Elbəyi Cəlaloğlu
126
Qocalar yalvardı göyə üz tutub:
– Ya Rəbb, sən kömək ol Mehralı bəyə!
Çox da dayanmayıb burda igidlər,
Çapdılar atları sərhədə doğru.
Təzə hadisədən xəbər tutanda,
Çar Aleksandrın yarıldı bağrı.
126
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
127
Qardaşların Qaradağ səfəri
O taya keçdilər yarıb Arazı,
Gözlərdən gen durub, iraq gəzdilər.
Gecələr kəndlərdə müsafir olub,
Gündüzlər atlanıb uzaq gəzdilər.
Qacar ölkəsində bu igidlərə,
Hər yanda sevgiylə açıldı qollar.
Bir gün də açaraq gen sinəsini,
Çəkib Qaradağa apardı yollar.
Hərdən çobanlara pənah gətirib,
Binə dolaşdılar, dəyə gəzdilər.
Bəzən də kəndlərdən saldılar yolu,
Dostlarla çay içib, çörək kəsdilər.
Qayğılı görkəmi Məmmədalının,
Çəkdi diqqətini böyük qardaşın.
Çimdi baxışları sonalar kimi,
Xiffət yağmurunda kirpiyin, qaşın.
Bu dəfə çağırıb kiçik qardaşı,
Mehralı dərdini soruşdu ondan.
Başını aşağı dikib bu gənc də,
Söz açdı bir qıza vurulduğundan.
127
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
128
Mehralı bir azca düşünüb dedi:
– Qəm yemə, Yaradan çatar dadına.
Sənintək bir zaman mən də yanmışam,
Alışıb sevginin, eşqin oduna.
– Axşam danışaram Mürsəl dayıyla,
Qoy elçi göndərsin Ziba xalanı.
Kim verməz qızını belə igidə,
Dəmirdi, poladdı elə bil canı.
Elə həmin axşam Məmmədalını
Xədicə xanımla nişanladılar.
Vaxtı itirməyib burda igidlər,
Toy tədarükünü düzənlədilər.
Aşıqlar deyişdi üç gün, üç gecə,
Hikmət cilalandı dodaqlarında.
Erkəklər kəsildi bu şərafətə,
Qazanlar qaynadı ocaqlarında.
Toydan bir neçə gün keçmişdi artıq,
Müsaidə alıb hazırlaşdılar.
Yükləyib gəlinin cer-cehizini,
Ağbabaya doğru dağlar aşdılar...
Ozanların dili yüyürək olar,
Qaraltı görmüşdü Hüsniyyə ana.
128
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
129
Əllərini qoyub gözünün üstə,
Qəməri tanıdı o hannan-hana.
Xeyli gözlərini çəkmədi yoldan,
Gordü tələsməyir, ləng gəlir atlar.
Başqa bir atda da nazənin sənəm,
Yanlarında yüklü bir qatır da var.
Hüsniyyə od saldı samovarına,
Bu dəm köməyinə yetişdi Bahar.
– Qızım, gəl tədarük görək, – söylədi,
Deyəsən, qonaqla gəlir uşaqlar.
Sevincə qərq oldu ev də, eşik də,
Xəbər göndərildi dosta, tanışa.
Gecə öz hökmünü verdiyi zaman,
Qaçaqlar gəldilər yenə görüşə.
Fərəhdən don geyib tələsdi hamı,
Uşaqlar böyüdü bir arpa boyu.
İmkanı olsaydı ananın bu gün,
Zurnaçı gətirib edərdi toyu.
Naşükür deyildi Hüsniyyə ana,
Qəlbi dağa dönüb, gülürdü üzü.
Yenə işə saldı şirin dilini,
Oynamaq keçirdi fikrindən düzü:
129
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
130
Qaradağdan şam gəlib,
Altun dolu cam gəlib,
Şükür sənə, ya Rəbbim,
Bir gözəl balam gəlib.
Xallı-xallı xalçası,
Güllü-güllü boxçası,
Gəlnimin yanaqları,
Qızılgülün qönçəsi.
Hamının gülsün üzü,
Sevinsin oğlu, qızı.
Nə yaraşır gəlnimə,
Allı-güllü cehizi.
Cer-cehiz söhbəti gələndə dilə,
Qaş-qabaq sallayıb cırnadı Bahar.
Əliboş gəlmişdi ata evindən,
Qızarıb-bozardı indi çar-naçar.
Anladı səhvini Hüsniyyə ana,
Gördü ki, gəlnini boğur qəm-qəhər.
Bir də işə salıb şirin dilini,
Baharın könlünü aldı bir təhər:
Hər gəlinim bir xanım,
Varım, şöhrətim, şanım.
130
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
131
Biri ruhum, nəfəsim,
Biri ürəyim, canım.
Xədicəm şahanədi,
Gövhərdi, dürdanədi.
Neynirəm cer-cehizi,
Bahar bir xəzinədi.
Qurbanam camalına,
Üzündəki xalına,
Dəyişmərəm Baharı
Bu dünyanın malına.
Arxada qoyurdu bütün hər nə var,
Bu günü dünənə çevirən zaman.
Günün şəfəqində sayrışan dağın,
Alır zirvəsini hərdən qar, boran.
Gündüzlər dağlarda gəzər Mehralı,
Qaranlıq düşəndə gələrdi evə.
Kəklikdən, turacdan vurub gətirər,
Hərdənbir meylini salanda ova.
Beləcə ötüşdü həftələr, aylar,
Çatdı düşmənlərə onun sorağı.
131
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
132
Nə çoxdu obada ağzıgöyçəklər,
Fürsət axtarandı kəmfürsət, yağı.
Qara kölgələri duydular artıq,
Təhlükə gözləndi koldan, gədikdən.
Beş-üç gün düşməni çaşdırmaq üçün
Mehralı gen düşdü evdən, eşikdən.
132
Elbəyi Cəlaloğlu
Dostları ilə paylaş: |