla etdi təması.
118
Elbəyi Cəlaloğlu
Dostları ilə paylaş: |